Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Keyfiyyətli iş yerləri və kollektiv danışıqlar diqqət mərkəzində olmalıdır

İllərdir davam edən uğursuz siyasət nəticəsində qırılmış çoxtərəflilik COVID-19 pandemiyası qarşısında daha da zəiflədi və milyonlarla işləyən insanı çıxılmaz vəziyyətdə qoyaraq ölkələr arasında və onların daxilində qeyri-bərabərliyi dərinləşdirdi.

27.04.2022 12:52
6
A+
A-

Əmək sahəsi və çoxtərəfli əməkdaşlıq ağır böhran vəziyyətində olduğundan, həmkarlar ittifaqları beynəlxalq maliyyə institutlarını kollektiv danışıqlar, güclü həmkarlar ittifaqları və sağlam, qayğıkeş və davamlı qlobal iqtisadiyyata rəvac verən keyfiyyətli iş yerlərini təşviq edən bir siyasətlə kompleks bərpa yanaşmasına çağırır.

Beynəlxalq Valyuta Fondu (BVF) qlobal iqtisadi artımın proqnozunu aşağı saldı və qlobal məşğulluğun 2024-cü ilədək pandemiyadan əvvəlki səviyyədən aşağı qalacağını proqnozlaşdırdı.

Pandemiya milyonlarla insanı yoxsulluğa sürüklədi və iş yerlərinin kütləvi şəkildə ixtisar olunmasına gətirib çıxardı, aclığa səbəb oldu. Və bu, hələ hamısı deyil.  Rusiyanın Ukraynaya müdaxiləsi dünya ərzaq və enerji bazarlarında öz əksini tapdı.

İllərdir davam edən uğursuz siyasət nəticəsində qırılmış çoxtərəflilik COVID-19 pandemiyası qarşısında daha da zəiflədi və milyonlarla işləyən insanı çıxılmaz vəziyyətdə qoyaraq ölkələr arasında və onların daxilində qeyri-bərabərliyi dərinləşdirdi.

Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının Baş katibi Şaran Barrou bildirib ki, BVF-nin yeni Dayanıqlılıq Fondu bu xüsusi borc hüquqlarını inkişaf etməkdə və bazar formalaşdırmaqda olan ölkələrə yönəldəcək, onlara iqlim və sağlamlıq ilə bağlı gələcək böhranların qarşısını almağa kömək edəcək. Uğur qazanmaq üçün beynəlxalq maliyyə institutlarının bütün əməliyyatları Davamlı İnkişaf Məqsədi 8-ə cavab verməlidir, o cümlədən tam məşğulluq, sosial dialoq və təməldən sülh və rifahı təşviq edən əmək hüquqları nəzərə alınmalıdır.

Bir qədər əvvəlki bəyanatda qlobal həmkarlar ittifaqları “Biznes - əlverişli mühit” adlı hesabatın köməyi ilə “biznesin aparılması”indeksində məşğulluğun aşağı göstəricilərinin canlandırılması cəhdini pisləyiblər. Beynəlxalq işçi hərəkatı beynəlxalq maliyyə institutlarına həmkarlar ittifaqları, kollektiv danışıqlar və balanslaşdırılmış əmək qanunvericiliyinin bərabərsizliyi azaltdığını göstərən tədqiqatlara söykənməyə çağırıb.

Bu gün işçilərin həyatının yaxşılaşdırılması və həyat səviyyəsinin yüksəldilməsi ilə bağlı yenidənqurma və inkişaf üçün həllər hazırdır. Beynəlxalq maliyyə institutları kollektiv danışıqların, dövlət investisiyalarının təşviq edilməsi, əməkhaqqının artırılması və davamlı sənaye siyasətinin həyata keçirilməsi üçün cəsarətli addımlar atmalıdır.

Sosial dialoq, xüsusilə ədalətli keçid və iş yerləri ilə bağlı kredit proqramları və strategiyalarının inkişafını istiqamətləndirməlidir. Bu, qeyri-bərabərliyin, yoxsulluğun və əməkçilərin gəlir payının düşməsinin dəhşətli tendensiyalarını geri çevirərək, sülh, davamlı iqtisadi artım və sabitlik üçün dividendlər gətirəcəkdir.

“Dünya Bankının “Biznes - əlverişli mühit” hesabatında əmək bazarının tənzimlənməsi kimi tədbirlər düzgün istiqamətdə aparılmayacaq. İslahatlar və çoxtərəfliliyi bərpa etmək və birlikdə yeni ictimai müqavilə bağlamaq vaxtıdır”, - deyə Ş. Barrou bildirib.

 

ETİKETLƏR: