Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Təhsil işçiləri arasında voleybol yarışı keçirilib

Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Nəsimi Rayon Komitəsinin təşkilatçılığı ilə baş tutan turnir Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunub.

25.05.2022 13:35
12
A+
A-

Bakı şəhərinin Nəsimi rayonunda təhsil işçiləri arasında voleybol yarışı keçirilib.

Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Nəsimi Rayon Komitəsinin təşkilatçılığı ilə baş tutan turnir Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunub.

Qalib komandaların mükafatlandırma mərasimində çıxış edən rayon komitəsinin sədri Reyhan Ocaqova onları qələbə münasibətilə təbrik edib, Ulu Öndərin xilaskar missiyasından, Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesindəki rolundan, ən böyük siyasətçi kimi keyfiyyətlərindən, dərin natiqlik məharətindən söz açıb.

Nəsimi rayonu 14 nömrəli tam orta məktəbin direktoru Rafael Hüseynov qeyd edib ki, Heydər Əliyev siyasi kursu dövlət müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi, habelə sosial-iqtisadi tərəqqiyə nail olunması kimi taleyüklü məsələlərdə uğurla sınaqdan çıxıb.

Sonda qalib komandalara kubok, Fəxri Fərman və komandaların üzvlərinə pul mükafatları təqdim olunub.

 

ETİKETLƏR: