Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

(avqustun 30-da)
... Sinqapur şəhərində keçirilən yeniyetmələrin I olimpiya oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında sərəncam imzalamışdır.
… Sinqapurda keçirilən yeniyetmələrin I yay olimpiya oyunlarında iştirak etmiş idmançıları və mütəxəssisləri qəbul etmişdir.

(avqustun 31-də)
… Müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul etmişdir.

(sentyabrın 1-də)
… və xanımı Mehriban Əliyeva Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimində iştirak etmişlər.

(sentyabrın 2-də)
… və xanımı Mehriban Əliyevanın adından ölkəmizə rəsmi səfərə gələn Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin və xanımı Svetlana Medvedevanın şərəfinə "Gülüstan" sarayında rəsmi ziyafət təşkil edilmişdir.

(sentyabrın 3-də)
… və Rusiyanın dövlət başçısı Dmitri Medvedevin görüşündə Azərbaycan və Rusiya arasında dövlət sərhəddi, təbii qazın alqı-satqısı və Samur çayı ilə bağlı sənədlər imzalanmışdır.
… və Rusiya Prezidenti Dmitri Medvedev mətbuat konfransında bəyanatla çıxış etmişlər.

QURULTAYDA ÇİXİŞ EDƏNLƏR

18.02.08 - 15:57375 baxılıb

Bu gün biz əminliklə söyləyə bilərik ki, Rusiya və Azərbaycanın həmkarlar ittifaqları o qədər də sadə olmayan iqtisadi islahatlar və siyasi dəyişikliklər şəraitində məhv olmadılar və işləyən insanların, həmkarlar ittifaqlarının üzvlərinin, öz ölkələrinin vətəndaşlarının hüquqlarını və sosial-iqtisadi maraqlarını uğurla müdafiə etməkdə davam etdilər. Qeyd etmək istəyirəm ki, Azərbaycanın həmkarlar ittifaqı çox çətin şəraitdə prinsipial mövqe tutaraq siyasi qarşıdurmalara çəkilməsinə yol vermədi, zəhmətkeşlərin sosial-iqtisadi maraqlarının müdafiəsinə istiqamətlənən öz əsas kursuna ardıcıl riayət edir. Bu gün Azərbaycanın həmkarlar ittifaqı təkcə sosial-iqtisadi sahədə deyil, eləcə də ümummilli miqyasdakı məsələlərin həlli zamanı rəyi və mövqeyi ilə hakimiyyət və işəgötürənlərin hesablaşdığı nüfuzlu ictimai təşkilatdır. Rusiya həmkarlar ittifaqı, başda Azərbaycan həmkarlar ittifaqının şəksiz lideri, dostum və qardaşım Səttar Mehbalıyev olmaqla, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının prinsipial mövqeyini yüksək qiymətləndirir.
Sizin ölkənizin zəhmətkeşlərinə və həmkarlar ittifaqına səmimi və qardaşlıq hissləri bəsləyərək əmin edirəm ki, Rusiyanın professional birlikləri bundan sonra da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə və üzv təşkilatlarla konstruktiv münasibətlərin və əməkdaşlığın davam etməsi və möhkəmlənməsi üçün bütün səylərini səfərbər edəcəklər. Bizim sizinlə ümumi problemlərimiz və məqsədlərimiz var. Bu, ilk növbədə bizim ölkələrimizdə bəzən vəhşi formalar alan kapitalist münasibətlərinin qurulması şəraitində zəhmətkeşlərin və həmkarlar ittifaqları üzvlərinin maraqlarının müdafiə edilməsidir. Bizim üçün sərf edilən əməyə və yüksək həyat səviyyəsinə müvafiq əməkhaqqı, layiqli iş şəraiti lazımdır. Bizi qısamüddətli, bəzən cəmi bir ay çəkən əmək müqavilələrinin bağlanması narahat edir. Bizi "borc əməyi"nin, yəni özəl məşğulluq agentliklərinin insanları işə götürərək onu həmin işçi qarşısında heç bir məsuliyyət daşımayan digər müəssisəyə verməsini tətbiq etmək cəhdləri narahat edir. Əməyin mühafizəsində də bir çox problemlər var. Biz bu problemləri qloballaşmış iqtisadi münasibətlər, qloballaşmış iqtisadiyyat şəraitində birlikdə həll edə bilərik və buna borcluyuq.
Əziz dostlar, bu gün mən sizi Həmkarlar İttifaqları Beynəlxalq Konfederasiyasının Ümumavropa Regional Şurasının prezidenti qismində salamlamaqdan məmnunan və əmin edirəm ki, Azərbaycan həmkarlar ittifaqının qətiyyətli səsi beynəlxalq arenada hörmətlə eşidilir. Bununla bağlı Həmkarlar İttifaqları Beynəlxalq Konfederasiyasının baş katibi Day Rayterin qardaş salamını, onun qurultaya və həmkarlar ittifaqlarının bütün üzvlərinə məhsuldar iş arzusunu çatdırmaq istərdim.
Ümumavropa Regional Şurasının yaranması dünya həmkarlar ittifaqları hərəkatının birləşməsinin təbii davamıdır. O, ümumi cəhdlərin, o cümlədən məlum səbəblərə görə Avropa Həmkarlar İttifaqları Konfederasiyasının üzvü ola bilməyən hissənin cəhdləri sayəsində baş tutdu. Bu, həmkarlar hərəkatının yarandığı qitədə bir yerdə, vahid təşkilatda olmaq cəhdidir. Bu strukturun necə olması ilə bağlı danışıqlar uzun müddət davam edib və yekunda qərara gəlinib ki, Ümumavropa Regional Şurasının coğrafi hüdudlarına təkcə Avropa ölkələrinin deyil, Mərkəzi Asiya dövlətlərinin də həmkarlar ittifaqları daxil olmalıdır. Bununla da əməyin beynəlxalq təşkili çərçivəsində Avropa regional konfiqurasiyası təkrar edilir. Eləcə də qərara alındı ki, VİRP-in baş katibi postunu YKP-nin baş katibi tutacaq. Prezident isə təşkilata daxil olan ölkələrin həmkarlar ittifaqlarının rəhbərləri arasından seçiləcək.
VİRP Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının strategiyası, prioritetləri və siyasətinin Avropa qitəsində və Mərkəzi Asiya ölkələrində inkişafı istiqamətində işləyir. Regionun sosial inkişafına, demokratiyanın möhkəmlənməsinə və zəhmətkeşlərin hüquqlarının qorunmasına kömək etməyə çalışır. Şuranın əsas məqsədləri həmkarlar ittifaqı fəaliyyətinin inkişafı, sosial dialoq sistemində həmkarların rolunun möhkəmləndirilməsi sayəsində zəhmətkeşlərin maraqlarının təmin edilməsidir. Bu gün VİRP Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasına daxil olan və qitədə 85 milyon həmkarlar ittifaqı üzvünün maraqlarını təmsil edən, Lissabondan Vladivostoka qədər uzanan 87 milli həmkarlar mərkəzindən ibarətdir. Avropa Həmkarlar İttifaqları Ümumavropa Regional Şurası yaratmaq qərarına uzun müddət davam edən məsləhətləşmələrdən sonra gəliblər. Bu zaman səbr, bütün maraqlı tərəflərin mövqelərini anlamaq istəyi, real birlik əldə etmək cəhdləri nümayiş olunub. Bu gün həmin prosesdə aktiv iştirak edən Rusiya Müstəqil Həmkarlar İttifaqları Federasiyası adından deyə bilərəm ki, bizim hamımıza böyük ümidlər verən irəliləyiş əldə edilib. RMHİF-nin bu prosesə konkret töhfəsi Moskva və Sankt-Peterburqda seminarlar keçirilməsi olub. Ötən il biz Ukrayna, Qazaxıstan, litva və Latviyadan bir qrup həmkarlar ittifaqları üzvünü qəbul etmişik. Bu il həmin təcrübə davam etdiriləcək və genişləndiriləcək. Hamı tərəfindən qəbul edilib ki, ancaq keyfiyyətli təhsil alan kadrlar həmkarlar təşkilatlarının funksiyalarını yerinə yetirə bilərlər. Biz umid edirik ki, bizim ölkələrimizin Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının üzvü olan həmkarlar təşkilatları beynəlxalq həmkarlar hərəkatının hazırkı struktur müxtəlifliyinə hörmət edərək həmkarların fəaliyyətinin birliyi üçün aktiv yollar axtarmaqda davam edəcəklər. Biz eyni zamanda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının qanun yaradıcılığı sahəsindəki nailiyyəti ilə fəxr edirik. Bu gün sizin əmək qanunvericiliyində belə bir bənd var ki, işçilərin qəbulu və işdən azad edilməsi ancaq həmkarlar ittifaqının razılığı ilə mümkündür. Bu çox vacib nailiyyətdir. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndəsi Ümumavropa Regional Şurasının baş katibliyinin üzvüdür.
Sözsüz ki, müsbət nəticələr ancaq ümumi səylər vasitəsilə əldə oluna bilər. Qarşılıqlı dəstək, həmkarlar həmrəyliyi, fəaliyyət təcrübəsi mübadiləsi həmkarlar ittifaqının öz missiyasını yerinə yetirməsi zamanı nüfuzunun artmasına gətirib çıxarmalıdır.
Əziz dostlar, yekunda respublikanız, bütün Azərbaycan xalqı naminə işinizdə müvəffəqiyyətlər arzu edirəm. Ümid edirəm ki, sizin qurultayınız ölkənizin inkişafı yolunda daha bir vacib addıma çevriləcək. Əminəm ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası qəbul edilən qərarları ardıcıl şəkildə yerinə yetirərək bugünkü şəraitdə də sosial inkişaf və həmkarların cəmiyyətin həyatında rolunun artması sahəsində zəhmətkeşləri birləşdirmək üçün real yollar tapacaq. Biz Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının yeni ölkənin yaradılması üçün çox çətin şəraitdə əldə etdiyi qüvvəsinə inanırıq. Sizin aktiv mövqeyiniz Konfederasiyanı ölkənizin sosial-iqtisadi inkişafında hamı tərəfindən qəbul edilən və məsuliyyətli tərəfdaşa çevirib. Sizə uğurlar arzu edirəm.


Beynəlxalq Avrasiya
Metal İşçiləri
Federasiyasının
Baş katibi Mehmet Soyuqqayanın çıxışı

Azərbaycan həmkarlar ittifaqları qurultayının hörmətli nümayəndələri!
Sizləri Beynəlxalq Avrasiya Metal İşçiləri Federasiyası və Türk Metal Sendikası adından hörmətlə salamlayıram.

Dəyərli qardaşlarım!
Qloballaşmanın problemlərinin çox olduğu bir dövrdə yaşayırıq. Qloballaşmanın dünya insanlığına təsirini bərabər görürük və yaşayırıq. Biz işləyənlər və əməyi ilə dolananlar ən çox bundan zərər görən kəslərik.
Bu gün qlobal imperializmin yeni dünya üzərində, bizim üzərimizdə oynadığı oyunun ən vacib tərəfi əməyimizi ucuz qiymətə almaq və mümkün dərəcədə bizi müftə çalışdırmaqdır. Belə bir dönəmdən keçirik. Bu keçdiyimiz dönəmdə kasıbların daha kasıb, zənginlərin daha zəngin olduğu bir dünyaya doğru gedirik.
Qardaş Azərbaycan da belə bir dövrdən keçir. Bu dövrdə, dəyərli qardaşlarım, qloballaşmanın çətinliyi dünya insanlığına elə şeylər gətirir ki, diqqət etsəniz, görərsiniz ki, hər il dünyada 11 milyon uşaq aclıqdan ölməkdədir. Dünya əhalisinin 1 milyard 300 milyon nəfərə yaxını içməyə təmiz su tapmamaqdadır. Yəni XIX əsrin sonunda, XX əsrin əvvəllərində ən zəngin on ölkə ilə ən yoxsul on ölkə arasında gəlir nisbəti üçqat idisə, indi bu nisbət 50 qata çatmışdır. Belə bir dönəmdən keçərkən özəlliklə Avrasiya bölgəsində çalışan bizlər bir-birimizə daha çox sayğılı olmaq, gücümüzü toplamaq məcburiyyətindəyik. Bu məqsədlə Türk Metal Sendikasının dəyərli başqanı Mustafa Özbək bundan 15 il öncə, yəni 13 fevral 1993-cü il tarixində Kiprdə Beynəlxalq Avrasiya Metal İşçiləri Sendikasını quraraq 20 üzv ölkədən 86 həmkarlar ittifaqını bir araya gətirmiş, bölgədəki 20 milyona yaxın insanı bu təşkilata üzv etmişdir.
Dəyərli qardaşlarım!
Beynəlxalq Avrasiya Metal İşçiləri Federasiyası 15 illik bu dövr ərzində Türkiyəyə Avrasiya bölgəsindən 40 minə yaxın insanı gətirmiş, Ankarada türk sendikaçılığı, toplu sözləşməsi sahəsində təhsilləndirmişdir.
Üzümüzə gələn dövrdə Avrasiya sendikaları Avrasiyanın zənginliklərinə göz dikən imperializmə qarşı güc birliyi nümayiş etdirmək məcburiyyətindədir, bərabər olmaq məcburiyyətindəyik. Onun üçün də bir araya gəlməliyik. Bütün dünyada da beynəlxalq həmkarlar ittifaqları ayrı-ayrı olmaqdan imtina etmiş, birləşməyin yolunu tutmuşlar. Tək ideya ətrafında toplaşmağa üstünlük vermişlər.
Avrasiyada yaşayan insanlar olaraq yeraltı və yerüstü zənginliklərimizə göz dikənlərə qarşı birləşərək güc nümayiş etdirməliyik.
Azərbaycan həmkarlar ittifaqlarının bu yönümdə çox böyük uğurlarının olduğuna inanıram. Başda hörmətli sədr Səttar Mehbalıyev olmaqla onun dəyərli silahdaşlarının siz çalışanlara qarşı gələn dövrdə də vacib addımlar atacaqlarına inanıram. Azərbaycanın qurucusu olmuş ulu öndər Heydər Əliyevə hüzurunuzda Allahdan rəhmət diləyirəm. Ölkə Prezidentinə Azərbaycanı bölgədə bir ulduza çevirmək yolunda mübarizəsində uğurlar diləyir, xoş arzularımı bildirirəm.
Bu qurultayda çalışanlara, işçilərinizə, bütün Azərbaycana xoşbəxtlik gətirəcək qərarlar qəbul ediləcəyinə inanıram. Hamınıza sayğılarımı bildirirəm!


"Hak-İş" Konfederasiyasının
Genel başkanı Salim Uslunun çıxışı

Hörmətli sədr!
Hörmətli xanımlar və bəy əfəndilər!
Şəxsən öz adımdan və "Hak-İş" təşkilatı adından bütün qurultay nümayəndələrini və qonaqları salamlayıram.
Hörmətli sədr! Səttar Mehbalıyev qardaşıma dəvətinə görə təşəkkür edir, qurultayın işinə müvəffəqiyyətlər diləyirəm.
Bu gün eyni zamanda iki hiss daşıyıram: xoşbəxtəm, çünki burada dostlarla bir aradayam, özümü evimdə hiss edirəm. Həyəcanlıyam, çünki uzun bir ayrılıqdan sonra gəzdiyim Azərbaycanda iqtisadi və sosial yüksəlişi görməkdən böyük qürur duyuram. Əminəm ki, Azərbaycanın bu gözqamaşdırıcı inkişafında ən böyük pay, ən böyük əmək Azərbaycan həmkarlarınındır.
AHİK-in bu uğurlarında Səttar bəyin və komandasının bacarıqlı liderliyi böyük rol oynamışdır.
Mərhum Heydər Əliyevin "Azərbaycan dünyada günəş kimi parlayacaqdır" söyləməsinin parlaq təzahüri kimi bu gün Azərbaycan hədəfə doğru-hörmətli Prezident İlham Əliyevin rəhbərliyi ilə inamla addımlamaqdadır.
Əminəm ki, Azərbaycan əldə etdiyi bu yüksəlişdə heç də çətinlik çəkməmişdir. Çünki mərhum Məhəmməd Əmin Rəsulzadənin bir əsr öncə yandırdığı müstəqillik alovu Azərbaycanın işığı və yolgöstərəni olmuşdur.
Bu gün Azərbaycan inanılmaz yüksəliş göstərək çətinlikləri dəf etmişdir.
Bir tərəfdən Qarabağdakı Vətən torpaqlarının işğalına müqavimət göstərmiş, digər tərəfdən isə həm tarixi dəyərlərini və milli kimliyini gücləndirmiş, həm də beynəlxalq təşkilatların dəyərli və sayılan üzvü kimi böyük uğurlar qazanmışdır.
Şübhəsiz, bu uğurların qazanılmasında siyasi və diplomatik səylərlə yanaşı, AHİK-in də böyük payı vardır. Azərbaycan əməkçilərinin səsinin bütün dünyada eşitdirilməsində uğurlar qazanılmışdır.
Səttar Mehbalıyev qardaşım həm iş birliyi və həm də güc birliyi nümayiş etdirərək dostluğa və həmrəyliyə böyük töhfələr verməkdədir.
"Hak-İş" və AHİK arasındakı dostluq əlaqələri ölkələrimiz-Türkiyə və Azərbaycan arasında mərhum Heydər Əliyevin söylədiyi "İki dövlət, bir millət" arzusunun reallaşmasına inamla aparır.
Bu gün səhər Şəhidlər Xiyabanında olduq. 1917-1918-ci illərdə Anadoludan gəlib burada şəhid olmuş türklərlə 1990-cı ilin yanvarında şəhid getmiş azərilər yan-yana yatırlar. Düşündüm: şəhid düşüb yan-yana yatan bizlər, həyatda ikən niyə yan-yana durmayaq?
Niyə kürəklərimizi bir-birimizə söykəyərək çətinliklərin öhdəsindən birgə gəlməyək? Nədən əl-ələ verib gələcəyə birlikdə addımlamayaq?
Qloballaşmanın bir tərəfdən demokratik dəyərləri zəiflətdiyi, digər tərfdən isə təmərgüzləşməyə doğru apardığı bir zamanda daha sıx iş birliyinə və həmrəyliyə ehtiyacımız yoxmu?
Bu qurultayın qonaq və nümayəndələrinin zənginliyi və coşqusu güc birliyimizin ən böyük göstəricisidir.
Özümüzə, bacarığımıza və dəyərlərimizə güvənirik.
Gələcəyimizin aydın olduğunu görürük.
Bu duyğularla sizləri təkrar salamlayır, qurultaya uğurlar diləyirəm.
Yaşasın həmrəylik!
Yaşasın Azəri Həmkarları!
Yaşasın Azərbaycan!

"Türk-İş" Həmkarlar İttifaqları Konfederasiyasının
təhsil üzrə katibi Nihad Yurdakulun çıxışı

Çox dəyərli sədr, dəyərli nümayəndələr, hörmətli qonaqlar!
"Türk-İş" Həmkarlar İttifaqı Konfederasiyası İcraiyyə Komitəsi adından, Türk işçiləri adından və şəxsən öz adımdan hamınızı hörmətlə salamlayıram.
Hörmətli qurultay nümayəndələri!
"Türk-İş"in genel başqanı hörmətli Mustafa Kumrunun burada sizlərlə olması planlaşdırılmışdı. Amma, heç birimizdən asılı olmayan bir durum nəticəsində Mustafa Kumrunun 5 yaşında nəvəsi dünən vəfat etdi, bu gün dəfn edir, onunçün aranızda buluna bilmədi. Onun sayğılarını, sevgi və salamlarını sizlərə gətirdim.
Sendikaçı dostlarım!
Sərhəd tanımayan qloballaşma əməyin də qloballaşmasını və beynəlxalq miqyasda işbirliyi qurmağı tələb etməkdədir. Bu səbəbdən də Konfederasiyanız beynəlxalq fəaliyyətini geniş miqyasda həyata keçirməkdədir.
Bu sahədə Avrasiya bölgəsi, xüsusən də Azərbaycan bizim üçün vacib əhəmiyyət kəsb edir. Avrasiya bölgəsi enerji mənbələri və digər iqtisadi zənginlikləri səbəbindən hər zaman cürbəcür iqtisadi və siyasi qarşıdurmalarla üzbəüz durmuşdur. Bizlər hər zaman bu qarşıdurmalarda əməyin və insani dəyərlərin müdafiəsi üçün işbirliyi içərisində olduq.
Dəyərli dinləyicilər!
Konfederasiyanız bu işbirliyinin təşkilatçısı olaraq 23-24 avqust 2007-ci il tarixdə "Türk-İş" Başkanlar Kurulunun toplantısını Azərbaycanda keçirmişdir. Başkanlar Kurulu toplantısının və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının birgə qərarına əsasən bu iki təşkilat arasında protokol imzalanmışdır. Protokol hər iki konfederasiya arasında geniş iş birliyinin inkişaf etdirilməsini, qloballaşma çərçivəsində işçi haqlarının və bölgə maraqlarının qorunması üçün bölgə miqyaslı bir güc strukturunun yaradılmasını nəzərdə tutur.
"Türk-İş" Başkanlar Kurulunun Azərbaycanda imzaladığı bu protokoldan sonra Konfederasiyamız 6-7 dekabr 2007-ci il tarixində keçirdiyi qurultayında Avrasiya coğrafiyası ilə əlaqədar önəmli bir qərar qəbul etmişdir. Bu qərara əsasən Avrasiya coğrafiyasında iqtisadi bir birliyin yaradılması zərurəti "Türk-İş"in bundan sonrakı siyasətində dilə gətiriləcəkdir. Qurultayımızın qəbul etdiyi bu qərar Avrasiya coğrafiyasında həyata keçirilən "Türk-İş" zənginliklərini daha da artıracaq və gücləndirəcəkdir.
Dəyərli dinləyənlər!
Bizlər bölgə ölkələrinin həyata keçirdikləri iqtisadi və sosial iş birliyinin bu coğrafiyada çalışan bütün insanların və çalışanların rifahına çox vacib təsir göstərəcəyinə inanırıq. Hər nə olursa-olsun, nə cür mübarizə aparırıqsa-aparaq, Avrasiya bölgəsinin sülh və əməkdaşlıq bölgəsi olmasına çalışırıq. Konfederasiyamızın səlahiyyətli orqanlarının verdiyi qərarla biz qloballaşmanın yarada biləcəyi problemləri aradan qaldırmaq və işçilərin rifahının və haqlarının qorunması üçün lazım olan hər cür tədbirləri birlikdə görəcəyik. Yenə də əməkdaşlığın bir nümunəsi olaraq, Türkiyədə həyata keçirdiyiniz tədbirləri nəzərinizə çatdırmaqdan böyük məmnunluq duyuram.
Bizim şərq bölgələrimizdə çalışan Azərbaycan əsilli işçi qardaşlarımızın yaşadıqları çətinlikləri araşdırmaq məqsədi ilə həmin bölgədə fəaliyyət göstərən 9-cu bölgə təmsilçiliyimizə xüsusi tapşırıqlar verdik. Bu məsələni qısa bir zamanda həll etdik.
Çıxışımın sonunda Avrasiya bölgəsində həmkarlar ittifaqı hərəkatına və əməkdaşlığa dəyərli töhfələr verdiyinə görə, başda hörmətli Səttar bəy olmaqla, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının bütün rəhbərlərinə və üzvlərinə təşəkkür edirəm, qurultayın uğurlu keçməsini diləyirəm.
Qardaş Türkiyə və Azərbaycan xalqlarının dostluğunu sonsuzadək yaşamasını arzulayıram, hamınıza sayqılarımı bildirirəm!


Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar
İttifaqı Respublika Komitəsinin
sədri Cahangir Əliyevin çıxışı


Hörmətli qurultay iştirakçıları!
Hər bir dövlətdə həmkarlar ittifaqlarının fəaliyyəti daxili qanunlar ilə tənzimlənir. Fəxrlə demək olar ki, Azərbaycanda həmkarlar ittifaqlarının fəaliyyət göstərməsi üçün tam hüquqi baza yaradılmışdır. Ötən dövrdə bir çox qanunlar, fərmanlar qəbul edilmişdir ki, bunlar da bizə üzərimizə götürdüyümüz missiyanı həyata keçirmək üçün böyük imkanlar verir.

