Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Könül istər ki, dünyadakı bütün uşaqların üzü gülsün

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Bu gün dünyada Uşaqların Qorunması Günü olaraq bayram edilir.

31.05.2022 20:04
128
A+
A-

Ulu Öndər Heydər Əliyev ölkədə gənclər siyasətinin düzgün aparılmasını çox vacib və önəmli hesab edərək söyləyirdi: “Mənim üçün ən əziz nemət Azərbaycanın uşaqlarıdır, Azərbaycanın gəncləridir. Çünki Azərbaycan Prezidenti kimi mən də bu gün Azərbaycanın böyük gələcəyi haqqında düşünürəm. Azərbaycanın gələcəyi isə Azərbaycanın gənclərindən və uşaqlarından asılıdır”.

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Bu gün dünyada Uşaqların Qorunması Günü olaraq bayram edilir. Eyni zamanda bu gün valideynlər günü kimi də vurğulanır. Çağırış isə aydındır: Uşaq hüquqlarını qorumaq və onlara öz hüquqlarını qorumağa kömək etmək, valideynlik missiyasının önəmini irəli çəkmək.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin  sədr müavini Jalə Əliyeva  uşaqların hüquqlarının müdafiəsinin, xoşbəxtliyinin hər birimizin  prioritet istiqamətlərindən birincisi olduğunu vurğuladı. Əlavə etdi ki, dünyada nə iş görürüksə, hamısının təməlində gələcəyimiz yəni uşaqlarımız dayanır. Hər birimiz uşaqların qayğısız, firavan doğulub böyüməsini arzu edirik. Dövlətimiz də bunun üçün əlindən gələni edir. Hazırda bizim uşaqlarımızın hər biri qayğı ilə əhatə olunublar. Bu diqqət, qayğı hər gün, hər saat artır. Uşaqlarımıza həm dövlətin, həm də Heydər Əliyev Fondunun qayğısı sonsuzdur. Uşaqlar ilə bağlı qəbul olunan qərarların hər birində uşaq hüquqları qorunur.

Könül istər ki, dünyadakı bütün uşaqların üzü gülsün. Bu siyahıya ən əsası şəhid ailələrinin uşaqlarını, müharibələrin hüquqlarını pozduğu uşaqları daxil etmək istəyirəm. Zəfərlə başa vurduğumuz müharibənin odlu sərhəddindən çox kənarda əhaliyə qarşı həyata keçirilən vandalizm işğal siyasəti nəticəsində onlarla uşağımız evindən, valideynindən məhrum oldu. Bir neçə uşağımız həyatını itirdi. Uşaqlar günündə uşaqlığın xoşbəxt, gözəl tərəflərini xatırladığımız kimi,  ürəkağrılı anlarını da xatırlamalıyıq və unutmamalıyıq.  Ona görə ki, bir daha belə hadisələr nə dünyada, nə də ölkəmizdə təkrarlanmasın.

Millət vəkili dedi ki, vətən uğrunda canlarından keçən şəhidlərimizin bizə əmanət etdiyi övladları xüsusi diqqət  və qayğı ilə əhatə olunur.  O uşaqların dövlət hesabına ən yaxşı məktəblərdə təhsil alması, sağlamlığın dövlət tərəfindən qarşılanması, iş yerlərində üstünlük verilməsi ən vacib məsələlərdəndir.  Onların həyat, iş şəraitinin yaxşılaşdırılması üçün dövlət olaraq əlimizdən gələni edirik və edəcəyik.

Bütün balalarımızın, övladlarımızın bayramını təbrik edirəm.  Arzu edirəm ki, onlar bir daha müharibə qoxusunu hiss etməsinlər və  hər zaman başları üzərində aydın səma olsun.

Gülöyşə MƏMMƏDLİ

 

ETİKETLƏR: