Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


İş yerlərində ölüm hallarının qarşısının alınması

Bu onillikdə iş yerində baş verə biləcək ölüm hallarının sayı və 2010-2019-cu illər tendensiyaları davam edərsə, ayrı-ayrı üzv dövlətlərdə ölümlə nəticələnən iş yeri qəzalarının aradan qaldırılacağı il:

04.05.2022 11:04
1
A+
A-

 

Həmkarlar ittifaqları Beynəlxalq İşçilərin Anım Günündə xəbərdarlıq edir ki, iş yerlərində təhlükəsizliyi yaxşılaşdırmaq üçün tədbirlər görülməsə, yaxın onillikdə Avropa İttifaqında (Aİ)  30 minədək  insan iş yerində ölə bilər.

Avrostat-ın məlumatına görə, son 10 ildə iş yerlərində ölümlə nəticələnən qəzaların sayı  azalıb, amma bu nisbət sabit deyil, ölüm halları 2019-cu ildə yenidən artıb.

Avropa Həmkarlar İttifaqı İnstitutunun təhlilinə əsasən, dəyişikliklər son on ildə olduğu kimi eyni sürətlə davam edərsə, 2020-2029-cu illər arasında iş yerlərində əlavə 27,041 ölüm halı baş verə bilər.

İspaniyada iş yerlərində ölüm hallarının sayının azalması gözlənilmir, Fransada vəziyyət daha da pisləşəcək və Avropada bu proses 30 il ərzində dayanmayacaq. Lakin siyasi iradə mövcud olsa, 2030-cu ilə qədər bunlara son qoyula bilər.

Bu onillikdə iş yerində baş verə biləcək ölüm hallarının sayı və 2010-2019-cu illər tendensiyaları davam edərsə, ayrı-ayrı üzv dövlətlərdə ölümlə nəticələnən iş yeri qəzalarının aradan qaldırılacağı il:

Polşa: 563 ölüm - 2027

Portuqaliya: 481 ölüm - 2030

Rumıniya 1451 ölüm - 2036

Avstriya: 694 ölüm - 2037

İtaliya: 3434 ölüm - 2042

Almaniya: 3143 ölüm - 2044

Çexiya: 851 ölüm - 2052

Fransa: 7803 ölüm - heç vaxt

İspaniya: 3191 ölüm - heç vaxt

Aİ 27: 27 041 - 2055

 

 

Bu nəticələr Avropa Həmkarlar İttifaqları Konfederasiyası (ETUC) Avropa liderlərini işçilərin həyatını xilas etmək barədə tədbir görməyə çağıran iş yerində sıfır ölüm manifestini çap etdikdə əldə edildi.

Nazirlər, Avropa Parlamenti üzvləri, həmkarlar ittifaqı liderləri və əməyin mühafizəsi  və təhlükəsizlik texnikası üzrə aparıcı ekspertləri tərəfindən imzalanan manifest 2030-cu ilə qədər iş yerlərində ölüm hallarına son qoymaq üçün əməyin mühafizəsi sahəsində maarifləndirmənin, yoxlamaların  və cəzaların artırılmasına çağırıb.

Beynəlxalq Əmək Təşkilatının məlumatlarının ETUC tərəfindən təhlili göstərdi ki, hazırda Avropada son on illiyin əvvəli ilə müqayisədə  iş yerlərində aparılan təhlükəsizlik yoxlamalarının sayı daha azdır.

İş yerlərində baş verən qəzalarla yanaşı, ETUC həm də Aİ liderlərini hər il 100 mindən çox insanın ölümünə səbəb olan xərçəng xəstəliyindən və işçiləri iqlim dəyişikliyinin səbəb olduğu ekstremal hava hadisələrindən qorumaq üçün daha çox iş görməyə çağırır.

ETUC Baş katibinin müavini Kleys-Mikael Ştal deyib ki, heç kim evdən çıxarkən işdən sonra ailəsinin yanına qayıdacaqmı deyə narahat olmamalıdır. Lakin bu, bir çox işçilər üçün gündəlik reallıqdır, çox vaxt gəlirləri artırmaq üçün məsuliyyətsiz işəgötürənlər və ideoloji səbəblərdən sağlam təhlükəsizlik qaydalarına və yoxlamalara hücum edən siyasətçilər səbəbindən.

Hər il minlərlə insan tikinti sahələrində, fabriklərdə və digər iş yerlərində baş verən ağır və qarşısı alına bilən qəzalar nəticəsində həyatlarını itirir. Milyonlarla insan da iş yerində xərçəngə səbəb olan maddələrə məruz qaldıqdan sonra ölür.

İş yerlərində baş verən ölümlər ötən əsrin bir hadisəsi kimi görünsə də, bu faciələr Avropada ən azı 30 il ərzində də davam edəcək. Baxmayaraq ki, bu, qaçılmaz deyil.

İşçilərin  xatirəsinə həsr olunmuş beynəlxalq gündə biz həlak olanları yada salır və sağ qalanlar üçün mübarizə aparacağımıza söz veririk. Siyasətçilər hərəkətə keçməyə hazır olsalar, 2030-cu ilə qədər biz iş yerində sıfır ölümə nail ola bilərik. İşçilərin həyatını prioritet hesab etməyin vaxtı çatıb.

ETİKETLƏR: