Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Ənənəvi idman yarışlarının keçirilməsi

Sonra minifutbol yarışına start verildi və komandalar arasında qələbə uğrunda mübarizə başladı.

04.05.2022 16:01
9
A+
A-

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və ona üzv olan təşkilatlar Ümumilli lider Heydər Əliyevin 99-cu ildönümü münasibətilə bir sıra tədbirlər həyata keçirir. Bununla əlaqədar idman yarışlarının keçirilməsi artıq ənənə halına çevrilib. Futbol yarışları, ağırlıqqaldırma, şahmat oyunları və digər idman tədbirləri böyük maraq kəsb edir və təqdirəlayiq hal kimi qiymətləndirilir.

AHİK-ə üzv olan Aviasiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi Ümumilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin struktur bölmələri arasında minifutbol, qaçış, daşqaldırma, turnikdə dartınma və nərd üzrə idman yarışları keçirəcək. Aprelin 25-də minifutbol yarışlarına start verilib. Tədbir Milli Aviasiya Akademiyasının İdman Sağlamlıq Mərkəzinin futbol meydançasında baş tutub. Çıxış edən Aviasiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Mübariz Əsədov yarış iştirakçılarına uğurlar arzulayaraq ölkəmizdə idmana göstərilən diqqət və qayğıdan, dövlətimizin uğurlu idman siyasətindən danışıb. Qeyd edib ki, Azərbaycan bir çox sahələrdə olduğu kimi, dünyada idman ölkəsi kimi də öncül sıralardadır. Olimpiya yarışlarında, beynəlxalq turnirlərdə idmançılarımızın əldə etdiyi nailiyyətlər, qazanılan medallar ölkəmizdə idmana göstərilən xüsusi diqqət və qayğının təzahürüdür. O bildirib ki, Ümumilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə keçirilən final yarışları may ayının 10-da başa çatacaq və qaliblər həmkarlar ittifaqı tərəfindən mükafatlandırılacaq.

Sonra minifutbol yarışına start verildi və komandalar arasında qələbə uğrunda mübarizə başladı.

ETİKETLƏR: