Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


İşçiləri iş yerlərində təlimatlandırdılar

.

11.05.2022 13:34
5
A+
A-

“Xidmət-İş” Hİ Federasiyasının xidmətində olan “Azpetrol LTD” MMC-nin Həmkarlar İttifaqı Komitəsi Ümumdünya Əməyin Mühafizəsi Günü münasibətilə bir sıra maraqlı tədbirlər keçirmişdir. Komitənin əməkdaşları MMC-nin təhlükəsizlik texnikası, ətraf mühitin mühafizəsi və keyfiyyətə nəzarət şöbəsinin məsul işçiləri ilə birlikdə yanacaqdoldurma məntəqələrində, yanacağın saxlanılması anbarlarında və avtomobil sahəsində olmuşlar. Əməyin təhlükəsizliyinin insanların sağlamlığında, istehsalatın inkişafında oynadığı roldan danışmışlar. İstehsalatda mühüm əhəmiyyət kəsb edən bir sıra məqamlara diqqəti cəlb etmişlər.

Məsələn, iş növbəsi başlamamışdan əvvəl cavabdeh şəxslərin işçiləri təlimatlandırmalı olduqları təhlükəsizlik qaydaları barədə məlumatlandırmışlar. Həmçinin MMC rəhbərliyinin işçilərin təhlükəsizliyinin təminatı istiqamətində kollektiv müqavilədə nəzərdə tutulan öhdəliklərini yerinə yetirdiyini də diqqətə çatdırdılar. Dedilər ki, 2021-ci il ərzində  işçilərin  xüsusi  geyim, ayaqqabı və fərdi mühafizə vasitələri ilə təmin edilməsinə, mədəni -kütləvi tədbirlərin keçirilməsinə nəzərdə tutulan qədər vəsait xərclənib. Ehtiyacı olanlara maddi yardımlar göstərilib. Pandemiya şəraitində şirkətin dayanıqlı iş rejiminin təmin edilməsi məqsədilə işçilərə qoruyucu maskalar alınıb verilib. İş yerlərinin dezinfeksiyası aparılıb. İşçilər ixtisaslı klinikalarda testdən keçirilib. Bildirilib ki, Şirkət rəhbərliyi və HİK mütəmadi olaraq kollektiv müqavilədə götürülmüş öhdəliklərin icrasını birlikdə yoxlamış və konkret qərarlar qəbul etmişlər.

ETİKETLƏR: