Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Sosial müdafiəyə dəstəyin gücləndirilməsinin vacibliyi

Lakin sosial müdafiə hələ də çox kiçik olan və 2020-ci ildə bütün yardım fondlarının cəmi 2,7 %-ni təşkil edən inkişaf üzrə əməkdaşlıq fondlarının dəstəyi ilə birlikdə daxili resursların səfərbər edilməsini tələb edən böyük maliyyə çatışmazlığı ilə üzləşir.

11.05.2022 14:25
3
A+
A-

Mayın 3-də illik Həmkarlar İttifaqları Forumunda İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) İnkişafa Yardım Komitəsinin (İYK) inkişaf sahəsində donor əməkdaşları ilə müzakirələri keçirilib.

Sosial müdafiə işçilərin yeni ictimai müqavilə üçün əsas tələblərindən biridir və hökumətin COVID-19 böhranına reaksiyasında birinci yeri tutur.

Lakin sosial müdafiə hələ də çox kiçik olan və 2020-ci ildə bütün yardım fondlarının cəmi 2,7 %-ni təşkil edən inkişaf üzrə əməkdaşlıq fondlarının dəstəyi ilə birlikdə daxili resursların səfərbər edilməsini tələb edən böyük maliyyə çatışmazlığı ilə üzləşir.

Yüksək səviyyəli panel debatları zamanı Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının Baş katibi Şaran Barrou sosial müdafiənin iqtisadi səmərəliliyini qeyd edib. O bildirib ki, əgər siz sosial müdafiəyə sərmayə qoysanız, ortamüddətli perspektivdə iki dəfədən çox investisiya və böyük sosial gəlir əldə edəcəksiniz.

Rəsmi inkişaf yardımı inkişaf etməkdə olan ölkələrə sosial müdafiənin maliyyələşdirilməsini artırmaq və bütün dünyada qanunla nəzərdə tutulmuş hərtərəfli sosial müdafiəni təmin etmək öhdəliyi götürmək üçün inam verməlidir. Biz istəyirik ki, 2030-cu ilə qədər rəsmi inkişaf yardımının 7 faizi sosial müdafiəyə çatsın. Daha sonra bu 14 faizə çatsın.

Forum zamanı həmkarlar ittifaqları öz ölkələrində sosial müdafiə sistemlərinin tətbiqi və inkişafı ilə məşğul olduqlarını göstəriblər və bütün mənbələrdən sosial müdafiəyə ayrılan vəsaitin artırılmasını tələb ediblər.

İƏİT İYK üzvləri sosial müdafiəyə dəstəklərini və həmkarlar ittifaqlarının bu proseslərdə oynaya biləcəyi rolu nümayiş etdirdilər və ədalətli keçid vasitəsilə sosial müdafiə ilə iqlim gündəmi arasında əlaqəni vurğuladılar.

Yekun olaraq İƏİT yanında Həmkarlar İttifaqları Məsləhət Komitəsinin prezidenti vəzifəsini icra edən Mark Limans sosial müdafiə və digər sahələrdə həmkarlar ittifaqları ilə İYK arasında əməkdaşlıq potensialını vurğulayıb: “Sosial müdafiə BƏT-in layiqli əmək proqramının əsas dörd sütunundan biridir. Onlar bir-biri ilə əlaqəlidir və inkişaf məqsədilə əməkdaşlıq təşəbbüslərinə şamil olunmalıdır”.

ETİKETLƏR: