Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Ölkəmizdə 600 minədək uşaq sosial təminat növləri üzrə ödənişlərlə təmin olunur

 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Uşaqların müdafiəsi sahəsində fəal dövlət siyasətinə malik olan Azərbaycanda hər il yüksək səviyyədə qeyd olunur.

01.06.2022 22:36
8
A+
A-

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, nazirlik tərəfindən beşdən çox uşağı olan qadınların uşaqlarına, şəhid ailələrinin və müharibə əlillərinin uşaqlarına, sağlamlıq imkanları məhdud uşaqlara, müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqlarına, Çernobıl AES qəzası ilə əlaqədar I və II dərəcə əlilliyi olan, yaxud vəfat etmiş valideynlərin uşaqlarına, valideyn himayəsindən məhrum uşaqlara, aztəminatlı (ünvanlı sosial yardım alan) ailələrin 1 yaşadək uşaqlarına, valideyn himayəsindən məhrum uşaqların qəyyumlarına, övladlığa götürülən uşaqlar, o cümlədən övladlığa götürülən sağlamlıq imkanları məhdud uşaqlara, üç yaşınadək uşaqlara qulluğa görə onların işləyən valideynlərinə, sağlamlıq imkanları məhdud uşaqlara qulluq edənlərə, uşağın anadan olmasına görə, Çernobıl əlillərinin dispanser qeydiyyatında olan uşaqlarına (ildə 1 dəfə) aylıq sosial müavinət, təqaüd və birdəfəlik müavinət ödənilir.

Ailə başçısını itirməyə görə aylıq sosial müavinət və ya pensiya ödənilən ailə üzvlərinin 95 faizdən, ünvanlı sosial yardım alan ailə üzvlərinin 50 faizdən çoxu uşaqlardır. Ümumilikdə ölkəmizdə həssas əhali qruplarına aid 600 minədək uşaq üçün sosial təminat növləri üzrə ödənişlər edilir.

ETİKETLƏR: