Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


AHİK-də Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib

“15 İyun - Milli Qurtuluş Gününə qiymət vermək üçün hökmən o tarixə qayıtmaq, həmin tarixdə ölkəmizdə yaranmış ictimai-siyasi vəziyyətin mənzərəsini gözlərimiz önündə canlandırmaq lazımdır”.

22.06.2022 00:14
9
A+
A-

AZƏRTAC xəbər verir ki, bu sözləri 15 İyun - Milli Qurtuluş Günü ilə bağlı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) təşkil olunan tədbirdəki çıxışı zamanı qurumun rəhbəri, Milli Məclisin deputatı Səttar Möhbalıyev səsləndirib. Özündə xalqımızın taleyindəki ən taleyüklü məqamı ehtiva edən günə həsr olunan tədbir Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə Azərbaycanda siyasi hakimiyyətə gəlişinə, 1993-cü ilin iyununda baş tutan qayıdışdan sonra milli dövlətçiliyimizdə başlanan mərhələdə Ulu Öndərin böyük xidmətlərinə həsr olunan sənədli filmin nümayişi ilə başlanıb. Konfederasiyanın sədri çıxışını ötən əsrin 90-cı illərinin əvvəllərində ölkəmizdə yaranan ictimai-siyasi vəziyyətin təhlili ilə başlayıb: “Bu, elə bir dövr kimi yadda qalıb ki, dövlət müstəqilliyimizin bərpası ərəfəsində ölkəmiz bir tərəfdən maraqlı imperiya qüvvələri tərəfindən himayə edilən erməni separatizminin elan etmədən başladıqları müharibə, digər tərəfdən “milli maraqlar”la pərdələnən, əslində şəxsi, korporativ maraqlar güdən marginal siyasətçilərin poliqonuna çevrilimişdi”.

“Ölkəmizin kənd və rayonları işğal edilir, əhalimizin nəzərəçarpan hissəsi məcburi köçkünə çevrilir, xalq adından hakimiyyətdə olan və onu mənimsəmək istəyən siyasi qüvvələr arasında vətəndaş müharibəsi alovlanırdı”, - deyən Səttar Möhbalıyev mövcud iqtidarın dünya miqyaslı siyasətçi, keçmiş SSRİ-nin ali rəhbərliyində təmsil olunmuş, həmin vaxtlar Naxçıvan Ali Məclisinin sədri vəzifəsini tutan Heydər Əliyevi Bakıya, siyasi hakimiyyətə dəvət etməkdən başqa yolu qalmadığını bildirib: “Belə bir çətin məqamda xalqın israrlı çağırışları səngimədiyi günlərdə Ümummilli Lider Milli Məclisin sədri postunu tutmağa razılıq verdi və beləliklə, Azərbaycan xalqının, onun iradəsi olan dövlətimizin Qurtuluş Gününün əsası qoyuldu”.

Daha sonra çıxışını davam etdirən AHİK sədri Heydər Əliyevin hakimiyyətinin ilk vaxtlarından iqtisadiyyatı bərbad hala salınmış Azərbaycanda islahatlara başlamasını, ordu quruculuğu strategiyasının hazırlanıb işə salınmasında, xarici siyasətin konturlarının müəyyənləşdirilməsində apardığı titanik fəaliyyəti xatırladıb, ilk dəfə Azərbaycanın haqq davasının Lissabon Sammitində bütün Avropa dövlətlərinin dəstəklədiyini bildirib.

İki ilə yaxındır ki, xalqımızın qazandığı böyük qələbəni xatırladan S.Möhbalıyev 44 günlük Vətən müharibəsinin nəticələrinin əsası 1993-cü ildə qoyulan böyük siyasətin bəhrəsi olduğunu bildirib, Prezident, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı İlham Əliyevi özünün siyasi varisi elan edən Prezident Heydər Əliyevin Yeni Azərbaycan Partiyasının üzvlərinə və xalqa müraciətində ifadə etdiyi bir cümləni xatırladıb: “İnanıram ki, mənim başladığım, lakin başa çatdıra bilmədiyim böyük işləri İlham Əliyev həyata keçirə biləcəkdir”.

“Xalqın öz liderinin çağırışına həssas yanaşmasının nəticəsi isə o oldu ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu gün nəinki regionda, dünya miqyasında seçilən, inkişaf edən qüdrətli dövlətə çevrilib”- deyən Səttar Möhbalıyev xalqımızın və dövlətimizin hər zaman Heydər Əliyev ideallarına sadiq qalacağına əminliyini ifadə edib.

ETİKETLƏR:

Foto