Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
(avqustun 16-da)
…Azərbaycan Respublikasında rəsmi səfərdə olan Türkiyə Prezidenti Abdullah Gülü qarşılamışdır. …Türkiyə Prezidenti Abdullah Güllə təkbətək görüşmüşdür. …Azərbaycan Respublikası Prezidentinin və Türkiyə Prezidenti Abdullah Gülün nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşdə iştirak etmişdir. …və Türkiyə Prezidenti Abdullah Gül "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə" imzalamışlar. …və Türkiyə Prezidenti Abdullah Gülün mətbuat konfransı olmuşdur. …"Gülüstan" sarayında Azərbaycan Respublikasının Prezidenti adından Türkiyə Respublikasının Prezidenti Abdullah Gülün şərəfinə təşkil olunmuş rəsmi ziyafətdə iştirak etmiş və nitq söyləmişdir.
Futzal üzrə Azərbaycan yığma komandası Avropa çempionatının 1/4 finalına vəsiqə qazanıb. Komandamız Macarıstanda keçirilən yarışda ikinci görüşü Çexiya ilə keçirib və qələbə ilə başa vurub - 6:1. Futzalçılarımız bundan əvvəl Macarıstanı yenib - 3:1. A qrupunun lideri kimi 1/4 finala çıxan millimizin 25 yanvarda qarşılaşacağı komanda hələ məlum deyil.
Sosial müavinətlərin növləri barədə məlumat verməyinizi xahiş edirəm.
Oruc MUSAYEV, Şirvan şəhəri.
- 7 fevral 2006 - cı il tarixli "Sosial müavinətlər haqqında" qanunun 4- cü maddəsinə əsasən, Azərbaycan Respublikasında müavinətlərin aşağıdakı növləri nəzərdə tutulmuşdur: o aylıq müavinət o dövlət qulluqçularına ömürlük müavinət o yaşa görə müavinət o əlilliyə görə müavinət o 16 yaşadək əlil uşaqlara müavinət o ailə başçısını itirməyə görə müavinət o AR Prezidenti tərəfindən müəyyən edilmiş bəzi kateqoriyalı şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət. o 3 yaşadək uşağa qulluğa görə müavinət o müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriyalı şəxslərin 16 yaşadək (ümumtəhsil müəsissələrində əyani təhsil alanlar üçün 18 yaşadək) uşaqlarına müavinət o valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət. o bir yaşadək uşağı olan aztəminatlı ailələrə müavinət o birdəfəlik müavinətlər o radiasiya qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkərək əlil olmuş şəxslərə hər il müalicə üçün müavinət. o uşağın anadan olmasına görə müavinət. o dəfn üçün müavinət.