Hüquqi bazanın yaradılmasında, dövrün tələbinə uyğun təkmilləşdirilməsində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyevin əvəzsiz xidmətləri vardır. Bizim mövcud qanunvericilik bazasından səmərəli istifadə etməliyik. İlk növbədə həmkarlar ittifaqları işçiləri daim maariflənməlidir.
Maarifləndirmə tək həmkarlar ittifaqlarında yox, həm də müəssisələrdə çalışan işçiləri və qulluqçuları, ümumiyyətlə, bütün respublika əhalisini əhatə etməlidir.
İctimai telekanalda AHİK-in təşəbbüsü ilə həmkarlar ittifaqı haqqında verilən veriliş göstərdi ki, əhali arasında bu quruma maraq böyükdür. Hesab edirik ki, KİV-də təbliğat işi davam etdirilməlidir.
Məlumdur ki, AHİK-in İcraiyyə Komitəsinin 22.08.2005-ci il tarixli qərarı ilə Konfederasiyanın "İnformasiya Siyasəti Konsepsiyası" qəbul edilmişdir. Konsepsiya həmkarlar ittifaqlarının informasiya sahəsində fəaliyyətinin məqsədini, vəzifələrini, prinsiplərini və əsas istiqamətlərini müəyyən etmişdir.
Nəzərinizə çatdırıram ki, yuxarıda qeyd olunan qərarın icrasını təmin etmək məqsədi ilə Respublika Komitəsinin Rəyasət Heyətində tədbirlər planı təsdiq edilmişdir. Tədbirlər planında sahə həmkarlar ittifaqı üzvlərinin sosial-iqtisadi və əmək hüquqlarının müdafiəsi, həmkarlar ittifaqına üzvlüyün motivasiyasının möhkəmləndirilməsi işində ilk təşkilatların fəaliyyətinə yardım göstərmək, həmkarlar ittifaqı təşkilatlarının kütləvi informasiya vasitələri ilə qarşılıqlı fəaliyyətini təşkil etmək, AHİK-in informasiya xidməti ilə əməkdaşlıq etmək, RK-nın informasiya bankını yaratmaq məqsədi ilə təkliflər hazırlamaq nəzərdə tutulmuşdur.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının gender və gənclər problemlərinə diqqətin cəlb edilməsi istiqamətində məqsədyönlü iş aparılmışdır. Hesabat dövründə AHİK-in bilavasitə dəstəyi və iştirakı ilə hər iki istiqamətdə xeyli iş görülmüşdür. Gender və gənclər üzrə təşkilatlar təsis edilmiş və onların geniş fəaliyyəti təmin olunmuşdur. AHİK tərəfindən verilən təlimatlar, tövsiyələr bu yönümdə olan problemlərin həllinə geniş istiqamət vermişdir.
Qeyd etmək istəyirəm ki, istər gender, istərsə də gənclərlə bağlı bütün məsələlər ARDNŞ ilə Respublika Komitəsi arasında bağlanmış sahə (Tarif) Sazişində də öz əksini tapmışdır.
Nəzərinizə çatdırıram ki, neft və qaz sənayesində çalışan işçilərin əmək və sosial hüquqlarının qorunması sahəsində əmək və mənzil qanunvericiliyinin pozulması ilə əlaqədar Respublika Komitəsinə daxil olmuş bütün ərizə və şikayətlər vaxtında araşdırılmış və işçilərin pozulmuş hüquqları bərpa olunmuşdur.
Bir qədər neft sənayesində apardığımız işlər barədə: Millət vəkili cənab Rövnəq Abdullayev Dövlət Neft Şirkətinə prezident təyin edildikdən sonra neftçilərin sosial-iqtisadi durumu sürətlə yaxşılaşmağa başlamışdır. İşçilərin əməkhaqları ardıcıl olaraq artırılır. 2002-ci ildən 2008-ci ilədək əməkhaqları 4 dəfədən çox artmışdır. Tarif cədvəlimiz bir neçə dəfə təkmilləşdirilmişdir. Dövlət Neft Şirkətinin bütün işçilərinə qidalanmaq üçün bir iş gününə 2 manat vəsait ayrılır. Eyni zamanda bütün idarə və müəssisələrdə işçilərin isti yeməklə təmin olunmaları üçün mövcud yeməkxanalarda təmir və rekonstruksiya işləri aparılır, bəzi yerlərdə yeni, müasir şəraitə uyğun yeməkxanalar tikilir.
Dövlət Neft Şirkətinin dəstəyi və bilavasitə köməyi ilə bir vacib məsələnin də tənzimlənməsinə nail olunmuşdur. O da işçilərə maddi yardımın verilməsidir. Dövlət Neft Şirkətinin 16 iyun 2006-cı il tarixdə RK ilə imzaladığı əmr-qərardan sonra hər bir işçi ailədə baş vermiş müxtəlif hadisələrlə əlaqədar, məsələn, ailə qurması, uşağın məktəbə getməsi və yaxud ailə üzvünün vəfat etməsi, cərrahiyyə əməliyyatı keçirməsi və digər hallarda müəyyən olunmuş miqdarda maddi yardım ala bilir. İşçi məzuniyyətə getdikdə əməkhaqqının 70 faizi həcmində müalicə müavinəti alır.
Ötən dövrdə sahə işçilərimizin sağlamlığının qorunması istiqamətində də bir sıra işlər görülmüşdür. Onlardan ən vacibi Mərkəzi Neftçilər Xəstəxanasının iş fəaliyyətinin köklü surətdə dəyişməsidir. Xəstəxanaya yüksək peşəkarlığa malik mütəxəssislərin cəlb edilməsi, ən müasir avadanlığın alınması, yeni poliklinikanın istifadəyə verilməsi neftçilərə tibbi xidmətin yaxşılaşdırılmasına imkan verir.
Dövlət Neft Şirkətinin bilavasitə maliyyə dəstəyi ilə 2 ildir ki, yay mövsümündə neftçilərin ailə üzvləri ilə birgə istirahəti təşkil olunur. Bunun üçün Şirkətin balansında olan istirahət ocaqlarından istifadə olunur. Eləcə də respublikamızın ən şəfalı guşələrində onların istirahətləri təşkil edilir. İki ildə 15 minə yaxın neftçi ailə üzvləri ilə birgə bu imkandan istifadə etmişdir.
Azərbaycanın neft sektorunda bir çox xarici şirkətlərin fəaliyyət göstərməsini hər zaman müsbət qarşılamışıq. Lakin bəzi şirkətlər böyük problemlər də yaratdılar. Bunlardan əsasları yerli və xarici işçilərə ikili standartların tətbiq olunması, əməkhaqlarında böyük fərq qoyulması, yerli işçilərin əmək hüquqlarının kütləvi surətdə pozulması olmuşdur.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası bizimlə birgə bu hadisələri izləmiş, müvafiq seminarlar, konfranslar və digər diqqəti cəlb edən tədbirlər keçirmişdir. Bu problemləri mətbuat orqanlarında və televiziya vasitəsi ilə işıqlandırdıq. Lakin həmkarlar ittifaqlarının yaranmasına nail ola bilmirdik. Yalnız 2005-ci ilin noyabr ayında öncə "McDermott" Şirkəti, bir neçə gündən sonra isə onlara həmrəylik göstərən "BOSŞELF", PCH şirkətlərinin fəhlələri etiraz əlaməti olaraq qısamüddətli xəbərdarlıq tətilləri keçirməklə bu sahədə vəziyyəti köklü surətdə dəyişdilər. AHİK-in və Dövlət Neft Şirkətinin vaxtında və lazımi dəstəyi ilə bizim bu işə qatılmağımız öz bəhrəsini verdi. Qısa müddətdə bir çox şirkətdə həmkarlar ittifaqı təşkilatı yaradıldı və müvəffəqiyyətlə fəaliyyət göstərdi. Bu dövrdə biz həmkarlar ittifaqılarının zəruri olduğunu sübut etdik. Hər ilin yekununa görə işçilərin əməkhaqlaırınn artırılmasına nail olduq. Vacib amillərdən biri də odur ki, biz bp, eləcə də "McDermott" şirkətləri ilə birbaşa işgüzar əlaqələr yaratdıq. Bizi narahat edən məsələləri müzakirəyə çıxardıq, onların həlli yollarını müəyyən etdik. Həmkarlar ittifaqlarına inam o dərəcədə artıb ki, hətta həmkarlar təşkilatları ilə bərabər, bu qurumun fəaliyyət göstərmədiyi xarici şirkətlərdən belə işçilər müraciət edərək bizdən kömək gözləyirlər. İmkanlarımız çərçivəsində biz hamıya yardım edirik. Bu istiqamətdə işlər bu gün də davam etdirilir və biz inanırıq ki, neft sənayesində fəaliyyət göstərən bütün şirkətlərdə həmkarlar ittifaqı təşkilatlarının yaradılmasına nail olacağıq.
Hörmətli qurultay nümayəndələri!
Transmilli şirkətlərdə həmkarlar ittifaqı təşkilatlarının yaradılmasında fəallıq göstərən işçilərin çox zaman müddətli əmək müqaviləsi olduğundan işəgötürən onlarla əmək müqaviləsini davam etdirmir. Bununla da həmkarlar ittifaqı təşkilatının yaranmasına təzyiq göstərir. Təklif edərdim ki, qanunvericilikdə belə bir dəyişiklik edilsin. İctimai əsaslarla seçilmiş həmkarlar ittifaqı təşkilatının sədri ilə əmək müqaviləsi müddətsiz bağlansın və yaxud bu mümkün olmadığı halda əmək müqaviləsinə xitam verilməsi müvafiq sahə həmkarlar ittifaqı təşkilatının razılığı olmadan həyata keçirilməsin.
Hörmətli qurultay nümayəndələri!
Diqqətinizə çatdırıram ki, sahə həmkarlar ittifaqının III qurultayının nümayəndələri Hİ üzvlərinin sosial-iqtisadi və əmək hüquqlarının qorunmasında göstərdiyi xidmətlərini və neft sənayesində fəaliyyət göstərən transmilli şirkətlərdə həmkarlar ittifaqı təşkilatının təsis olunması istiqamətindəki səylərini, eləcə də sahə həmkarlar ittifaqının strukturuna daxil olan üzv təşkilatlardan gəlmiş təklifləri nəzərə alaraq AHİK sədri, millət vəkili Səttar Mehbalıyevin yenidən AHİK-in sədri vəzifəsinə seçilməsini dəstəkləmək barədə qərar qəbul etmişlər. Bildirmək istəyirəm ki, qurultayda iştirak edən nümayəndə heyətimiz bu təklifin lehinə səs verəcəkdir.
Hörmətli qurultay nümayəndələri!
Bu gün tam qətiyyətlə deyə bilərik ki, son 4 ildə respublikamız bütün sahələrdə dinamik inkişaf etmiş, insanların maddi-rifah səviyyəsi əhəmiyyətli dərəcədə yaxşılaşmışdır. Cəmiyyətdə orta təbəqənin mövqeləri güclənmiş, tikinti-quruculuq və abadlıq işləri geniş miqyas almışdır. Eyni zamanda elm, təhsil, mədəniyyət müəssisələrinin əsaslı təmiri və yenidən qurulması prosesi güclənmiş, infrastrukturun yerləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılmışdır. Hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yeritdiyi çoxşaxəli siyasət milli maraq və mənafelərimizin başlıca təminatçısına çevrilmişdir.
Cənab İlham Əliyev öz fəaliyyəti ilə xalqın rəğbətini və birmənalı dəstəyini qazanmış lider kimi Azərbaycanı inamla daha böyük uğur və nailiyyətlərə aparır. Bütün bunlar isə xalqın alternativsiz liderinin 2008-ci ilin prezident seçkilərində də çoxminli neftçi ordusu tərəfindən birmənalı şəkildə dəstəklənəcəyinə qəti əminlik yaradır.
Çıxışımın sonunda AHİK-in hesabat dövründəki fəaliyyətini qənaətbəxş qiymətləndirirəm. Əmin olduğumuzu bildiririk ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası məqsədyönlü fəaliyyəti ilə gələcəkdə də daha böyük uğurlar qazanacaq və hər birimiz həmkarlar ittifaqlarının nüfuzunun durmadan artmasının şahidi olacağıq.
Diqqətinizə görə çox sağ olun!



Dəmiryolçuların Müstəqil Həmkarlar
İttifaqı Respublika Komitəsinin
sədri Fəzail Bağırovun çıxışı

Hörmətli qurultay iştirakçıları !
Əziz həmkarlar !
İcazə verin ölkəmizin iqtisadi inkişafında özünəməxsus rolu olan çoxminli dəmiryolçular ordusunun səmimi salamlarını Sizə çatdırım.
Dəmiryolçuların həmkarlar ittifaqı işçilərin sosial-iqtisadi problemlərinin həllini daim diqqət mərkəzində saxlayır.
Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi işçilərin sosial-iqtisadi mənafelərinin və hüquqlarının, Əmək Məcəlləsinin tələblərinə müvafiq olaraq maksimum səviyyədə qorunmasını təmin etmək məqsədi ilə Azərbaycan Dövlət Dəmir Yolunun tabeçiliyində olan bir sıra xidmət, birlik, idarə və müəssisələrdə yoxlamalar keçirmiş və təhlillər aparmışdır.
Yoxlamalar və təhlillər zamanı aşkar edilmiş nöqsanların aradan qaldırılmasına praktiki köməkliklər göstərilmiş, Əmək Məcəlləsinin tələblərinə, əməkhaqqı və digər müavinətlərin ödənilmə qaydalarına riayət edilməsinə nail olunmuşdur. Nəticədə işçilərə il ərzində 40 min manat miqdarında ödənilməyən əməkhaqqı və müavinətlər qaytarılması təmin edilmişdir.
Dəmiryolçuların həmkarlar ittifaqının fəaliyyətinin əsas istiqamətlərindən biri də əməyin mühafizəsi məsələlərinin təmin olunmasıdır. Bu məsələnin işçilərin həyat və sağlamlığı üçün mühüm əhəmiyyət kəsb etdiyini nəzərə alaraq Azərbaycan Dövlət Dəmir Yolu rəhbərliyi və Dəmiryolçuların Müstəqil HİRK-i əməyin mühafizəsinin yaxşılaşdırılması, işçilərin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə bir sıra əmrlər və sərəncamlar verərək nəzarətin gücləndirilməsinə nail olmuşlar. Ona görə də Azərbaycan Dövlət Dəmir Yolunun idarə, müəssisə və təşkilatlarında istehsalat hadisələrinin sayı xeyli azalmış, 2007-ci ildə isə istehsalat xəsarətlərinə yol verilməmişdir.
Dəmiryolçuların MHİRK-in xidmətində olan sahə, birləşmiş və azad həmkarlar ittifaqı komitələri 35 nəfər işçinin Əmək Məcəlləsinin 70 "ç" bəndi ilə işdən azad olunmasına razılıq verməmiş və onlar öz iş yerlərinə bərpa edilmişlər. Bundan başqa, şəhid anası S.A. İmanova xəstəliyi ilə əlaqədar işləyə bilmədiyinə görə Rəyasət Heyətinin qərarı ilə himayəyə götürülmüşdür.
DMHİRK-in 5 dekabr 2007-ci il tarixli plenumunda ADDY rəhbərliyi ilə MHİRK arasında Yolun sosial inkişafı üzrə 2008-2010-cu illər üçün yeni sazişin bağlanmasına nail olunmuşdur.
Gördüyümüz müsbət işlərə baxmayaraq, qayğı və problemlərimiz də mövcuddur. Bunlardan ən mühümü dəmiryolçuların əməkhaqlarının aşağı səviyyədə olmasıdır. Bu istiqamətdə müəyyən işlərin görülməsinə baxmayaraq, hazırda Dəmir Yolunda çalışanların əməkhaqları respublikanın bir sıra sahələrində işləyənlərin, eyni zamanda MDB və Baltikyanı ölkələrin dəmiryolçularının əməkhaqlarının səviyyəsindən aşağıdır.
Bu məsələnin həllində irəliləyiş əldə etmək üçün Yol rəhbərliyi ilə Respublika Komitəsi arasında danışıqlar aparılmış və ştat ixtisarının hesabına əməkhaqlarının artırılması qeyri-məqbul hesab edilmişdir. Ona görə də, əməkhaqlarının 30-40 faiz artırılması üçün maliyyə mənbəyini təmin etmək məqsədi ilə Yol rəhbərliyi tərəfindən ölkədaxili yük və sərnişindaşıma tariflərinin artırılması barədə Tarif Şurasına müraciət edilmişdir. Ancaq əfsuslar olsun ki, bu günə kimi məsələ öz həllini tapmamışdır.
Təklif edirik ki, bu məsələnin müsbət həll edilməsinə köməklik məqsədi ilə AHİK-in qurultayında Nazirlər Kabineti Tariflər Şurasına müvafiq müraciət qəbul edilsin.
İşçilərin sosial-iqtisadi vəziyyətlərinin yaxşılaşdırılması üçün mühüm əhəmiyyət kəsb edən bir məsələyə də diqqətinizi cəlb etmək istəyirəm.
Bildiyiniz kimi, respublikada qiymətlərin sürətlə artması insanların maddi durumuna birbaşa mənfi təsir göstərir.
Baş Kollektiv Sazişdə minimum əməkhaqqının yaşayış minimumunun səviyyəsinə çatdırılması nəzərdə tutulur. Ancaq son illər ərzində bu istiqamətdə qaneedici nailiyyətlər əldə edilməmişdir. Ona görə də təklif edirik ki, Sazişin müvafiq bəndində hər il üçün minimum əməkhaqqının artması respublikada bir nəfərə düşən mövcud istehlak büdcəsinə nisbətdə konkret faizlə öz əksini tapsın.
Digər təklifimiz əməkçilərin alıcılıq qabiliyyətinin aşağı düşməsinin qarşısının alınması ilə bağlıdır. İlin hər rübündə Dövlət Statistika Komitəsi tərəfindən inflyasiya barədə dərc edilən rəsmi rəqəmlərə uyğun olaraq işçilərin aldıqları əməkhaqqı və müavinətlərinin indeksləşdirilməsi mexanizmi işlənilib qəbul olunsun.
Hörmətli qurultay iştirakçıları !
Çıxışımın sonunda Dəmiryolçuların MHİRK-in 5-ci plenumunda qəbul edilmiş qərarları və bəzi təklifləri nəzərinizə çatdırlmaq istərdim.
Çoxminli dəmiryolçular ordusu adından təklif edirəm: - Ölkəmizin qüdrətlənməsi, dövlətçiliyimizin getdikcə möhkəmlənməsi, insanların maddi-rifah halının yaxşılaşdırılması üçün var qüvvəsini əsirgəməyən, torpaqlarımızın qaytarılması üçün prinsipial mövqe tutan, məqsədyönlü daxili və xarici siyasət aparan ulu öndərimizin siyasi kursunun davamçısı İlham Əliyev cənablarının qarşıdan gələn prezident seçkilərində namizədliyi yenidən irəli sürülsün.
Həmkarlar ittifaqı hərəkatının inkişafında, həmkarlar ittifaqı haqqında qanunun qəbul edilməsində və Azərbaycan həmkarlar ittifaqlarının beynəlxalq aləmdə nüfuzunun artmasında, işçilərin hüquqlarının və sosial-iqtisadi mənafelərinin qorunmasını gücləndirmək məqsədi ilə Əmək Məcəlləsində bir sıra əlavə və dəyişikliklərin edilməsində göstərdiyi əvəzsiz xidmətlərinə görə millət vəkili Səttar Suliddin oğlu Mehbalıyevin AHİK-in sədri vəzifəsinə namizədliyi yenidən irəli sürülsün.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının hesabat dövründəki fəaliyyəti qənaətbəxş hesab edilsin və Təftiş Komissiyasının məruzəsi təsdiq edilsin.
Diqqətinizə görə çox sağ olun!




Naxçıvan MR Həmkarlar İttifaqları
Şurasının sədri Elman Hacıyevin çıxışı

Xanımlar və cənablar!
Hörmətli qurultay iştirakçıları!
Naxçıvan MR HİŞ-in işindən danışmazdan əvvəl, qurultaya hesabat məruzəsi barədə bir neçə kəlmə demək istəyirəm. 5 ildə görülən işləri məcmu halda alqışalayiqdir. Həmkarlar işində böyük təcrübə qazanmış, ömrünün yarıdan çoxunu bu müqəddəs işə, əmək adamlarına, əmək kollektivlərinə yüksək münasibət işinə sərf etmiş Səttar müəllim bu gün dünya həmkarlar sistemində tanınan və hörmət edilən liderdir.
Onun qayğı və diqqətini biz də öz üzərimizdə daim hiss etməkdəyik.
Bütövlükdə xalqımız üçün əlamətdar olmuş 2007-ci il Azərbaycanımızın hər yerində, o cümlədən Naxçıvan Muxtar Respublikasında yeni quruculuq, yaradıcılıq və təsərrüfat ili kimi yadda qalacaq. Ötən il həmkarlar ittifaqları işçiləri üçün də nailiyyətlərlə zəngin olub. HİŞ-ın 40 il əvvəl tikilmiş binası yenidən yüksək zövqlə qurulub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri çox hörmətli Vasif Talıbov binanın təmirindən sonra istifadəyə verilməsi mərasimində demişdir: "Bu gün Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi həyatında həmkarlar ittifaqlarının özünəməxsus yeri və rolu vardır. Həmkarlar ittifaqları Muxtar Respublikanın idarə və müəssisələrində əmək müqavilələrinə əməl olunmasında, işçilərin sosial hüquqlarının qorunmasında, əmək şəraitinin yaxşılaşdırılmasında fəal rol oynayırlar".
Bu gün Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası öz işini Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti ilə bağladığı kollektiv sazişin şərtlərinin yerinə yetirilməsi istiqamətində qurur. Şuranın sahələr üzrə əhatə etdiyi təşkilatların ümumi sayı 919-dur. O cümlədən vəzifə maaşlı həmkarlar ittifaqı komitələrinin sayı 18, vəzifə maaşlı aparat işçilərinin sayı 54, ilk həmkarlar ittifaqı komitələri təmsilçilərinin sayı 799, birləşmiş komitələrin sayı 5, şəhər (rayon) həmkarlar ittifaqı komitələrinin sayı 36, Muxtar Respublika komitələrinin sayı 7-dir. İttifaq üzvlərinin sayı 68 min nəfərə yaxındır. O cümlədən qadınların sayı 27694 nəfərdir. Bu gün ittifaq üzvlərinin sayı yeni istifadəyə verilmiş müəssisələrdəki iş yerlərinin hesabına çoxalmaqdadır.
Ali Məclis sədrinin xüsusi tapşırığından sonra həmkarlar işində yaranmış canlanma üzvlük haqlarının artımına da öz yüksək təsirini göstərmişdir. Təkcə keçən il Şuranın hesabına ilk təşkilatlardan 141 min 533 manat üzvlük haqqı keçirilib. Bu vəsaitin 41 min 533 manatı Şuranın cari xərclərinə sərf edilib. Qalan 100 min manata yaxın vəsait isə Şuranın inzibati binasının təmiri üçün Naxçıvan Şəhər Abadlıq və Təmir-Tikinti İdarəsinin hesabına köçürülmüşdür.
2007-ci ildə Böyük Vətən müharibəsi veteranlarına, şəhid ailələrinə, əmək əlillərinə, kimsəsiz və aztəminatlı ailələrə Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının vəsaiti hesabına 4 min manata yaxın maddi yardım göstərilmişdir. Şura hərbi hissələrin əsgər və zabitləri ilə yaxından əlaqə saxlayır. Hər il əsgər və zabitlərlə görüşlər keçirilmiş, onlara ərzaq məhsulları, gündəlik tələbat malları və bayram hədiyyələri verilmişdir. Artıq altı ildir ki, Heydər Əliyev adına Hərbi Liseyin şagirdlərinə təqaüd veririk. Təkcə keçən il 7 nəfər əlaçı şagird hər ay həmkarlar ittifaqı təqaüdünü almışdır.
Son beş ildə Şura, MR-in Yazıçılar Birliyi və MR-in Gənclər və İdman Nazirliyi ilə birlikdə altı dəfə ədəbi əsərlər və publisistik yazıların müsabiqəsini keçirmişdir. Müsabiqələrdən ikisi xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilmişdi. Digər müsabiqələrdə Naxçıvanda aparılan quruculuq işlərindən bəhs edən yazılar münsiflər heyətinin ixtiyarına verilmişdi. Bu müsabiqələrdə 155-ə yaxın müəllif iştirak etmiş, ən yaxşı yazıların müəllifləri mükafatlandırılmışlar.
2006-cı ilin ortalarında Kəngərli rayonunda əvvəlcə idman kompleksi, sonradan profili dəyişdirilərək Tarix-Diyarşünaslıq Muzeyi olmuş obyektin tikintisi həmkarların vəsaiti hesabına aparılmışdır. Tikintinin aparılmasına sifarişçi təşkilat olan Şura tərəfindən dörd yüz min manat pul vəsaiti köçürülmüşdür.
Son beş il ərzində 3 minə qədər sanatoriya yollayışı alınmışdır. Bu yollayışlardan 500-dən artığı müharibə və əmək veteranlarına, əlillərə və onların ailə üzvlərinə verilmişdir. Müalicəyə daha çox ehtiyacı olan və maddi imkanı olmayan ittifaq üzvləri isə yollayışları pulsuz almışlar.
Təkcə ötən il Naxçıvan MR Həmkarlar İttifaqları Şurasına vətəndaşlardan 600 yazılı və şifahi müraciət daxil olmuşdur.
Heydər Əliyev kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev Azərbaycanın dövlət müstəqilliyinin qətiyyətlə qorunması, Azərbaycanın bölgədə, həmçinin dünyada rolunun və nüfuzunun yüksəldilməsi, Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı, yoxsulluğun və işsizliyin aradan qaldırılması, nəqliyyat-kommunikasiya, energetika və sosial obyektlərin güclü infrastruktur şəbəkəsinin yaradılması istiqamətində uğurlu siyasət aparır. Cənab Prezidentin ötən ilin oktyabr ayının 17-də Naxçıvan MR-ə səfəri, səfər çərçivəsində Muxtar Respublikada aparılan abadlıq, quruculuq işləri ilə yaxından tanış olması, ona yüksək qiymət verməsi, bir sıra obyektlərin açılış mərasimlərində şəxsən iştirak etməsi Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına göstərdiyi yüksək qayğının bariz nümunəsidir.
Ümummilli liderimiz Heydər Əliyev demişdir: "Azərbaycan həmkarlar ittifaqları əməkçi vətəndaşların sosial-iqtisadi və hüquqi mənafelərinin müdafiəsində Azərbaycan Respublikasının qanunlarına arxalanaraq böyük bir missiyanı həyata keçirir".
Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası da məhz bu vəzifənin öhdəsindən gəlməyə çalışır.
Çıxışımın sonunda qurultayın işinə bir daha müvəffəqiyyətlər arzulayır, yeni seçilən heyətə öz işlərində yeni-yeni nailiyyətlər diləyirəm.
Diqqətinizə görə sağ olun!



Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Etibar Əliyevin çıxışı

Hörmətli qurultay
nümayəndələri və qonaqlar!

Sizi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının III qurultayının açılışı münasibətilə təbrik edirəm.
Ölkəmizin siyasi və iqtisadi həyatında baş verən dəyişikliklər həmkarlar ittifaqından da yan keçməmişdir. Dövlət və hökumətimiz sosial gərginliyin azadılmasında həmkarlar ittifaqının rolunu düzgün qiymətləndirərək onun fəaliyyəti üçün optimal şəraitin yaradılmasında maraqlıdır və müxtəlif səviyyələrdə bunun təmin edilməsinə çalışır. AHİK, Nazirlər Kabineti və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında bağlanan Baş Kollektiv Saziş zəhmətkeşlərin sosial müdafiəsini təmin edən bir sənəd kimi ildən-ilə daha real əhəmiyyət kəsb edir.
Qürur hissi ilə qeyd etməliyik ki, 2005-ci ildə Azərbaycanda həmkarlar ittifaqlarının yaradılmasının 100 illik yubileyi Heydər Əliyev adına Sarayda çox böyük təntənə ilə keçirildi. Respublikanın geniş ictimai dairələrinin, beynəlxalq təşkilatların iştirak etdiyi bu tədbirlərdə bir qrup həmkarlar ittifaqı işçisi fəxri adlar, orden və medallarla təltif olundular. Bu tədbir bir daha göstərdi ki, həmkarlar ittifaqının tarixi qədər də gücü və qüdrəti var.
Azərbaycanda həmkarlar ittifaqının 100 illik tarixindən danışarkən bizim sahə həmkarlar ittifaqının da sovetlər dönəmindən sonrakı tarixinə nəzər salmaq yerinə düşərdi.
Respublika Komitəsinin 1991-ci ildən bu günədək keçdiyi yolu şərti olaraq 3 tarixi mərhələyə bölmək olar.
I mərhələ 1991-1996-cı illər
II mərhələ 1996-2001-ci illər
III mərhələ 2001-ci ildən bu günədək
1991-ci ilin avqustunda Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqının XXXI konfransı Azərbaycan həmkarlar ittifaqları sistemində ilk dəfə yeni sahə Nizamnaməsini qəbul etdi. Bu Nizamnamə demokratiyanın bərqərar olması istiqamətində atılmış ilk addım idi. O, keçmiş SSRİ məkanında (onda hələ Sovet İttifaqı dağılmamışdı) ilk dəfə olaraq demokratik normaların bəyan edilməsi ilə tarixdə qalacaqdır. Nizamnaməyə əsasən ilk təşkilatlara sərbəstlik verildi. Onlar yuxarı həmkarlar ittifaqı orqanlarına birbaşa nümayəndələri seçib göndərmək, sədrləri alternativ əsaslarla seçmək və sair hüquqlar qazandılar.
1996-2001-ci illərdə Respublika Komitəsinin əsas işi təşkilatımızı qoruyub saxlamaq olmuşdur. Ən ümdə vəzifəsi üzvlərinin sosial-iqtisadi və peşə mənafelərini müdafiə etmək olan həmkarlar ittifaqı Respublika Komitəsi bir çox problemləri həll etmək üçün mübarizəyə başladı.
Bunları əsasən iki qismə bölmək olar. Birinci qismə həmkarlar ittifaqlarının özünün hüquqlarının qorunması, ikinci qismə isə həmkarlar ittifaqı üzvlərinin hüquq və mənafelərinin qorunması aiddir.
Bu dövrdə respublikada həyata keçirilən özəlləşmə proqramı nəticəsində avtonəqliyyat müəssisələrinin 95%-i özəlləşmişdi. Bu mərhələdə əsas işimiz özəlləşən müəssisələrdə Hİ təşkilatını qoruyub saxlamaq və qanun çərçivəsində onların fəaliyyətini təmin etmək, həmçinin kütləvi ixtisarların qarşısını almaq oldu.
Özəlləşmə və kütləvi ixtisarlar nəticəsində sahə işçilərinin sayı təxminən 70 mindən 18000 nəfərə enmişdi. Əməkhaqları çox aşağı düşmüşdü. Yığılan üzvülük haqqının həcmi kəskin şəkildə azalmışdı. Bu isə öz növbəsində Hİ orqanlarının saxlanmasında ciddi maliyyə problemi yaratmışdı. Vəziyyətdən çıxmaqdan ötrü Respublika Komitəsi 1998-ci ildə həmkarlar ittifaqı sistemində ilkin olaraq üzvlük haqqının 2% həcmində tutulması haqqında qərar qəbul etdi.
2001-ci ildən sonrakı dövrü həmkarlar ittifaqı orqanlarının möhkəmləndirilməsi və sahə işçilərinin əməyinin mühafizəsinin gücləndirilməsi, təhlükəsiz əmək şəraitinin yaradılması üçün səylərin daha da artırılması kimi xarakterizə etmək olar. Ancaq bununla bərabər təşkilatlanma sahəsində işimizin zəif cəhətlərini də qeyd etməliyik.
Bakı şəhərində sərnişin daşımaları ilə məşğul olan sürücüləri həmkarlar ittifaqı üzvlüyünə cəlb edə bilməmişik.
Etiraf edirik ki, 10 min nəfərə qədər işçinin 80%-nin Hİ üzvlüyündən kənarda qalması yolverilməz haldır. Düzdür, bu işdə obyektiv çətinliklər mövcuddur. Belə ki, hələ bir neçə il əvvəl "Sərnişinnəqliyyat" Departamentindən daşımalarla məşğul olan özəl müəssisələrin ünvanları götürülmüş və onların məskunlaşdığı yerlər müəyyənləşdirilmişdi.
Sürücülərlə Hİ təşkilatı yaradılması istiqamətində söhbətlər aparmağa cəhd göstərilmişdi. Lakin məlum oldu ki, müəssisə tək bir sahibkardan ibarətdir. Onlar "müəssisə" adı altında özlərinin şəxsi mənzillərinin ünvanlarını qeydə aldırmışdılar. Bununla belə hesab edirik ki, qeyri - ənənəvi yollarla da olsa bu sürücülər mütləq Hİ üzvlüyünə cəlb edilməlidir.
Ən vacib məsələlərdən biri üzvlərimizin sayının artırılmasıdır. Bu sahədə əsas iş şəhərdaxili və şəhərlərarası xətlərdə sərnişin daşıyan sürücülər arasında aparılmalı, onlar həmkarlar ittifaqı sıralarına cəlb edilməlidirlər. Hazırda bu kateqoriyadan olan minlərlə sürücü əmək müqaviləsi bağlamadan, əməkhaqqı almadan əsl mənada istismara məruz qalır, sahibkara işləyir. Bunun müqabilində sahibkar həmin sürücünün özü və ailəsinin taleyi üçün heç bir məsuliyyət daşımır. Sözügedən sürücülər yüksək qəza riskli sahədə çalışmalarına baxmayaraq, bədbəxt hadisələrdən sığortalanmır. Yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət aldıqda və ya həlak olduqda istər özləri, istərsə də ailələri taleyin ümidinə buraxılırlar.
Fikrimizcə, ünvanlı pensiya və müavinətlərin verilməsinə keçid daha bir məsələnin həllini zəruri edir. Bildiyimiz kimi, yeni qaydalara görə, yaşa görə pensiyanın məbləği hər bir vətəndaşın bilavasitə sosial müdafiə fondunda toplanan vəsaitinin miqdarından asılıdır. Demək, Hİ olaraq biz çalışmalıyıq ki, hər bir işçi əvvəla əmək müqaviləsi ilə işləyərək əməkhaqqı alsın, ikincisi isə, bu əməkhaqqının səviyyəsi yüksək olsun. Bunun üçün işçilər arasında geniş təbliğat işi aparılmalı və sahibkarlar tərəfindən vergilərdən yayınmaq üçün ikili mühasibatlıq aparılmasının qarşısı alınmalıdır.
Burada bir məsələyə də toxunmaq istərdim.
Müəssisələr tərəfindən DSMF-ya verilən hesabatlarda Hİ orqanının da imzası və möhürü olmalıdır. Bu, məhz əməkhaqqının səviyyəsi və sosial xarakterli ödəmələrə nəzarət etməyə imkan verir. Lakin reallıqda DSMF tərəfindən bu hesabatlar Hİ orqanının möhürü olmadan da qəbul edilir. Belə qeyri-qənaətbəxş hallar sosial müdafiə fondu ilə olan yaxşı münasibətlərlə heç də üst-üstə düşmür. Məlum olduğu kimi, AHİK-in təşəbbüsü ilə məhz sosial müdafiə fondunun verdiyi siyahı əsasında iri sığorta qurumlarında həmkarlar ittifaqı təşkilatı yaratmaq mümkün olmuşdur. Əminəm ki, DSMF-in rəhbərliyi qurultayda ünvanlarına səslənən bu narazılığa sayğı ilə yanaşacaqdır. Hesabatlarda həmkarlar ittifaqı komitəsi sədrinin imzasının mütləqliyini işəgötürənlərdən təkidlə tələb edəcəklər.
Konfederasiya rəhbərliyinin və xüsusən də onun sədrinin beynəlxalq və respublika həmkarlar ittifaqı hərəkatındakı xidmətlərini nəzərə alaraq və sahə Hİ-nin III iclasının tapşırığını yerinə yetirərək Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı İşçiləri Hİ-nın qurultay nümayəndələri AHİK-in sədri vəzifəsinə Səttar Suliddin oğlu Mehbalıyevin namizədliyini irəli sürür və dəstəkləyir.



Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar
İttifaqı Respublika Komitəsinin sədri
Cəmilə Səttarovanın çıxışı

Hörmətli qurultay nümayəndələri!
Əziz həmkarlar!
Dəyərli qonaqlar!

İcazə verin ilk növbədə Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı adından Sizi səmimi-qəlbdən salamlayım, qurultayın işinə müvəffəqiyyətlər arzulayım.
AHİK-in II qurultayından keçən dövr ərzində ölkəmizdə və onun hüdudlarından kənarda Azərbaycan həmkarlar ittifaqlarının nüfuzu daha da artmış, mövqeyi daha da möhkəmlənmişdir. Hazırda respublikada ən kütləvi ictimai hərəkat olan həmkarlar ittifaqları cəmiyyətimizin qabaqcıl və aparıcı qüvvələrindən birinə çevrilə bilmişdir.

Hörmətli qurultay iştirakçıları!
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının son illər qəbul etdiyi qərarları və bizə olan tövsiyələri sahə həmkarlar ittifaqlarının işinə yeni bir canlanma gətirmiş, onların fəaliyyətlərinin düzgün istiqamətləndirilməsinə öz müsbət təsirini göstərmişdir.
İcraiyyə Komitəsinin "İnformasiya siyasəti haqqında", "Gender siyasəti haqqında", "Gənclər siyasəti haqqında" qərarları işimizə yenilik gətirmiş, ilk təşkilatlarla, fəallarla əlaqələrimizin möhkəmlənməsinə, işləyən qadınların hüquq və mənafelərinin qorunmasına, gənclərin həmkarlar ittifaqları işinə, onun icraedici orqanlarına cəlb edilməsinə köməklik göstərmişdir.
AHİK-in həmkarlar ittifaqlarının bütün sahələri üzrə görülmüş işlər haqqında aylıq məlumatları, "Ülfət" qəzetində çap olunan informasiyalar və materiallar, sahələrarası informasiya qıtlığını aradan götürmüş, vahid informasiya məkanının formalaşmasına zəmin yaratmışdır.
İşin bu cür təşkili Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqının Respublika Komitəsində də öz əksini tapmışdır. Respublika Komitəsinin bütün gördüyü işlər, plenumlarda və tədbirlərdə edilən çıxışlar toplanılıb kitabça şəklində mütəmadi olaraq üzv təşkilatlara çatdırılır.
Öz növbəsində MİMHİ-də ittifaqın şəhər, rayon və ilk təşkilatları tərəfindən görülmüş işlər və tədbirlər barədə yarımillik və illik məlumatlar qəbul edilir, Respublika Komitəsinin məlumatı ilə birgə ümumiləşdirilərək, kitab şəklində çap etdirilir və yerlərə göndərilir.
Respublika Komitəsinin Rəyasət Heyətinin hər il müxtəlif şəhər və rayonlarda keçirdiyi səyyar iclaslar ittifaq üzvləri ilə sıx, canlı əlaqələrin yaradılmasına, işin daha səmərəli və ünvanlı aparılmasına xidmət göstərir.
Bu cür görüşlərdə qaldırılan bir çox köklü problemlərin həllində AHİK-in yaxından iştirakı və köməkliyi az olmamışdır. Belə təcrübə özünü doğruldur. Hazırda biz bu cür qarşılıqlı əlaqələrin və ünsiyyətin ilk təşkilatlarla yaradılmasına çalışırıq.
İttifaq üzrə vahid informasiya məkanının və operativ əlaqələrin qurulması məqsədi ilə şəhər və rayon komitələrinin maddi-texniki bazasını yaradırıq. Artıq onların texniki vasitələr və orqtexnika və kompyuterlərlə tədricən təchizatına başlamışıq.
"AHİK-in gender siyasəti Konsepsiyası" da qarşıya qoyulan vəzifələrin icrası üçün "Gender bərabərliyi və qadın problemləri üzrə Mərkəz" yaradılmışdır. Mərkəz yarandığı vaxtdan fəal işə başlamış, bir sıra təşkilati-kütləvi tədbirlər keçirmişdir.
Hazırda Respublika Komitəsi də daxil olmaqla, sahələrdə gender bərabərliyi və qadın problemləri üzrə 1206 komissiya fəaliyyət göstərir. Bu işə 4805 qadın cəlb edilmişdir. RK nəzdindəki komissiyanın apardığı əsas işlərdən biri sorğular nəticəsində üzə çıxarılan ən xarakterik problemlərin qruplaşdırılaraq sahə, ərazi sazişlərə və kollektiv müqavilələrə əlavə edilməsi üçün tövsiyələrin hazırlanması və bütün qurumlara çatdırılması olmuşdur.
Hörmətli qurultay nümayəndələri!
Gənclər həmkarlar ittifaqlarının strateji resursudur. Gənclərlə bağlı AHİK-in müvafiq qərarının icrası və dövlət gənclər siyasətinin həyata keçirilməsində yaxından iştirak etmək məqsədi ilə Respublika Komitəsi tərəfindən müəyyən işlər görülməkdədir.
Komitə nəzdində yaradılmış gənclərlə iş komissiyası qısa bir zamanda sahə üzrə 54 komissiyanın fəaliyyətinə, tələbə gənclərlə sıx əlaqələrin və qarşılıqlı ünsiyyətin yaradılmasına nail olmuşdur.
Hörmətli Prezidentimiz İlham Əliyevin 2007-ci ilin gənclər ili kimi keçirilməsi çağırışına qoşularaq il ərzində bir sıra silsilə tədbirlər keçirmiş, fəal gənclər və tələbələr gənclər günü ərəfəsində, digər əlamətdar günlərdə MİMHİ Respublika Komitəsinin Fəxri fərmanları, diplomları və qiymətli hədiyyələri ilə təltif olunmuşlar. "Gənclərin əməyinin və sağlamlığının mühafizəsi və idmana cəlb olunması haqqında", "Gənc aktyorların əmək və sosial şəraitinin yaxşılaşdırılması haqqında", "Tələbələrin məişət şəraitinin yaxşılaşdırılması və asudə vaxtlarının təşkili üzrə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman və Əmək və Sosial Münasibətlər akademiyalarının müdiriyyəti və həmkarlar ittifaqı komitələrinin işi haqqında" məsələlərə Rəyasət Heyətinin iclasında baxılmış, tələbələrin və gənc aktyorların istirahətinin və asudə vaxtlarının düzgün təşkili məsələləri, onları narahat edən məişət problemləri və bunların həlli yolları geniş müzakirə edilib müvafiq qərarlar qəbul edilmişdir. Bundan əlavə, adıçəkilən tədris müəssisələrində Respublika Komitəsi tərəfindən sağlamlıq aksiyası keçirilmişdir. Tələbələr göz müayinəsindən keçmiş, müvafiq həkim məsləhətləri almış, ehtiyacı olanlar lazımi dərman preparatları ilə təmin edilmişlər.
2007-ci ilin dekabrında “Gənclərlə işin təşkili və onların sosial mənafelərinin müdafiəsi” mövzusunda keçirilmiş plenumda, ilin əvvəlində "Ülfət" qəzetində elan edilmiş həmkarlar ittifaqları haqqında "Ən yaxşı məruzə" müsabiqəsinə yekun vurulmuş, qaliblər mükafatlandırılmışlar. Plenumda aparılmış müzakirələrdə və çıxışlarda Əmək Məcəlləsində gənclərin, xüsusilə orduya çağırılan və tərxis olunan gənclərin hüquq və mənafelərinin müdafiəsi məsələlərinə daha çox diqqətin artırılması istəyi bildirilmişdir ki, mən də öz növbəmdə bunu qurultayın nəzərinə çatdırıram.
Çıxışımı yekunlaşdıraraq qeyd etmək istərdim ki, Azərbaycan həmkarlar ittifaqlarının fəaliyyətinin canlanması, öz işini keyfiyyətcə yeni müstəvidə qurması, geniş xalq kütlələrinin aparıcı qüvvəsinə çevrilməsi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, onun rəhbərliyinin yüksək nüfuzu hesabına başa gəlmişdir. Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqının bütün üzvləri adından hesabat dövründə AHİK-in və Təftiş Komissiyasının fəaliyyətlərini kafi qiymətləndirirəm və fürsətdən istifadə edib, Səttar Suliddin oğlu Mehbalıyevin növbəti dəfə AHİK-in sədri vəzifəsinə seçilməsini təklif edirəm.
Mən respublikamızın mədəniyyət işçiləri adından AHİK-in III qurultayının bütün dünya həmkarlar ittifaqları və fəhlə hərəkatlarına olan müraciətini dəstəkləyir və hesab edirəm ki, bu cür aksiyalarla biz daima öz ürək yanğımızı, Qarabağ dərdimizi dünyaya çatdırmalıyıq.

Diqqətinizə görə təşəkkür edirəm!



Elektroenergetika və Elektrotexnika Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri
Rafiq İldarovun çıxışı


Hörmətli nümayəndələr!
Sizi Azərbaycan Elektroenergetika və Elektrotexnika Sənayesi İşçiləri Həmkarlar İttifaqının üzvləri adından salamlayıram və qurultayın işinə uğurlar arzulayıram.
Elektroenergetika və Elektrotexnika Sənayesi İşçiləri Həmkarlar İttifaqı öz işini Azərbaycan həmkarlar ittifaqlarının II qurultayında qəbul edilmiş "Azərbaycan həmkarlar ittifaqlarının fəaliyyətinin əsas istiqamətləri"nə uyğun qurmuşdur.
Sahə həmkarlar ittifaqının fəaliyyəti təşkilatın strukturunun təkmilləşdirilməsinə, üzvlərinin əmək, sosial-iqtisadi hüquqlarının və mənafelərinin müdafiəsinə, işçilərin asudə vaxtlarının səmərəli və mənalı keçirilməsinə, şəhid və qaçqın ailələrinə diqqətin artırılmasına və digər məsələlərin həllinə yönəldilmişdir.
Yeni yaradılmış müəssisələrdə həmkarlar ittifaqının ilk təşkilatlarının formalaşmasına nail olmuşuq. Həmkarlar ittifaqı üzvlərinə AHİK-in qəbul etdiyi vahid formaya uyğun üzvlük biletləri 2005-ci il ərzində təqdim edilmişdir.
Məmnuniyyətlə qeyd etməliyik ki, işəgötürənlərlə bağladığımız kollektiv sazişlərdə və müqavilələrdə işçilərin xeyrinə olan öhdəliklər ildən-ilə artırılır və ən əsası odur ki, həmin öhdəliklərin əksəriyyəti yerinə yetirilir.
Hörmətli qurultay iştirakçıları!
AHİK-in hazırladığı və nəşr etdiyi "Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Qərarlar Toplusu", əməyin mühafizəsinə, qadınların əməyinə, gənclər arasında məşğulluğun vəziyyətinə və digər mövzulara dair kitablar və metodik vəsaitlər həmkarlar ittifaqı komitə sədrlərinin, mütəxəssislərinin və fəallarının masaüstü kitabları olmuşlar. AHİK-in tədris kurslarında və seminarlarda fəallarımız öz hazırlıqlarını artırmışlar.
Konfederasiyasının "Hər bir iş yerində mədəni istehsalat" və "Layiqli iş yeri - təhlükəsiz əmək" devizləri altında 2004 və 2006-cı illərdə keçirdiyi respublika baxış-müsabiqələrində bizim sahənin müəssisələri də fəal iştirak etmişlər. "Azərbaycan" və "Şimal" istilik-elektrik stansiyalarının kollektivləri müsabiqənin qalibləri sırasında olmuşlar.
AHİK idmanın inkişafına xüsusi diqqət yetirir. Sahə həmkarlar ittifaqının idman komandaları Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının və "Zenit" İdman Cəmiyyətinin keçirdikləri spartakiadalarda fəal iştirak edirlər.
Vətənimizin müharibə şəraitində yaşadığını nəzərə alaraq spartakiadalara idmanın hərbi-texniki növlərinin daxil edilməsini təklif edirik.
Hörmətli qurultay iştirakçıları!
Qurultayımızda dövlət orqanları nümayəndələrinin iştirak etdiyini nəzərə alaraq, bizi narahat edən bir sıra problemlərə toxunmaq istəyirəm.
Hamımıza məlumdur ki, yaşa görə pensiyanın baza hissəsinin və minimum aylıq əməkhaqqının artırılması üzrə ölkə rəhbərliyi tərəfindən daimi olaraq tədbirlər görülür.
Hesab edirik ki, əmək pensiyalarının minimum həddi ölkə üzrə yaşayış minimumundan az olmamalıdır. Minimum aylıq əməkhaqqı isə işləyənlər üçün müəyyən edilmiş yaşayış minimumunun iki mislinə çatdırılmalıdır. Çünki işçi özünün minimum tələbatlarını təmin etməkdən başqa, heç olmasa, bir uşağını saxlamağa qadir olmalıdır.
Dövlətimizin gəlirlərinin artmasını nəzərə alaraq işəgötürənin işçilərə pulsuz yemək üçün çəkdiyi xərclərin bütün vergilərdən azad edilməsinin mümkünlüyünə baxılmasını xahiş edirik.
Bir məsələyə də toxunmaq istərdim.
Bina və qurğuların təmirinə onların qalıq dəyərinin iki faizi məbləğində vəsaitin xərclənməsinə icazə verilir.
Bəlkə bu faiz on il bundan qabaq kifayət edərdi. Lakin ilbəil materialların artan qiymətlərinin qarşısında bu vəsaitin həcmi çox azdır.
Fikrimizcə, təmir xərclərinin inflyasiyanın həddinə uyğun artırılması məqsədəuyğun olardı. Yəni təmir ilə bağlı xərclər

çap üçün verisya

Axtarish sistemi

  


« September 2010
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Advokat

Ali məktəblərin birində laborant işləyirəm. 4 yaşlı qızım var. Ana-bala hər ikimiz xroniki xəstəyik. Mənə düşən ödənişsiz məzuniyyətlər barədə məlumat verməyinizi xahiş edirəm.

Elza HƏSƏNOVA,
Samux rayonu.

- Əmək Məcəlləsinin 128-130-cu maddələrinə əsasən, qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ vardır. Ödənişsiz məzuniyyətlər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir. İşəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. İşçilərin xahişi ilə bir iş ilində aşağıdakı hallarda və müddətdə ödənişsiz məzuniyyətlər verilir: həkim məsləhət komissiyasının rəyi əsasında xroniki xəstəliyə tutulmuş uşağı olan valideynlərdən birinə, yaxud ailənin uşağa bilavasitə qulluq edən digər üzvünə - uşaq dörd yaşına çatanadək; əlillik qrupundan və səbəbindən asılı olmayaraq əlillərə, sağlamlıq imkanları məhdud olan 18 yaşınadək işçilərə - bir təqvim ayınadək; qazanılmış immunçatışmazlığı sindromu (AİDS) xəstəliyinə tutulmuş və ya insanın immunçatışmazlığı virusu (HİV) ilə yoluxmuş uşaq böyüdən, həmçinin sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağı olan valideynlərə - 14 təqvim gününədək; ailənin xəstə üzvünə qulluq edən qohumlardan birinə - səhiyyə müəssisəsinin rəyi ilə 14 təqvim gününədək; sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqları olan işçilərə - 14 təqvim gününədək; ailə, məişət və başqa sosial məsələləri həll etmək üçün işçilərə -7 təqvim gününədək. Bu ödənişsiz məzuniyyətlər Əmək Məcəlləsində nəzərdə tutulan minimum məzuniyyətlərdir. Eyni zamanda əmək müqaviləsində nəzərdə tutulduğu halda, hər iki tərəfin razılığı (işçinin və işəgötürənin) və ya Kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda ödənişsiz məzuniyyətlər daha çox müddətə verilə bilər.
Əmək Məcəlləsinin 245-ci maddəsinə əsasən, 14 yaşına çatmamış uşağı, yaxud sağlamlıq imkanları məhdud uşağı olan, habelə tibbi rəy əsasında xəstə ailə üzvünə qulluq edən qadınların xahişi ilə işəgötürən onlara işlənmiş vaxta mütənasib əməkhaqqı ödənilən natamam iş günü və ya natamam iş həftəsi müəyyən etməlidir. Bu halda qadının gündəlik və ya həftəlik iş vaxtının müddəti tərəflərin razılığı ilə müəyyən edilir. Həm özünüz və həm də uşağınız xroniki xəstə olduğu üçün ödənişsiz məzuniyyətlərdən istifadə etməklə bərabər Əmək Məcəlləsinin 245-ci maddəsində nəzərdə tutulan işlənmiş vaxta mütənasib əməkhaqqı ödənilən natamam iş günü və ya natamam iş həftəsi hüququndan istifadə etməyiniz daha düzgündür. Belə olan halda siz həm işəgötürənə ziyan vurmamaqla əmək funksiyalarınızı yerinə yetirmiş olursunuz və eyni zamanda xəstəliyin müalicəsi ilə əlaqədar müəyyən vaxt qazanmış olursunuz.


© 2006-2010
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.