Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Feminizmin əsas məqsədi qadın hüquqlarının müdafiəsidir

Feminizm nədir? Feministlər kimdir? Martın 8-də Bakıda bir qrup qadın tərəfindən keçirilməsinə cəhd edilən aksiyalarda səsləndirilən şüarlar nəyin təzahürüdür?

13.03.2021 15:02
10
A+
A-

Feminizm nədir? Feministlər kimdir? Martın 8-də Bakıda bir qrup qadın tərəfindən keçirilməsinə cəhd edilən aksiyalarda səsləndirilən şüarlar nəyin təzahürüdür?

Bütün bu suallara Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov aydınlıq gətirib.

E.Səfərov bildirib ki, beynəlxalq konvensiyalarda, eyni zamanda xarici ölkələrin təcrübəsinə  baxsaq və bu gün bizdə baş verən hadisələrlə onları müqayisə etsək tam fərqli terminologiya  üzə çıxır. Feminizmin əsas məqsədi qadın hüquqlarının müdafiəsidir. Feminizmin elmi, nəzəri  və praktiki sahədə fərqli terminologiyası var, yanaşma tərzi də fərqlənir.

Azərbaycan Respublikasında qadın hüquqlarının müdafiəsi ilə bağlı hərəkat ötən əsrin 90-cı illərində başlayıb. Bu sahədə dövlətin əsas istiqamətdə fəaliyyəti o idi ki, qadın hüquqlarının təmsilçiliyi kişilər ilə yanaşı balanslı şəkildə bütün sahələrdə təmin olunsun. Bu Ulu Öndərin 1998 və 2000-ci illərdə imzaladığı qərarlarda da əks olunub. Eyni zamanda Ulu Öndərin 14 yanvar 1998-ci il tarixli Fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır.

Çox təəssüf olsun ki, bu günlərdə bəzi hallarda qanun pozuntusu törədən şəxslər, vətəndaşlar feminizm adını-qadın hüquqlarını özlərinə prinsip götürərək, lozunqlardan istifadə edərək düzgün olmayan çağırışlara yol verirlər. Bu da ölkədə stabilliyin pozulmasına çalışılmasından, xarici ölkələrin maliyyələşdirdikləri büdcədən istifadə edərək düzgün olmayan məlumatların əks etdirilməsindən ibarətdir.

Hazırda Azərbaycanda məişət zorakılığının, qadınlara və uşaqlara qarşı zorakılıq hallarının qarşısının alınması ilə bağlı uğurlu dövlət siyasəti həyata keçirilir. Son 10 il ərzində uşaq nikahlarının sayı 10 dəfə aşağı düşüb. Son 17 il ərzində qadın bələdiyyə sədrlərinin sayı və ya bələdiyyələrdə təmsilçilik  4 faizdən 39 faizə qədər artıb. Yerli icra hakimiyyətlərində qadınların müavin vəzifəsində  təmsilçiliyi 26 nəfərdən 80 nəfərə qədər artıb.  Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanımdır. Milli Məclisin spikeri qadındır. Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Ombudsmanları qadınlardır. Nazir və nazir müavini vəzifəsində çalışan qadınlarımız var.

Lakin buna baxmayaraq, bəzi problemlərimiz var. Bu gün Azərbaycanda məişət zorakılığı problemləri qalmaqdadır, çox təəssüf ki,  intihar halları və uşaq nikahları var. Bu problemlər bütün dünya ölıkələrində var. Ölkəmizdə hər faktla bağlı preventiv mexanizmlər həyata keçirilir. Onların aradan qaldırılması üçün müəyyən addımlar atılır. Yalnız bir rəqəmi demək olar ki, məişət zorakılığı və intihar hadisələri ilə bağlı əhalinin faiz dərəcəsinə görə qonşu ölkələrlə müqayisədə xeyli aşağı pillədəyik.

Bu sahədə ölkəmiz öz təcrübəsini, uğ

urlu siyasətini digər ölkələrə yönəldir. Nümunə üçün qeyd edim ki, Özbəkistana, Türkiyəyə, Mərakeşə, İordaniyaya və digər ölkələrə ikitərəfli memorandumlar əsasında uğurlu siyasəti əks etdirir. 

Biz bütün zorakılıq faktlarına qarşı çıxırıq və bunu qınayırıq.

Ümumiyyətlə, feminist hərəkatını təbliğ edən həmin insanlar başa düşməlidir ki, feminizm nədən ibarətdir. Onların səsləndirdikləri məlumatlar gender stereotiplərini əks etdirir. Özləri də bilmədən gender stereotiplərinə dəstək verirlər. Ancaq Azərbaycan hökuməti tərəfindən aparılan siyasət birbaşa cinsi ayrı-seçkiliyin aradan qaldırılmasına yönəlib. Gender balansının, kişi və qadın bərabərliyinin təmin edilməsinə yönəlib.

Prezident İlham Əliyevin son çıxışlarında da qeyd edilib ki, ölkənin əsas siyasəti  insan hüquq və azadlıqlarının və gender bərabərliyinin təmin edilməsi ilə bağlıdır. 

Azərbaycan hökuməti 200-dən çox beynəlxalq konvensiyaya qoşulub. Bunların əksəriyyəti insan hüquq və azadlıqlarının təmin edilməsindən ibarətdir. Respublikamız CEDAW konvensiyasına (qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğvi üzrə), eyni zamanda Uşaq hüquqları haqqında konvenisiyalara qoşulubdur. Amma elə ölkələr var ki, heç bu konvensiyala qoşulmayıbdır. Məsələn, ABŞ, İran və digərləridir. Ancaq bu o demək deyildir ki, bu gün Azərbaycan Respublikası bütün istiqamətlər üzrə dediyimiz formada birbaşa təcili bütün konvensiyalara qoşulmalıdır. Ölkəmizdə bu istiqamətdə ardıcıl iş aparılır. İstanbul Konvensiyasına qoşulmaq barədə tədbirlər görülür. Konvensiya Azərbaycan dilinə tərcümə olunub, dövlət qurumlarına rəy və təkliflər üçün göndərilib. Yəni prosedur həyata keçirilir. Qeyd edim ki, Konvensiyada müddəaların əksəriyyəti bizim məişət zorakılığının qarşısının alınması haqqında milli qanunvericilik normalarında var. 

ETİKETLƏR: