Rəsmi
Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

(mayın 13-də)
…Beynəlxalq Velosipedçilər İttifaqının Prezidenti Patrik Mak Quaydı qəbul etmiş, ölkəmizdə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq velosiped turunun keçirilməsinin əhəmiyyətini və bu beynəlxalq tədbirin təkcə paytaxtı deyil, regionları da əhatə etməsinin önəmini qeyd etmişdir.

(mayın 14-də)
…Bolqarıstan Respublikası Xalq Məclisinin sədri xanım Tsetska Tsaçevanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmiş, ölkələrimiz arasında əlaqələrin zəngin tarixə malik olduğunu və yüksək səviyyədə təmasların səmərəli nəticələr verdiyini diqqətə çatdırmışdır.
…ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popovu (Rusiya), Robert Bradtkeni (ABŞ), Jak Foru (Fransa) və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul etmiş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələləri müzakirə etmişdir.

(mayın 15-də)
…MDB-nin üzvü olan ölkələrin Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında iştirak etmək üçün Rusiya Federasiyasının paytaxtı Moskvaya işgüzar səfərə gəlmişdir.
…Moskvada MDB-nin üzvü olan ölkələrin Dövlət Başçıları Şurasının qeryi-rəsmi iclasında iştirak etmişdir.
…və Moldova Respublikasının Prezidenti Nikolaye Timovtin Moskvada görüşmüş, Azərbaycan ilə Moldova arasında enerji, sərmayələrin yatırılması və digər sahələrdə əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğunu qeyd etmişlər.
…və Qırğız Respublikasının Prezidenti Almazbek Atambayev Moskvada görüşmüş, ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə inkişafından, eləcə də hökumətlərarası komissiyanın fəaliyyətindən məmnunluq ifadə etmişlər.

(mayın 16-da)
…Rusiya Federasiyasına səfərini başa vuraraq həmin gün Bakıya qayıtmışdır.
…Daxili İşlər Nazirliyinin Zuğulbada inşa edilmiş "Xəzri" İstirahət və Sağlamlıq Mərkəzinin açılışı mərasimində iştirak etmişdir.
…Azərbaycan ədəbiyyatının inkişafında mühüm xidmətləri olan Mirvarid Dilbazinin 100 illik yubileyinin layiqincə keçirilməsi haqqında Sərəncam imzalamışdır.

(mayın 17-də)
…Özbəkistan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Şerzod Fayziyevin etimadnaməsini qəbul etmiş, xalqlarımız və iki ölkənin dövlət rəhbərləri arasında yaxşı münasibətlərin mövcud olmasının əlaqələrimizin inkişafındakı önəmini vurğulamışdır.

“İdman ili"nə ciddi hazırlıq gedir

27.01.12 - 18:32101 baxılıb

AHİTA həmkarlar idman təşkilatlarında keçiriləcək tədbirlər barədə Gənclər və İdman Nazirliyinə məlumat göndərib

Azərbaycanın idman sahəsində son illər əldə etdiyi nailiyyətlər göz qabağındadır. Yola saldığımız ildə də ölkəmiz idman sahəsində böyük uğurları ilə yadda qaldı. Olimpiya hərəkatı genişlənib, gənclər müntəzəm şəkildə idmana cəlb olunurlar. Əhalinin bütün təbəqələri arasında sağlam həyat tərzi formalaşdırılır. Yeni idman və olimpiya kompleksləri tikilir. Müstəqillik əldə etdiyimiz vaxtdan Azərbaycan idmançıları müxtəlif səviyyəli beynəlxalq yarışlarda beş mindən artıq medala layiq görülüblər. Olimpiya oyunlarında qazanılan 4 qızıl, 3 gümüş və 9 bürünc medal isə böyük tarixi nailiyyətdir.
Bütün bunlar növbəti illərdə daha böyük nailiyyətlər qazanmaq üçün möhkəm zəmin yaratmışdır. Azərbaycan idmanı dünya miqyasında öncüllər sırasında mövqe tutmaq əzmindədir.
İdmançılarımızın London Olimpiadasında, növbəti dünya və Avropa çempionatlarında, beynəlxalq yarışlarda daha yüksək göstəricilərini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2012-ci il "İdman ili" elan olundu.
Bakı şəhəri 2020-ci ildə XXXII Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək iddiasındadır. Ötən ilin sentyabrında Beynəlxalq Olimpiya Komitəsinin sözügedən Yay Olimpiya Oyunlarına Bakının namizədliyini təsdiq etməsi bu iddianın reallaşmasına böyük ümidlər verir.
Millət vəkili Ağacan Əbiyev bildirib ki, Azərbaycanda müxtəlif idman növləri üzrə keçirilən yarışların yüksək səviyyədə təşkili olimpiya oyunlarına ev sahibliyi etmək iqtidarında olduğumuzu göstərir.
Onun sözlərinə görə, Azərbaycan dünyanın nüfuzlu idman ölkəsidir: "London Yay Olimpiya Oyunlarında Azərbaycandan olimpiya yarışlarında iştirak edəcək idmançılarımızın sayı tam müəyyənləşməyib. Çünki lisenziya yarışları bu ilin aprel-may aylarına qədər davam edəcək. Möhtəşəm idman tədbiri isə bu ilin 25 iyul -13 avqust tarixlərində keçiriləcək. Hələlik 30-a yaxın lisenziya qazanmışıq, amma fikrimcə, bu göstərici 40-dan çox olacaq. Ümumiyyətlə, ölkəmizin olimpiya yarışlarında göstəriciləri hər dəfə artımla müşayiət olunur. Düşünürəm ki, bu il Londonda qazanacağımız medalların sayı daha çox olacaq".
Olimpiya çempionu Namiq Abdullayev düşünür ki, Prezidentin sərəncamı ilə 2012-ci ilin "İdman ili" elan olunması ölkəmizdə idmana göstərilən diqqətin nəticəsidir: "Bu, hər bir idmançı kimi mənim üçün də fəxrdir. Bu il həm də London Yay Olimpiya Oyunları keçiriləcək. İnanıram ki, ölkəmizə gələcək medalların sayı hər kəsin ürəyincə olacaq".
Gənclər və İdman Nazirliyi mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova sözügedən nazirliyin Nazirlər Kabineti ilə birgə Tədbirlər Planı hazırladığını bildirdi: "Saytımızda idman təqvimi bölməsində hansı idman tədbirlərinin keçiriləcəyi barədə məlumatlar yerləşdirilir. Lakin sırf "İdman ili" ilə əlaqədar hansı tədbirlər planının hazırlanması və orada nələrin nəzərdə tutulması barədə danışmaq hələ tezdir. Hazırda bunun üzərində iş gedir. Yaxın günlərdə nazirliyin mətbuat konfransı keçirilməlidir. Orada hər kəs üçün qaranlıq qalan məqamlara aydınlıq gətiriləcək".
Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİTA) vitse-prezidenti Vaqif Əliyev 2012-ci il "İdman ili" elan olunduqdan sonra cəmiyyətin idman klublarının sədrləri ilə birgə iclas keçirildiyini bildirdi: "Respublika Prezidentinin sərəncamı ilə bağlı onlara müvafiq tövsiyələr verildi. Cəmiyyət sədrləri də öz növbəsində hazırladıqları tədbirlər planlarını bizə təqdim etdilər. Əsasən kompleks yarışlara üstünlük verildi. Təqvim planına daxil edilən tədbirlərin siyahısı artıq Gənclər və İdman Nazirilyinə təqdim edilib". Sonra dedi: "Tədbirlər planı çərçivəsində noyabr-dekabr aylarında AHİTA üzrə sahə həmkarlar ittifaqları təşkilatlarının V Respublika Spartakiadası keçiriləcək. Bununla yanaşı, AHİTA-ya üzv olan idman cəmiyyətləri, klubları yarışlar, spartakiadalar və "Heydər" zirvəsinə "Ağrı dağa" beynəlxalq yürüşlər təşkil edəcək.

çap üçün verisya

Axtarish sistemi

  


« May 2012
Mo Tu We Th Fr Sa Su
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Advokat

Könüllü fəaliyyət münasibətlərini tənzimləyən müqavilə barədə məlumat verməyinizi xahiş edirəm.

Əlikram QURBANOV,
Bakı şəhəri.


- Könüllü fəaliyyətin iştirakçıları arasında münasibətlər tərəflər arasında yazılı formada bağlanan müqavilə ilə tənzimlənir. Könüllü fəaliyyətin təşkilatçıları tərəfindən cəlb edilmiş könüllülərlə bağlanan müqavilədə aşağıdakılar göstərilir:
o müqavilə bağlayan tərəflər haqqında məlumatlar;
o tərəflərin hüquq və vəzifələri;
o görüləcək işlər və göstəriləcək xidmətlər;
o müqavilənin müddəti;
o tərəflərin məsuliyyəti;
o müqaviləyə xitam verilməsi qaydası.
Könüllü fəaliyyətin təşkilatçıları tərəfindən cəlb edilmiş könüllülərlə bağlanan müqavilədə qanunla nəzərdə tutulmuş digər şərtlər də nəzərdə tutula bilər. Könüllü tərəfindən könüllü fəaliyyətin həyata keçirilməsi ilə bağlı üçüncü şəxslərə vurulmuş zərərin ödənilməsi qaydası müqavilə ilə müəyyən olunur. Müqavilədə könüllünün hüquqlarını məhdudlaşdıran müddəaların əks olunması yolverilməzdir.
Müqaviləyə tərəflərin razılığı ilə vaxtından əvvəl xitam verilə bilər. Tərəflərdən birinin təşəbbüsü ilə müqaviləyə vaxtından əvvəl xitam verildikdə qarşı tərəfə müqavilənin xitam olunacağı haqqında xəbərdarlıq edilməlidir. Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsinə dair əsaslar olduqda tərəflər müqaviləyə xitam verə bilərlər.
Müqavilə üzrə tərəflər arasında yaranan mübahisələr qanunvericiliyə uyğun olaraq məhkəmə qaydasında həll edilir.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.