Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Tətil elan etmək çağırışına qoşulublar

.

09.06.2022 18:13
10
A+
A-

Fransada ORPEA transmilli şirkətinin evlərində və klinikalarında çalışan işçilər “CGT-Sante” həmkarlar ittifaqının tətil elan etmək çağırışına qoşulublar. Artıq bir neçə ev qeyri-müəyyən müddətə davam edəcək tətillərə start verib. Aksiya şirkətin 2021-ci ildə əhəmiyyətli mənfəət elan etməsindən və həm də işçi qüvvəsi üçün mükafat ödənişlərini ləğvindən sonra başlayıb. Şirkət rəhbərlik ilə böyük qalmaqallardan qaynaqlanan səhmlərin dəyərinin düşməsini işçilərə ödətdirmək istəyir.

Avropa İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Birliyi və ORPEA-da işçiləri təmsil edən həmkarlar ittifaqı birgə bəyanatda aksiyaya həmrəyliklərini ifadə edib.

Şirkət korrupsioner rəhbərliyin fəaliyyəti nəticəsində böhrana uğrayıb. Zərərin ödənilməsi üçün mənbələr axtarışındadır. Bu yaxınlarda “Investigate Europe” nəşri şirkətin sövdələşmələri necə bağladığını və gizli komissiyalarla işlədiyini açıqlayan yeni məlumatlar dərc etmişdi.

ETİKETLƏR: