Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Tibb bacılarının həlledici rolu heç vaxt unudulmayacaq

Vətəndaşların Avropanın gələcəyi ilə bağlı konfransda səsləndirdiyi problemlərdən biri də səhiyyə sisteminə investisiya qoyuluşu ilə bağlı idi.

18.05.2022 13:05
10
A+
A-

Mayın 12-də biz Beynəlxalq Tibb Bacıları Gününü qeyd edirik. Bu il pandemya bir az səngisə də, səhiyyə və sosial təminat sektorunda və cəmiyyətimizdə tibb bacılarının həlledici rolu heç vaxt unudulmayacaq.  Ölümlərin sayı azaldıqca, kütləvi informasiya vasitələrinin və siyasətçilərin pandemiya zamanı həyatlarını təhlükəyə atanların roluna diqqəti də azalır.

Son həftələrdə Finlandiyada minlərlə tibb bacısının tətil etdiyini, İtaliyada, Xorvatiyada, Latviyada və Avstriyada kollektiv fəaliyyət və bir sıra təcili tədbirlərin görülməsi üçün hökumətə müraciət hallarını gördük. Bundan əlavə, minlərlə tibb bacısı İspaniya və Yunanıstanda öz müqavilələrini uzatmır, onların bir çoxu pandemiyanın tüğyan etdiyi dövrdə fəaliyyət göstərdilər.  Buna baxmayaraq, kadrların saxlanması səhiyyə və sosial təminat sektorunda ciddi bir problem olaraq qalır, tibb bacıları və digər səhiyyə işçiləri olmadan biz pandemiyanın üç dalğasını idarə edə bilməzdik.

Biz bir daha siyasətçiləri tibb bacılarının əvəzolunmaz işini tanımağa və daha yüksək ödəniş və iş şəraitini, o cümlədən əmək gigiyenasını və təhlükəsizlik texnikasını təmin etməyə çağırırıq. Səhiyyə və sosial xidmət mütəxəssislərinin işinin mürəkkəbliyi əməkhaqqı strukturlarında daha çox tarazlıq və bərabərlik tələb edir.

Vətəndaşların Avropanın gələcəyi ilə bağlı konfransda səsləndirdiyi problemlərdən biri də səhiyyə sisteminə investisiya qoyuluşu ilə bağlı idi. Pandemiyanın göstərdiyi kimi, bunun üçün adekvat kadr təminatı və tibb bacılarının yaxşı iş şəraiti lazımdır.

Bu, iş yerində sağlamlıq və təhlükəsizliyin təmin edilməsini, eləcə də psixososial risk faktorlarının və işlə bağlı stresin idarə edilməsini əhatə etməlidir. Qeyri-adekvat kadr çatışmazlığı və davamlı sərmayə olmaması səbəbindən pandemiya zamanı işin intensivləşməsi tibb bacılarının iş yükünü artırdı və onların psixi rifahına təsir etdi, bir çoxlarının xəstəlik məzuniyyətinə çıxmasına səbəb oldu.

Bu il Beynəlxalq Tibb Bacıları Günü həm də özəl sektorda peşənin yenidən qiymətləndirilməsi zərurəti ilə qeyd olunur.  “Orpea” qalmaqalı bəzi özəl provayderlərin qayğı keyfiyyətini və peşəkar standartları necə aşağı saldığını, pula qənaət etmək üçün tələb olunan gecə tibb bacısı növbələrini yerinə yetirmədiyini və xəstələri risk altına atdığını göstərdi.

Bu məqsədlə Avropa İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqları Birliyi (EPSU) Avropa İttifaqına aşağıdakı müraciəti ünvanlayıb:

• Yeni yaradılmış COVID komitəsinin pandemiya zamanı tibb bacılarının rolunu qiymətləndirməsini və tibb bacılarını və onların təşkilatlarını növbəti pandemiya üçün öyrəniləcək dərslərlə bağlı müzakirələrə cəlb etməsini təmin etmək.

• Sosial müdafiə sahəsində sahə sosial dialoqunun qurulmasında sosial tərəfdaşlara dəstək.

• İşçiləri işlə bağlı stres və yorğunluqdan qorumaq üçün xüsusi psixososial risk direktivinin hazırlanması.

• Səhiyyə işçi qüvvəsinin gücləndirilməsi ilə əlaqədar tibb bacılarının iş şəraitinin yaxşılaşdırılması üçün “EU4Health” büdcəsinin investisiyasını artırmaq. Komissiya üzv dövlətləri bu məqsədlər üçün maliyyələşdirmə ilə bağlı müraciət etməyə təşviq etməlidir.

EPSU milli hökumətləri və işəgötürənləri çağırır:

• İş yükünü artıran və yüksək stres səviyyəsinə səbəb olan kadr çatışmazlığı problemini həll etmək. Ehtiyaclara əsaslanan kadr cədvəlinə nail olmaq üçün tədbirlər görülməlidir.

• İctimai psixi sağlamlıq xidmətlərinə daha çox investisiya qoymaq və bütün tibb bacılarının onlara tam və pulsuz çıxışını təmin etmək.

• Kollektiv danışıqları və həmkarlar ittifaqlarının hüquqlarını dəstəkləmək.

Qlobal səviyyədə biz hökumətləri ehtiyaca əsaslanaraq adekvat şəkildə təchiz edilmiş işçi qüvvəsi çatışmazlığını həll etmək üçün tədbirlər haqqında Ümumdünya Səhiyyə Təşkilatının pandemiya müqaviləsinin bağlanması istiqamətində işini dəstəkləməyə çağırırıq.

Nəhayət, bir ildən sonra biz hələ də COVID-19 peyvəndi ilə bağlı “TRIPS”in ləğvinə çağırırıq. Biz yeni variantlarla üzləşməyə davam edirik və bəzi ölkələrdə peyvənd nisbəti 30%-dən aşağıdır. Tibb bacılarının yenidən lazımsız risklərə məruz qalması qəbuledilməzdir.

ETİKETLƏR: