Paytaxt çempionatında uğurlu çıxış
Qalib idmançılar medal və diplomlarla təltif olunublar.
Hövsan Olimpiya İdman Kompleksində sərbəst və yunan-Roma güləşi üzrə U-15 (2007-2008-ci il təvəllüdlü idmançılar) Bakı çempionatına yekun vurulub. Paytaxtın müxtəlif klub və cəmiyyətlərindən sərbəst güləş üzrə 225, yunan-Roma güləşi üzrə 204 pəhləvan müxtəlif çəki dərəcələri üzrə mübarizə aparıb. Paytaxt çempionatında “Pəhləvan” İdman Klubunun idmançıları da uğurlu nəticə göstərib.
Amil Ələsgərov (57 kq.) və Ülfət Məmmədov (62 kq.) fəxri kürsünün birinci pilləsində yer alıblar.
Əbdüllətif Musayev (41 kq.), Hikmət Ədilov (44 kq.), Nurəddin Mustafayev (52 kq.) və Səid Paşayaev (85 kq.) ikinci yerə sahib olublar.
Nihad Abbasov (62 kq.), Emil Ağayev (68 kq.) və Rauf Ramaldanov (75 kq.) üçüncü yeri tutublar.
Qalib idmançılar medal və diplomlarla təltif olunublar.
Qeyd edək ki, klubun yetirmələrinin bu uğuru qazanmasında məşqçi-müəllimləri Ruslan Şəmilovun, Etibar Qafarovun və Zaur Ələkbərovun böyük zəhməti olub.