Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


 VII institutlararası futbol turniri

O, idmançı alimlərə uğurlar arzulayıb.

04.05.2022 14:26
5
A+
A-

Aprelin 25-də AMEA-nın Azad Həmkarlar İttifaqının (AHİ) maliyyə dəstəyi və  təşkilatçılığı ilə keçirilən gənc alim və mütəxəssislərin VII institutlararası futbol turnirinin açılışı olub.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99 illiyinə həsr edilən ənənəvi turnirin açılış mərasimində AMEA-nın vitse-prezidentləri, akademiklər İsa Həbibbəyli, Dilqəm Tağıyev, AHİ-nin sədri, hüquq elmləri doktoru, professor Habil Qurbanov, Gənc Alim və Mütəxəssislər Şurasının sədri, kimya üzrə fəlsəfə doktoru Elmir Babayev, bir sıra elmi müəssisə və təşkilatların baş direktorları, həmkarlar ittifaqı komitələrinin sədrləri və gənc alimlər iştirak ediblər.

Akademiya Şəhərciyində yerləşən stadionda baş tutan açılış mərasimində çıxış edən professor Habil Qurbanov sonuncu turnirin pandemiya ilə əlaqədar 3 il əvvəl keçirildiyini söylədi. İştirakçıların sayını nəzərə alsaq, bu turnirə hələ də marağın böyük olduğunu görərik dedi. Turnirdə Akademiyanın 20 elmi müəssisə və təşkilatından 19 komandanın iştirak etdiyini diqqətə çatdırdı. Qeyd etdi ki, 25 aprel - 25 may tarixlərində keçirilməsi planlaşdırılan oyunlar AFFA-nın peşəkar hakimi tərəfindən idarə ediləcək.

Sonra çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli bu turniri Akademiyada həyata keçirilən sosial, mədəni, mənəvi tədbirlərin tərkib hissəsi adlandırıb.

O, idmançı alimlərə uğurlar arzulayıb.

Mərasimdə çıxış edən AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyev turnirin zehni əməklə məşğul olan gənc alim və mütəxəssislərin idman həyatına və sağlamlıqlarına müsbət təsir göstərəcəyini vurğulayıb.

Daha sonra Respublika Seysmoloji Xidmət Mərkəzi və Dendrologiya İnstitutunun komandalarının görüşü ilə çempionatın qrup oyunlarına start verilib.

ETİKETLƏR: