Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Danışıqlar nəticə verməsə...

“İndustri Energi” və “Lederne” həmkarlar ittifaqlarının üzvləri  Njord A, Valhall, Gudrun və bir neçə Oseberg platforması da daxil olmaqla, 10 stasionar dəniz qurğusunda tətil etməyi planlaşdırırlar.

09.06.2022 18:00
0
A+
A-

İyunun 3-də Norveç həmkarlar ittifaqından bildirilib ki, əgər əməkhaqqı danışıqları bir nəticə verməsə, 647 nəfər neftçi iyunun 12-də tətilə çıxmağı planlaşdırır. “Offshore Engineer” jurnalının verdiyi xəbərə görə, tətil xam neft hasilatını təhlükə altına salacaq, ancaq qaz hasilatına təsir göstərməyəcək. İşçilər əməkhaqqının, inflyasiya həddi nəzərə alınmaqla, daha yüksək artırılmasını və müqavilələrdə digər dəyişikliklərin edilməsini istəyirlər, lakin tələblərin tam təfərrüatları açıqlanmır.

“İndustri Energi” və “Lederne” həmkarlar ittifaqlarının üzvləri  Njord A, Valhall, Gudrun və bir neçə Oseberg platforması da daxil olmaqla, 10 stasionar dəniz qurğusunda tətil etməyi planlaşdırırlar.

“Lederne”nin rəhbəri və 1300 həmkarlar ittifaqı üzvü adından danışan Audun İnqvartsen bildirib ki, tətil qaz hasilatına təsir etməyəcək. Ümid edirəm ki, biz həm Norveç, həm də digər neft şirkətləri üçün daha yaxşı həll yolu taparıq və eyni zamanda işçilərə də nəsə verə bilərik. Və bununla da tətildən imtina edərik.

“İndustri Energi”dən bildirilib ki, tətil keçirməkdə israrlı olmalarına baxmayaraq, ilk növbədə istehsalın dayandırılmamasına çalışılacaq. “İndustri Energi” Norveçin ən böyük neft və qaz həmkarlar ittifaqı birliyidir və təxminən 4300 üzv adından danışıqlar aparır. İyunun 10-11-də keçiriləcək danışıqlarda iştirak edəcək “Safe” həmkarlar ittifaqı isə hələ mövcud vəziyyətə münasibət bildirməyib.

ETİKETLƏR: