Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Ucuz və əyləncəli istirahət etmək istəyirsinizsə...

Xaçmaz rayonunun Nabran zonasındakı“Şahdağ” İstirahət Evinə gəlin  

06.05.2021 10:25
330
A+
A-

Nadir gözəlliyə malik olan Nabran dəniz, meşə və sərin bulaqlar diyarıdır. İsti yay günlərində palıd, fısdıq və cökə meşəliklərinin oksidləşdirdiyi hava, Nabranın dəniz suyunun tərkibindəki kalium, natrium, yod və brom elementləri insan sağlamlığı üçün əvəzsiz dərmandır.

1983-cü ildən fəaliyyət göstərən və çoxsaylı istirahətçilərin rəğbətini qazanan “Şahdağ” İstirahət Evi Xəzər dənizinin sahilində 2,8 hektar sahəsi olan meşə ərazisində yerləşir. İstirahət evinin ərazisində 15 kottec, yeməkxana, anbar binası, idman və uşaqlar üçün əyləncə, mədəni-kütləvi tədbirlər meydançaları, böyük talvar və digər təsərrüfat binaları fəaliyyət göstərir. Kotteclərin qabağında skamyalar və stollar qoyulub. Nömrələr soyuducu, televizor, tefal çaydan, fenlər və çay dəsti ilə təchiz olunub. Nömrələrin çoxunda müasir tələblərə cavab verən kommunal şərait var.

İstirahətçilər gündə 3 dəfə yeməklə təmin olunur, həftənin 4 günü diskoteka təşkil olunur, yay kino-klubu fəaliyyət göstərir, idman yarışları və digər mədəni-kütləvi tədbirlər keçirilir.

Kotteclərdə nömrələr, 1 və 2 otaqlı olmaqla, 2,3,4 və 5 nəfərin istirahəti üçün nəzərdə tutulub və müvafiq şərait yaradılıb, istirahət evinin ərazisi abadlaşdırılıb və mövsümdə ərazidə çoxsaylı gül-çiçək əkilərək gözəllik guşələri yaradılıb.

İstirahət evində birgünlük istirahətin dəyəri, ƏDV ilə birlikdə, bir nəfər üçün kommunal və lüks şəraiti olan nömrələrdə 47,60 manat və ümumi şəraitdən istifadə edən nömrələrdə 41,8 manat təşkil edir.

1 nəfərin 7 və 14 günlük istirahətinin qiyməti, müvafiq olaraq, şəraitli nömrədə 333,2 manat və 666,4 manat təşkil edir.

“Şahdağ” İstirahət Evi öz qapılarını yay istirahətinə hazırlaşan vətəndaşlarımızın üzünə iyun ayının 14-dən açacaq və fəaliyyətini sentyabrın 25-dək davam etdirəcək.

ETİKETLƏR: