Beynəlxalq Əmək Konfransının 110-cu sessiyası mayın 27-də keçiriləcək
Yeni beynəlxalq əmək standartının yaradılması məqsədilə ilkin müzakirələr aparılacaq.

Beynəlxalq Əmək Konfransının 110-cu sessiyası bu il mayın 27-də başlayacaq və iyunun 11-dək davam edəcək.
Konfrans Cenevrə şəhərində nümayəndələrin iştirakı ilə hibrid formatda, həmçinin, COVID-19 ilə bağlı sanitariya və nəqliyyat məhdudiyyətləri nəzərə alınmaqla, virtual şəkildə keçiriləcəkdir.
Mayın 27-də sessiyanın açılışından sonra komitələr öz işinə mayın 30-da başlayacaq. Plenar iclas iyunun 6-dan 11-dək davam edəcək. “Əmək dünyası” yüksək səviyyəli sammit iyunun 10-da keçiriləcək. Konfrans iyunun 11-də başa çatacaq.
Gündəlikdəki məsələlər arasında BƏT-in “Əmək sahəsində əsas prinsiplər və hüquqlar haqqında” Bəyannaməsinə (1998-ci il ), təhlükəsiz və sağlam iş şəraiti daxil olmaqla, mümkün düzəlişlər olacaq .
Yeni beynəlxalq əmək standartının yaradılması məqsədilə ilkin müzakirələr aparılacaq.
Komitələr həmçinin layiqli əmək , sosial və həmrəylik iqtisadiyyatı, habelə BƏT-in “Ədalətli qloballaşma üçün sosial ədalət haqqında” Bəyannaməsinin həyata keçirilməsi mexanizminin bir hissəsi kimi məşğulluğun strateji məqsədini müzakirə edəcəklər. .
Konfransdan sonra BƏT-in İdarəetmə Şurasının iclası keçiriləcək.