Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


“Pəhləvan” İdman Klubunun güləşçiləri 4 medal qazanıblar

Böyüklər arasında keçirilən yarışda 4 çəki üzrə 60-dan çox güləşçi iştirak edib.

11.05.2022 14:39
64
A+
A-

 

“Pəhləvan” İdman Klubunun yetirmələri çimərlik güləşi üzrə ilk Azərbaycan çempionatında 4 medal qazanıblar. Qeyd edək ki, Avropa Oyunları Parkında keçirilən çempionat iki gün davam edib. Yarışın birinci günündə U-17 və U-20 yaş qrupunda 100-dən artıq idmançı mübarizə aparıb. U-20 yaş qrupunda 90 kq. çəkidə mübarizə  aparan İdman Klubunun güləşçiləri Fuad Yunusov (məşqçi-müəllimi Zaur Ələkbərov) birinci və Dadaş Dadaşzadə (məşqçi-müəllimi Etibar Qafarov) isə üçüncü olub.

Böyüklər arasında keçirilən yarışda 4 çəki üzrə 60-dan çox güləşçi iştirak edib. Məşqçi-müəllim Akif Əliyevin yetirməsi Camal Feyziyev (+90 kq.) birinci yerə layiq görülüb.  90 kq.çəki dərəcəsində yarışan Əlimuxtar Abbasov (məşqçi-müəllimi Ruslan Şəmilov) isə üçüncü yeri tutub.

ETİKETLƏR: