Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

iyulun 18-də

…Gürcüstana işgüzar səfərə gəlmişdir.
…və Gürcüstan Prezidenti Mixeil Saakaşvili Batumidə təkbətək görüşmüşlər.
…və Gürcüstan Prezidenti Mixeil Saakaşvili təkbətək görüş başa çatdıqdan sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşmüşlər.
…və Gürcüstan Prezidenti Mixeil Saakaşvili Batumidə geniş tərkibdə görüşdən sonra birgə mətbuat konfransı keçirmişlər.
…və Gürcüstan Prezidenti Mixeil Saakaşvili mətbuat konfransı başa çatdıqdan sonra Batumi şəhərində həyata keçirilən və gələcəkdə icrası nəzərdə tutulan infrastruktur layihələrinin eskizlərinə baxmışlar.
…və xanımı Mehriban Əliyeva Batumidə Gürcüstan Prezidenti Mixeil Saakaşvili və xanımı Sandra Elizabet Rulofsla birgə işgüzar nahar etmişlər.
…və xanımı Mehriban Əliyeva, Gürcüstan Prezidenti Mixeil Saakaşvili və xanımı Sandra Elizabet Rulofs Batumi şəhərinin görməli yerləri ilə tanış olmuşlar.
…Gürcüstana işgüzar səfərini başa vuraraq həmin gün axşam Vətənə qayıtmışdır.

iyulun 19-da

…Ukraynanın xarici işlər naziri Konstantin Qrişenkonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

iyulun 20-də

…və xanımı Mehriban Əliyeva Respublika mehmanxanasının əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə yaxından tanış olmuşlar.
…,xanımı Mehriban Əliyeva və ailə üzvləri paytaxtda, Dənizkənarı Milli Parkda "Park Bulvar" ticarət və istirahət mərkəzinin açılış mərasimində iştirak etmişlər.
…BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının Baş katibi Supaçay Paniçpakdini qəbul etmişdir.
…İtaliyanın "ENİ" Şirkətinin icraçı direktoru Paulo Skaroninin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

iyulun 21-də

…Azərbaycan Duz İstehsa lat Birliyinin Masazır gölü ətrafındakı duz zavodunun açılışında iştirak və çıxış etmişdir.
…Azərbaycan Milli Mətbuatının inkişafındakı xidmətlərinə görə bir qrup mətbuat işçisinin "Tərəqqi" medalı, "Əməkdar Jurnalist", "Əməkdar Mədəniyyət İşçisi" və "Əməkdar Mühəndis" fəxri adları ilə təltif edilməsi haqqında Sərəncam imzalamışdır.
…Azərbaycan Milli Mətbuatının 135 illiyi ilə əlaqədar kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımının göstərilməsi haqqında Sərəncam imzalamışdır.

iyulun 22-də

…Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında Sərəncam imzalamışdır.
…Mətbuat Şurasının yeni binasının açılışında iştirak etmişdir.
…"Total" Şirkətinin təhqiqat və istehsal üzrə prezidenti İv Lui Darrikarrerin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Hüquqi maariflənməyə geniş yer ayrılır

23.07.10 - 17:377 baxılıb


“Belə bir təşkilatın üzvü olduğum üçün fəxr edirəm"

23.07.10 - 17:377 baxılıb


Gender bərabərliyi müzakirə edildi

23.07.10 - 17:3615 baxılıb

"Xidmət-İş" Həmkarlar İttifaqları Federasiyasının Gender Bərabərliyi və Qadın Problemləri üzrə Komissiyasının növbəti iclası olmuşdur.

İclası giriş sözü ilə açan Federasiyanın vitse-prezidenti Sadət Tahirova əvvəlcə Avropa Şurasının "Gender bərabərliyi: de-yure və de-fakto gender bərabərliyinin təmin olunması" mövzusunda Bakıda keçirdiyi konfrans barədə qısa məlumat vermişdir. Sonra bu sahədə dövlətimizin yeritdiyi siyasətdən, cəmiyyətimizdə müsbətə doğru baş verən dəyişikliklərdən danışdı. Qeyd etdi ki, Azərbaycanda ölkə başçısı tərəfindən qadın hüquqları və gender bərabərliyi ilə bağlı 142 sənəd imzalanmışdır. Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün növlərinin aradan qaldırılmasına dair konvensiya ratifikasiya edilmiş, "Gender bərabərliyinin təmin edilməsi haqqında" qanun qəbul olunmuşdur.


Miqrasiya siyasətinin uğurla həyata keçirilməsinə həmkarlar ittifaqlarının yardımı

23.07.10 - 17:359 baxılıb


“Ülfət" qəzetinin əməkdaşlarına!

23.07.10 - 15:403 baxılıb


AHİK-də Polşanın ölkəmizdəki səfiri ilə görüş olmuşdur

23.07.10 - 15:3922 baxılıb

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev Polşanın ölkəmizdə diplomatik fəaliyyət müddətini başa vuran səfiri Kşiştof Krayevski ilə görüşmüşdür.

S.Mehbalıyev diplomatik fəaliyyəti dövründə K.Krayevskinin Azərbaycan ilə Polşa arasında qarşılıqlı əməkdaşlığın və ikitərəfli münasibətlərin möhkəmlənməsindəki rolunu yüksək qiymətləndirmişdir. Hər iki ölkənin həmkarlar ittifaqları arasında səmərəli əməkdaşlığın və ikitərəfli sıx əlaqələrin olduğunu qeyd edən S.Mehbalıyev bildirmişdir ki, AHİK yarandığı gündən Polşanın "Solidarnost" Həmkarlar Təşkilatı tərəfindən həmişə dəstəklənmişdir. Hər iki ölkənin həmkarlar təşkilatları arasındakı işgüzar qarşılıqlı münasibətlər bu gün də davam edir.
AHİK-in sədri səfir K.Krayevskini ölkələrimiz arasında əməkdaşlıq və qarşılıqlı əlaqələrin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə Prezident İlham Əliyevin Sərəncamı ilə "Dostluq" ordeni ilə təltif edilməsi münasibətilə təbrik edərək, gələcək diplomatik fəaliyyətində ona yeni uğurlar arzulamışdır.


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

23.07.10 - 15:383 baxılıb

iyulun 18-də

…Gürcüstana işgüzar səfərə gəlmişdir.
…və Gürcüstan Prezidenti Mixeil Saakaşvili Batumidə təkbətək görüşmüşlər.
…və Gürcüstan Prezidenti Mixeil Saakaşvili təkbətək görüş başa çatdıqdan sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşmüşlər.
…və Gürcüstan Prezidenti Mixeil Saakaşvili Batumidə geniş tərkibdə görüşdən sonra birgə mətbuat konfransı keçirmişlər.
…və Gürcüstan Prezidenti Mixeil Saakaşvili mətbuat konfransı başa çatdıqdan sonra Batumi şəhərində həyata keçirilən və gələcəkdə icrası nəzərdə tutulan infrastruktur layihələrinin eskizlərinə baxmışlar.
…və xanımı Mehriban Əliyeva Batumidə Gürcüstan Prezidenti Mixeil Saakaşvili və xanımı Sandra Elizabet Rulofsla birgə işgüzar nahar etmişlər.
…və xanımı Mehriban Əliyeva, Gürcüstan Prezidenti Mixeil Saakaşvili və xanımı Sandra Elizabet Rulofs Batumi şəhərinin görməli yerləri ilə tanış olmuşlar.
…Gürcüstana işgüzar səfərini başa vuraraq həmin gün axşam Vətənə qayıtmışdır.

iyulun 19-da

…Ukraynanın xarici işlər naziri Konstantin Qrişenkonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

iyulun 20-də

…və xanımı Mehriban Əliyeva Respublika mehmanxanasının əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə yaxından tanış olmuşlar.
…,xanımı Mehriban Əliyeva və ailə üzvləri paytaxtda, Dənizkənarı Milli Parkda "Park Bulvar" ticarət və istirahət mərkəzinin açılış mərasimində iştirak etmişlər.
…BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının Baş katibi Supaçay Paniçpakdini qəbul etmişdir.
…İtaliyanın "ENİ" Şirkətinin icraçı direktoru Paulo Skaroninin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

iyulun 21-də

…Azərbaycan Duz İstehsa lat Birliyinin Masazır gölü ətrafındakı duz zavodunun açılışında iştirak və çıxış etmişdir.
…Azərbaycan Milli Mətbuatının inkişafındakı xidmətlərinə görə bir qrup mətbuat işçisinin "Tərəqqi" medalı, "Əməkdar Jurnalist", "Əməkdar Mədəniyyət İşçisi" və "Əməkdar Mühəndis" fəxri adları ilə təltif edilməsi haqqında Sərəncam imzalamışdır.
…Azərbaycan Milli Mətbuatının 135 illiyi ilə əlaqədar kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımının göstərilməsi haqqında Sərəncam imzalamışdır.

iyulun 22-də

…Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında Sərəncam imzalamışdır.
…Mətbuat Şurasının yeni binasının açılışında iştirak etmişdir.
…"Total" Şirkətinin təhqiqat və istehsal üzrə prezidenti İv Lui Darrikarrerin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.


Yenə birinci oldu

23.07.10 - 15:3210 baxılıb

İyulun 16-dan 18-dək Heydər Əliyev adına İdman-Konsert Kompleksində sərbəst, Yunan-Roma və qadın güləşi üzrə FİLA-nın "Qızıl Qran Pri" turnirinin final mərhələsi keçirilmişdir.

Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilən bu mötəbər yarışda dünyanın 35 ölkəsindən 350-yə yaxın idmançı mübarizə aparmışdır.
Sentyabr ayında Moskva şəhərində baş tutacaq dünya çempionatına lisenziya xarakteri daşıyan bu turnirdə Azərbaycan idmançıları yüksək hazırlıq səviyyəsi nümayiş etdirmişlər.
Sərbəst güləş üzrə yarışlarda döşək üzərinə çıxan qaliblər arasında dəfələrlə respublika idmanına şərəf gətirmiş Cəbrayıl Həsənov da olmuşdur.


Ukrayna. Mədənçilər işə çıxmırlar

23.07.10 - 14:137 baxılıb


Fransa. Yeni layihə narazılıqla qarşılandı

23.07.10 - 14:127 baxılıb


İtaliya. “Luccini"nin satılma təhlükəsi

23.07.10 - 14:079 baxılıb

Rusiyanın "Severstal" şirkətinin İtaliyada fəaliyyət göstərən "Luccini" filialının işçiləri etiraz aksiyası keçiriblər. Buna səbəb isə şirkətin dəyərindən çox aşağı qiymətə satılmasıdır.

Artıq şirkətin 51 faiz səhmlərini rusiyalı sahibkar Aleksey Mordaşov alıb. Şirkət nümayəndələri bildiriblər ki, səhmlərin satılması "Severstal"in maddi durumunu gücləndirilmək üçün yeganə yoldur: "İşçilərin etirazına baxmayaraq, biz "Luccini"ni avqust ayında satmağı planlaşdırırıq".
Məlumat üçün bildirək ki, hazırda sözügedən şirkətin borcu təxminən üç milyon avro civarındadır.


Azərbaycan və Gürcüstan yeni İpək yolu çəkəcək

23.07.10 - 14:0516 baxılıb

Azərbaycan və Gürcüstan hökumətləri Bakı-Tbilisi-Qars dəmir yolunun ardınca, bölgədə daha bir nəqliyyat infrastrukturunun- Bakı-Batumi avtomobil magistralının yaradılmasına dair birgə anlaşma əldə ediblər.

Prezident İlham Əliyevin bir neçə gün əvvəl Batumiyə səfəri zamanı qonşu ölkənin dövlət başçsı Mixeil Saakaşvili ilə birgə yeni layihələrin həyata keçirilməsinin perspektivləri müzakirə olunub. Həmin layihələr sırasında isə Bakı-Batumi avtomobil yolu xüsusi əhəmiyyət kəsb edir.
Ekspert Elman Nəsirlinin fikrincə, Bakı-Batumi avtomobil magistralının reallaşması Qafqaz regionunda daha bir trans-nəqliyyat sisteminin işə düşməsinə əlverişli zəmin yaratmış olur. Azərbaycandan Gürcüstan sərhədinə qədər uzanacaq dördzolaqlı avtomagistral yolu Azərbaycanla digər qonşu dövlətləri, eyni zamanda bütün bölgə ölkələrini bir-biri ilə bağlayacaq.


Paytaxtda günvurma halları çoxalıb

23.07.10 - 14:0311 baxılıb

Həkimlər avqustun sonuna kimi səhhətində problemi olan insanları ehtiyatlı olmağa çağırır

İyul ayında şiddətli istilərin müşahidə olunması səhhətində problemləri olan insanların sağlamlığına öz mənfi təsirini göstərməkdədir. Xüsusilə də metereohəssas insanlar özlərini narahat hiss etməyə başlayırlar. Eyni zamanda qızmar günəş şüaları altında günorta saatlarında dayanan sağlam insanların da səhhətində müəyyən fəsadlar yaranır. İyul ayının 7-dən havanın temperaturunun daha da kəskinləşməsi isə insanlar arasında günvurma hallarının artmasına səbəb olub. İndiyədək təkcə paytaxtda 80-dən çox insan günvurma diaqnozu ilə həkimə müraciət edib. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının məlumatına görə, onların təxminən 20-sinin səhhətində ağırlaşma müşayiət edildiyinə görə, xəstəxanada yerləşdiriliblər.


Uşaqlar arasında intihar halları artır

23.07.10 - 14:026 baxılıb


Uyğunluq sertifikatı olmayan məhsullar bazarda xeyli azalıb

23.07.10 - 13:5919 baxılıb


Böyük Qafqaz dağlarında əvvəlki illərdə olduğu qədər buz örtüyü qalmayıb

23.07.10 - 13:5912 baxılıb

"2100-cü ilə qədər orta illik temperaturun azalması müşahidə edilməyəcək"

Gülmalı Süleymanov: "Son 100 ildə Azərbaycanda havanın temperaturu təxminən 1,2 dərəcə artıb"

Bu ilin əvvəlindən etibarən respublikamızda hava şəraitinin kəskin dəyişməsi, ölkə ərazisindəki çaylarda əmələ gələn daşqınlar və torpaq sürüşmələri ciddi problemlər yaratdı. Təbii fəlakət nəticəsində onlarla rayonun ərazisi sel suları altında qaldı. Əhali bu problemdən tam özünə gəlməmiş indi də dözülməz istilər ciddi narahatlıq yaradır. Paytaxt Bakıda da son illərin ən güclü istiləri müşahidə olunur. Maraqlıdır, Azərbaycanda son illər müşahidə edilən bu cür hava şəraiti nə ilə bağlıdır? Bu və digər suallarımızı Milli Hidrometeorologiya Departamentinin İqlim Dəyişmələri və Ozon Mərkəzinin direktoru Gülmalı Süleymanov cavablandırdı.


Su gələn arxa bir də gələr...

23.07.10 - 13:5590 baxılıb

"Dünyanın heç bir ölkəsində əhali bizdəki qədər suya israfçılıq etmir"

"Su gələn arxa bir də gələr" deyimi yay mövsümü gələndən bəri paytaxt sakinləri üçün öz aktuallığını itirib.Yayın qora bişirən vaxtında paytaxtın müxtəlif ərazilərinin sakinləri su üzünə həsrət qalıblar. Su problemi yaşayan ərazilərdən biri də Yeni Günəşli qəsəbəsindəki "D" massivinin 17, 19, 20 və 21-ci yaşayış binalarının sakinləridir. Onlar artıq 15 gündür ki, susuzluqdan əziyyət çəkirlər. 21-ci yaşayış binasının sakini Günay (ad şərtidir) artıq 15 gündən çoxdur ki, onlara yaxın ərazilərin heç birində su olmadığını dedi: "Müxtəlif qurumlara müraciət etdik. Şikayətlərimizin nəticəsində suyu 4-cü mərtəbəyə kimi verməyə başladılar. Yuxarı mərtəbələr isə yenə də susuz qalıb. Bu isə təzyiqin aşağı olması ilə əlaqələndirilir. Su idarəsi isə bizi sakitləşdirməyə çalışır ki, yaxın günlərdə su əvvəlki qaydada veriləcək".


advokat

23.07.10 - 11:518 baxılıb

Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə və 77-ci maddəsinin 4-cü hissəsinə əsasən, əmək müqaviləmə xitam verilmişdir və son maaşım hesablanmışdır. Əgər 03 may 2010-cu ildə işdən azad olunmuşamsa, 2 ay üçün (may-iyun) müavinətlə birlikdə mənə medal pulu da verilməlidirmi?

Mirzə QƏHRƏMANOV,
Naxçıvan şəhəri.


- Qeyd etdiyiniz medal almaqla əlaqədar işçilərə hər hansı bir ödənişin verilməsi qanun və digər normativ-hüquqi aktlarla deyil, müəssisə, idarə və ya təşkilatın müvafiq qərarları əsasında həyata keçirilir. Bu qərarların özlərində isə bu ödəmələrin hansı məbləğdə, hansı müddətdə verilməsi və digər şərtlər qeyd olunur. Əgər bu ödəniş işçinin əmək münasibətlərində olduğu müddət üçün nəzərdə tutulubsa, o halda Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci bəndində (işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin "b" bəndi ilə işəgötürən əmək müqaviləsini ləğv etməzdən azı iki ay əvvəl işçini rəsmi xəbərdar etməlidir) göstərilən müddət üçün ödənilməlidir. Əgər işçi ilə Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü bəndində (işəgötürən bu maddənin birinci hissəsi ilə və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddətləri əvəzinə işçiyə onun razılığı ilə azı iki aylıq əməkhaqqını birdəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər) göstərilən qaydada əmək müqaviləsinə xitam verilibsə, bu halda medal almaqla əlaqədar işçilərə ödənilən pul ödənilmir. Belə ki, birinci halda 2 ay xəbərdarlıq müddəti işçinin əmək münasibətləri dövründə aldığı əməkhaqqına, ikinci halda isə ixtisarla əlaqədar işçinin aldığı iki aylıq müavinətə aiddir.


Təbrik edirik!

12.07.10 - 10:089 baxılıb


“Biz həm təcrübəmizi bölüşdük, həm təcrübə qazandıq, həm də özümüzlə əbədi unudulmayacaq bir Azərbaycan apardıq"

11.07.10 - 9:5810 baxılıb


1 2 3 4 5 ... 115 116 117 118 119 >

Axtarish sistemi

  


« July 2010
Mo Tu We Th Fr Sa Su
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Advokat

Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə və 77-ci maddəsinin 4-cü hissəsinə əsasən, əmək müqaviləmə xitam verilmişdir və son maaşım hesablanmışdır. Əgər 03 may 2010-cu ildə işdən azad olunmuşamsa, 2 ay üçün (may-iyun) müavinətlə birlikdə mənə medal pulu da verilməlidirmi?

Mirzə QƏHRƏMANOV,
Naxçıvan şəhəri.


- Qeyd etdiyiniz medal almaqla əlaqədar işçilərə hər hansı bir ödənişin verilməsi qanun və digər normativ-hüquqi aktlarla deyil, müəssisə, idarə və ya təşkilatın müvafiq qərarları əsasında həyata keçirilir. Bu qərarların özlərində isə bu ödəmələrin hansı məbləğdə, hansı müddətdə verilməsi və digər şərtlər qeyd olunur. Əgər bu ödəniş işçinin əmək münasibətlərində olduğu müddət üçün nəzərdə tutulubsa, o halda Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci bəndində (işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin "b" bəndi ilə işəgötürən əmək müqaviləsini ləğv etməzdən azı iki ay əvvəl işçini rəsmi xəbərdar etməlidir) göstərilən müddət üçün ödənilməlidir. Əgər işçi ilə Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü bəndində (işəgötürən bu maddənin birinci hissəsi ilə və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddətləri əvəzinə işçiyə onun razılığı ilə azı iki aylıq əməkhaqqını birdəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər) göstərilən qaydada əmək müqaviləsinə xitam verilibsə, bu halda medal almaqla əlaqədar işçilərə ödənilən pul ödənilmir. Belə ki, birinci halda 2 ay xəbərdarlıq müddəti işçinin əmək münasibətləri dövründə aldığı əməkhaqqına, ikinci halda isə ixtisarla əlaqədar işçinin aldığı iki aylıq müavinətə aiddir.


© 2006-2010
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.