Qaliblər mükafatlandırılıblar
Yarışlardan sonra tədbir iştirakçıları süfrə arxasına dəvət edilib.

Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Tovuz Rayon Komitəsinin təşkilatçılığı ilə keçirilən məktəblərarası şahmat yarışları başa çatıb. Ümummilli lider Heydər Əliyevin doğum gününə həsr edilmiş yarış iki turda keçirilib. Daha güclü şahmatçıların vəsiqə qazandığı ikinci tur gərgin mübarizə ilə müşahidə olunub. Qaliblərə və həvəsləndirici yerləri tutanlar Rayon Komitəsinin Fəxri fərmanları və pulla mükafatlandırılıblar.
Yarışlardan sonra tədbir iştirakçıları süfrə arxasına dəvət edilib.
Rayon Komitəsinin sədri Flora Pənahova bildirdi ki, Ümummilli Liderə ehtiram əlaməti olaraq keçirdiyimiz bu və digər tədbirlər uzun illərdir ki, təşkilatımızda ənənə halını alıb. Bu yarışlar həm də rayonumuzda şahmata maraq oyatmaq məqsədi də daşıyır.