Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
(avqustun 16-da)
…Azərbaycan Respublikasında rəsmi səfərdə olan Türkiyə Prezidenti Abdullah Gülü qarşılamışdır. …Türkiyə Prezidenti Abdullah Güllə təkbətək görüşmüşdür. …Azərbaycan Respublikası Prezidentinin və Türkiyə Prezidenti Abdullah Gülün nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşdə iştirak etmişdir. …və Türkiyə Prezidenti Abdullah Gül "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə" imzalamışlar. …və Türkiyə Prezidenti Abdullah Gülün mətbuat konfransı olmuşdur. …"Gülüstan" sarayında Azərbaycan Respublikasının Prezidenti adından Türkiyə Respublikasının Prezidenti Abdullah Gülün şərəfinə təşkil olunmuş rəsmi ziyafətdə iştirak etmiş və nitq söyləmişdir.
Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi və "Spartak" KBTİC Respublika Şurasının təşkilatçılığı ilə noyabrın 28-dən dekabrın 3-nə kimi Bakının Ramana qəsəbəsində yerləşən "Gənc əlillərin əmək və istirahət evi"nin kontingenti arasında yarışlar keçirilmişdir.
Beynəlxalq Əlillər Gününə həsr olunmuş bu tədbirdə evin 70 sakini idmanın şahmat, nərd, dama, gücsınama və darts növləri üzrə gücünü sınamışdır. Tinatin Əfəndiyeva, Asif Əliyev (şahmat), Tahirə İsmayılova, Aydın Əfəndiyev (dama), İlqar Rəhimov (gücsınama), Zadir Mahmudov (nərd), Səbinə Məmmədova və Ariz Quliyev (darts) 1-ci yerin sahibi olmuşlar. İlk üç yeri tutan iştirakçılar RK-nın Fəxri fərmanları və müvafiq olaraq 35, 30 və 25 manat məbləğində pul ilə mükafatlandırılmışlar. Mükafatçılar sırasına çıxa bilməyən iştirakçılara və yataq rejimində olan hər bir sakin-əlillərə də bayram münasibətilə 20 manat məbləğində pul verilmişdir.
Sosial müavinətlərin növləri barədə məlumat verməyinizi xahiş edirəm.
Oruc MUSAYEV, Şirvan şəhəri.
- 7 fevral 2006 - cı il tarixli "Sosial müavinətlər haqqında" qanunun 4- cü maddəsinə əsasən, Azərbaycan Respublikasında müavinətlərin aşağıdakı növləri nəzərdə tutulmuşdur: o aylıq müavinət o dövlət qulluqçularına ömürlük müavinət o yaşa görə müavinət o əlilliyə görə müavinət o 16 yaşadək əlil uşaqlara müavinət o ailə başçısını itirməyə görə müavinət o AR Prezidenti tərəfindən müəyyən edilmiş bəzi kateqoriyalı şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət. o 3 yaşadək uşağa qulluğa görə müavinət o müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriyalı şəxslərin 16 yaşadək (ümumtəhsil müəsissələrində əyani təhsil alanlar üçün 18 yaşadək) uşaqlarına müavinət o valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət. o bir yaşadək uşağı olan aztəminatlı ailələrə müavinət o birdəfəlik müavinətlər o radiasiya qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkərək əlil olmuş şəxslərə hər il müalicə üçün müavinət. o uşağın anadan olmasına görə müavinət. o dəfn üçün müavinət.