Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Əldə etdikləri bilikləri həmkarları ilə bölüşməyi məsləhət gördü

Mühazirələr ətrafında çıxışlar edildi, fikirlər, təkliflər söylənildi.

22.06.2022 00:28
4
A+
A-

İyunun 6-dan 10-dək Türkiyənin Ankara şəhərində Beynəlxalq Avrasiya Metal İşçiləri Federasiyasının (AMİF) Tədris Mərkəzində “Bazar iqtisadiyyatı şəraitində həmkarlar ittifaqlarının fəaliyyəti” mövzusunda silsilə seminarlar təşkil olunmuşdur. Seminarda Azərbaycan Metal İşçiləri Həmkarlar İttifaqı Federasiyasından və onun üzv təşkilatlarından 25 nəfər əməkdaş iştirak etmişdir.

Seminarda giriş sözü söyləyən AMİF-in prezidenti Yusuf Ziya Odabaş son illərdə dünya miqyasında gedən iqtisadi, siyasi proseslər barədə qısa məlumat verdi. Bu proseslərin sıravi insanlara, o cümlədən sahə işçilərinin rifah halına göstərdiyi mənfi təsirin aradan qaldırılması üçün həmkarlar ittifaqının atmalı olduğu addımlardan danışdı. Gündəlikdə duran məsələyə dair mütəxəssislərin mühazirələri dinlənildi.

Mühazirələr ətrafında çıxışlar edildi, fikirlər, təkliflər söylənildi.

Tədbir iştirakçıları istehsal müəssisələrinə ekskursiyalara aparıldı. Burada onlar müəssisə həmkarlar ittifaqı təşkilatının işi ilə də tanış oldular.

Xatırladaq ki, ötən il iyunun 21-də AMİF prezidenti Yusuf Ziya Odabaş ilə Azərbaycan Metal İşçiləri Həmkarlar İttifaqı Federasiyasının prezidenti Bəkir Yusifov arasında əməkdaşlıq haqqında saziş imzalanmışdı. Sazişə əsasən, hər iki təşkilatın birgə müəllifliyi ilə təlim seminarları Proqramı hazırlanmışdı.

İyunun 14-də B.Yusifov Ankaradan qayıdan seminar iştirakçıları ilə görüşdü və əldə etdikləri bilikləri həmkarları ilə bölüşməyi tövsiyə etdi.

ETİKETLƏR: