Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Bolqarıstan Müstəqil Həmkarlar İttifaqları Konfederasiyasının qurultayı

Qurultayda Plamen Dimitrov yenidən qurumun prezidenti seçilib.

25.05.2022 12:40
15
A+
A-

Mayın 10-11-də  Bolqarıstanın paytaxtı Sofiya şəhərində  İnter Ekspo Mərkəzində Bolqarıstan Müstəqil Həmkarlar İttifaqları Konfederasiyasının (CITUB) IX  qurultayı  “Yaşıl və rəqəmsal dəyişikliklərdə təhlükəsiz gələcək naminə” devizi altında keçirilib. Qurultayda Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının Baş katibi Şaran Barrou, Avropa Həmkarlar İttifaqları Konfederasiyasının və PARŞ-ın Baş katibi Luka Visentini və Bolqarıstandan və digər xarici ölkələrdən gələn  nümayəndələr iştirak ediblər.

Qurultay çərçivəsində son beş ildə əldə edilən nəticələr - gəlir və kollektiv müqavilə, yaşıl və rəqəmsal dəyişiklik, sosial müdafiə, əməyin mühafizəsi və təhlükəsizliyi mövzularına həsr olunmuş panel müzakirələri təşkil olunub. Müxtəlif sahələr üzrə həmkarlar ittifaqı təşkilatlarının sədrləri öz təcrübələrini bölüşüblər.

CITUB prezidenti Plamen Dimitrov tərəfindən Konfederasiyanın  növbəti 5 il üçün prioritetləri açıqlanıb. Həmkarlar ittifaqı 2027-ci ilə qədər orta əməkhaqqının 3100 leviyə, minimum əməkhaqqının isə hazırda orta səviyyədə olan 1700 leviyə çatmasını qarşısına məqsəd qoyub. CITUB-un məlumatına görə, buna əməkhaqqını ildə orta hesabla 17-18% artırmaqla nail olmaq olar.

Qurultayda Plamen Dimitrov yenidən qurumun prezidenti seçilib.

Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Beynəlxalq əlaqələr şöbəsinin müdir müavini Anar Mahbalıyev də iştirak edib.

 

ETİKETLƏR: