Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Himayəyə götürdükləri ailələrdə oldular

.

04.05.2022 16:04
3
A+
A-

Kənd  Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyasının məsul işçiləri - aparat rəhbəri Rüfət Bürcəliyev,  təlimatçı - təftişçisi Fərid Qasımov,  “Az-Granata” MMC-nin Həmkarlar İttifaqı Komitəsinin sədri Cabbar Məmmədov və Qazax Rayon Komitəsinin sədri Fərhad Qocamanov sahə müəssisələrində çalışmış 2016-cı il Aprel döyüşlərində Şəhidlik zirvəsinə yüksəlmiş Rahim Qara oğlu Tağıyevin, Vətən müharibəsi şəhidi Hüseyn Müşviq oğlu Səmədovun və əmək vəzifəsi borcunu yerinə yetirərkən mina partlayışı nəticəsində həyatını itirmiş Məmməd Ələddin oğlu Mərdənovun ailələrini ziyarət etmişlər.

Onları Ramazan bayramı münasibətilə təbrik etmişlər.

Federasiyanın sədri Tofiq Quliyev deyir ki, Məmməd istisna olmaqla, adlarını çəkdiyiniz iki şəhidin ailəsini təşkilatımız himayəyə götürüb. Hər ay büdcəmizdən bu ailənin hesabına nağd pul köçürülür. Lakin biz nağd pul köçürməklə kifayətlənmirik. Vaxtaşırı ailə üzvləri ilə görüşlər keçiririk. Himayəçi missiyamızı müxtəlif formalarda həyata keçiririk.

ETİKETLƏR: