Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Tərəflər danışıqlar masasına ümid edirlər

Tətilin səbəbi kimi maaşların aşağı olması göstərilir.

18.05.2022 13:19
1
A+
A-

Kanadada Ontario vilayətinin Dülgərlər Birliyi tikinti sahəsində tətilə ən son qoşulan təşkilat oldu. Qeyd edək ki, kommersiya və yaşayış binalarının tikintisi sahəsində 20 minə yaxın işçi etirazı dəstəkləyir. Dülgərlərlə yanaşı, tikinti sektorunda digər peşələrin nümayəndələri də tətil edirlər: krançılar, montajçılar, torpaq işləri görənlər, binanın özülünü hazırlayanlar, döşəmə, parket və kafel ustaları və başqaları.

Tətilin səbəbi kimi maaşların aşağı olması göstərilir. Pandemiya zamanı tikintidə işləmək vacib hesab edilirdi, lakin bu, artan yaşayış dəyərinin öhdəsindən gəlməyə kömək etmir. Kanada uzun illərdir ki, mənzil böhranı yaşayır. Ölkənin bir çox yerlərində tələb təklifi üstələyir və hökumət uzun müddətdir ki, onu balanslaşdırmaq üçün çalışır. Bununla belə, danışıqlar prosesi öz bəhrəsini verməkdədir.  Məhəccər quraşdıranlar mayın 7-də razılığa gəlib və tətili dayandırıblar. Tərəflər mayın sonuna doğru yenidən danışıqlar masasına qayıdacaqlar.

ETİKETLƏR: