Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Bütün miqrantların əsas insan və əmək hüquqlarının qorunması

Dövlətlər dairəvi miqrasiya proqramlarından kənara çıxmalı və mənşə, tranzit və təyinat ölkələrində nizamlanma, humanitar köçürmə və davamlı inkişafa diqqət yetirməlidirlər.

25.05.2022 12:37
2
A+
A-

Qlobal Həmkarlar İttifaqları Təhlükəsiz, Nizamlı və Daimi Miqrasiya üzrə Qlobal Sazişin (GCM) Miqrasiya üzrə birinci Beynəlxalq İcmal Forumunun (İMRF) xoş niyyətini alqışladı, lakin forumun əmək standartlarına zəif bağlılığını tənqid etdi. İMRF GCM-in qəbulundan üç il sonra keçirilir və məqsədlərinin həyata keçirilməsində uğurları və problemləri vurğulamaq üçün BMT-nin üzv dövlətlərindən, BMT nümayəndələrindən və həmkarlar ittifaqları da daxil olmaqla, maraqlı tərəflərin qruplarından ibarətdir.

Bununla belə, İMRF-nin növbəti dörd il üçün beynəlxalq miqrasiyanın idarə edilməsi haqqında bəyannaməsində Beynəlxalq Əmək Təşkilatının (BƏT) əsas beynəlxalq əmək standartlarına riayət etmək üçün açıq öhdəlik yoxdur. Baxmayaraq ki, dünya üzrə 281 milyon miqrantdan 169 milyonu əməkçi miqrantdır.

Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) Baş katibi Şaran Barrou deyib: “Bu bəyannamədə birləşmək azadlığı, təşkilatlanma və kollektiv sövdələşmə hüququ ilə bağlı öhdəliklər yoxdur, baxmayaraq ki, bunlar əməkçi miqrantların hüquqlarının qorunması və hamı üçün layiqli işin təmin edilməsi üçün zəruri şərtlərdir”.

Qlobal həmkarlar ittifaqları bəyannaməyə cavab olaraq aşağıda qeyd olunanları vurğulayır:

- əmək standartlarına diqqət yetirməklə insan hüquqlarına əsaslanan miqrasiyanın idarə edilməsi;

-BƏT-in əmək sahəsində əsas prinsiplər və hüquqlar haqqında bəyannaməsinə riayət olunması;

-ksenofobiya və irqçiliklə mübarizəyə sadiqliklə yanaşı, hökumətlərin işçilərin hüquqlarına tam əməl etməklə və ayrı-seçkilik etmədən qanuni miqrasiya yollarına çıxışının genişləndirilməsi;

-ümumi sosial müdafiə;

-miqrantlara səhiyyə və əməyin mühafizəsi xidmətlərinin ümumi əhatə dairəsinə və iş yerində təhlükəsizlik texnikasına uyğun olaraq baza xidmətlərinə çıxışın əsas hüquqlar kimi təqdim edilməsi;

-miqrant işçilər üçün layiqli iş yerlərinin təmin edilməsi üçün ümumi yaşayış minimumu;

-bacarıq və kvalifikasiyaların qarşılıqlı tanınmasına nail olmaq üçün sosial dialoqdan istifadə etmək.

İMRF-də iştirak edən BHİK-in Baş katibinin müavini Mamadu Diallo bildirib ki,  həmkarlar ittifaqları əvvəldən insan və əmək hüquqları standartlarına riayət olunmasının təmin edilməsi üçün aydın tələb irəli sürmüşdür.

Dövlətlər dairəvi miqrasiya proqramlarından kənara çıxmalı və mənşə, tranzit və təyinat ölkələrində nizamlanma, humanitar köçürmə və davamlı inkişafa diqqət yetirməlidirlər.

Qlobal həmkarlar ittifaqı hərəkatı bu hesabatı İMRF üçün təqdim etdi və bu, statusundan asılı olmayaraq, bütün miqrantların əsas insan və əmək hüquqlarının qorunmasında və təbliğində həmkarlar ittifaqlarının həyati rolunu əks etdirir.

ETİKETLƏR: