Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


AHİK və BƏT-in birgə hazırladığı kitabların təqdimatı keçirilib

.

22.06.2022 00:40
42
A+
A-

Şamaxı rayonunda “BƏT-in dayanıqlı inkişafa dair proqram və proseslərində səmərəli iştirakı üçün AHİK-in potensialının gücləndirilməsi” və “2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədlərini həyata keçirmək üçün Azərbaycan Respublikasında görülən tədbirlərin nəzərdən keçirilməsi və qiymətləndirilməsi dövrü üçün hesabat” kitablarının təqdimatı keçirilib.

Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi (ASİHİ RK) tərəfindən təşkil olunan tədbirdə Şamaxı, Qəbələ, İsmayıllı, Ağsu və Qobustan rayonlarının səhiyyə işçiləri iştirak ediblər.

Tədbirdə çıxış edən AHİK-in Zəhmətkeşlərin mədəni-məişət problemləri üzrə analitik tədqiqat şöbəsinin müdiri Namiq Hüseynov tədbir iştirakçılarına AHİK sədri, millət vəkili Səttar Möhbalıyevin salamlarını çatdırıb. Bildirib ki, kitablar Beynəlxalq Əmək Təşkilatının (BƏT) dəstəyi ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən nəşr edilib. O, kitabların hazırlanmasının məqsəd və vəzifələrindən danışıb.

Sonda iştirakçıların sualları cavablandırılıb.

***

Beynəlxalq Əmək Təşkilatının (BƏT) dəstəyi ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən çap edilmiş “BƏT-in dayanıqlı inkişafa dair proqram və proseslərində səmərəli iştirakı üçün AHİK-in potensialının gücləndirilməsi”, “2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədlərini həyata keçirmək üçün Azərbaycan Respublikasında görülən tədbirlərin nəzərdən keçirilməsi və qiymətləndirilməsi dövrü üçün hesabat” kitablarının Gəncə və Şəki şəhərlərində təqdimatı keçirilib.

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsinin təşkilatçılığı ilə baş tutan təqdimat mərasimlərində rayon komitələrinin, ilk həmkarlar ittifaqı təşkilatlarının sədrləri, eləcə də həmkarlar ittifaqı fəalları iştirak ediblər. Tədbirlər Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Daha sonra kitabların təqdimatı ilə bağlı çıxışlar olub.

ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə çıxış edərək tədbir iştirakçılarına AHİK sədri, millət vəkili Səttar Möhbalıyevin salamlarını çatdırıb.

Tədbirdə həmçinin ATİAHİ Respublika Komitəsinin Təşkilat şöbəsinin müdiri Emil Rüstəmov və AHİK-in Təşkilat işləri və məlumat şöbəsinin mütəxəssisi Elxan Şahverdiyev çıxış ediblər. Qeyd olunub ki, dayanıqlı sosial inkişafın təmin edilməsi Azərbaycan hökumətinin qarşıya qoyduğu və uğurla həyata keçirdiyi mühüm prioritetlərdəndir. Bunun göstəricisidir ki, Azərbaycanda bir-birini tamamlayan strateji layihələr, sosial-iqtisadi proqramlar həyata keçirilir. Beləliklə də, ölkənin davamlı sosial-iqtisadi inkişafı təmin edilir.

Çıxış edənlər həmçinin dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsində həmkarlar ittifaqı təşkilatlarının rolundan danışıblar. Tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 

****

 

Azərbaycan Milli Elmlər Akademuyasının (AMEA) Gəncə bölməsində “BƏT-in dayanıqlı inkişafa dair proqram və proseslərdə səmərəli iştirak üçün AHİK-in potensialının gücləndirilməsi” və 2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədləsini həyata keçirmək üçün Azərbaycan Respublikasında görülən tədbirlərin nəzərdən keçirilməsi və qiymətləndirilməsi dövrü üçün hesabat” kitabının təqdimatı olmuşdur. Tədbiri giriş sözü ilə AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev açmışdır.

AMEA Azad Həmkarlar İttifaqının  sədri Habil Qurbanov “Dünyamızın transformasiyası: 2030-cu ilədək Dayanıqlı inkişaf sahəsində gündəlik, COVID-19 pandemiyasına qarşı dayanıqlı və dözümlü bərpa” mövzusunda çıxış etmişdir. O, dayanıqlı inkişaf məqsədlərinə nail olunması ilə bağlı ölkəmizdə həyata keçirilən tədbirlər barədə məlumat vermişdir. Demişdir ki, əsas məqsəd Dayanıqlı İnkişaf Məqsədlərinin icrasının sürətləndirilməsi üzrə təşəbbüslərin müəyyənləşdirilməsi və COVID-19 pandemiyası ilə mübarizədə qlobal həmrəylik ruhunda olan ideya və layihələrin dəstəklənməsidir.

Habil Qurbanov həmkarlar ittifaqlarının aztəminatlı işçilərə göstərdiyi maddi yardımları vacib saydığını söylədi. Lakin digər vacib məsələlər də var ki, onlar daimi xarakter daşımalıdır, dedi. Sədr misal olaraq, zehni fəliyyətlə məşğul olan insanlar üçün yay gəzintilərinin, səfalı, tarixi yerlərə turların təşkilini göstərdi. Gənc alimlər üçün ən yaxşı tədqiqatlar müsabiqələrinin, bilik, idman yarışlarının keçirilməsinin həm fiziki, həm də mənəvi cəhətdən faydalı olduğunu diqqətə çatdırdı.

Gənc Alim və Mütəxəssislər Şurasının sədri Elnur Həsənov çıxışında bildirdi ki, Bölmənin institut, şöbə, laboratoriya və digər qurumlarında çalışan işçilərin əmək və sosial hüquqlarının təminatı baxımından ardıcıl tədbirlər həyata keçirilir. Hər il Bölmənin onlarla əməkdaşına müxtəlif məbləğlərdə maddi yardımlar, istirahət mərkəzlərinə yollayışlar, mükafatlar, ərzaq paketləri və digər bu kimi vasitələr ilə maddi-mənəvi dəstək göstərilmişdir.

Həmçinin qeyd edib ki, Ali Baş Komandanın rəhbərliyi altında Böyük Zəfərimizlə bitən 44 günlük Vətən müharibəsi ilə bağlı AMEA Gəncə Bölməsi kollektivi adından “Azərbaycan Respublikasının Silahlı Qüvvələr” eləcə də “Yaşat” və “Qarabağ” fondlarına ümumilikdə 7245 manat məbləğində pul köçürülmüşdür.

AMEA Gəncə Bölməsi İşlər İdarəsinin müdiri Rasim Tağıyev pandemiya dövründə görülən qabaqlayıcı tədbirlərdən və aparılan mübarizədən danışdı.

Sonda AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev faydalı məsləhət və ideyalara görə professor Habil Qurbanova təşəkkürünü bildirdi.

 

****

 

İyunun 16-da Sahibkarlıq, Özəl Elm və Yüngül Sənaye İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə qurumun üzv təşkilatı “Sədərək” Firması Birləşmiş Həmkarlar İttifaqı Komitəsində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) “2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədlərini həyata keçirmək üçün Azərbaycan Respublikasında görülən tədbirlərin nəzərdən keçirilməsi və qiymətləndirilməsi dövrü üçün hesabatı”na dair seminar-müşavirə keçirilib.

Tədbirdə sahə həmkarlar ittifaqının Bakı şəhəri üzrə rayon komitələrinin sədrləri və fəalları iştirak ediblər.

Respublika Komitəsinin sədri Məhəmmədəli Salmanov AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevin salamlarını tədbir iştirakçılarına çatdırıb və ölkəmizin həyatında həmkarlar ittifaqlarının rolu, gördüyü işlər, həyata keçirdiyi layihələr barədə məlumat verib.

Respublika Komitəsinin Aparat rəhbəri Vaqif Məhərrəmov Dayanıqlı İnkişaf Məqsədlərinin mahiyyəti, onun həyata keçirilməsində həmkarlar ittifaqı təşkilatlarının rolundan danışıb.

Sonra mövzu üzrə hazırlanmış hesabat dinlənilib, geniş fikir mübadiləsi aparılıb.

Çıxışlarda qeyd edilib ki, dayanıqlı sosial-inkişafın təmin edilməsi Azərbaycan hökumətinin qarşıya qoyduğu və uğurla həyata keçirdiyi mühüm prioritetlərdəndir.

 

****

 

İyunun 17-də Qazax rayonunda Beynəlxalq Əmək Təşkilatının (BƏT) dəstəyi ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən çap edilmiş “2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədlərini həyata keçirmək üçün Azərbaycan Respublikasında görülən tədbirlərin nəzərdən keçirilməsi və qiymətləndirilməsi dövrü üçün hesabat” və “COVID-19 böhranından sonra inklüziv, sabit və davamlı xarakter daşıyan, insana istiqamətlənmiş bərpa işləri aparmaq məqsədilə qlobal fəaliyyətə çağırış” kitablarının təqdimatı keçirilib.

“Xidmət-İş” Həmkarlar İttifaqları Federasiyasının (HİF) təşkilatçılığı ilə baş tutan təqdimat mərasimində Qazax Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Rəcəb Babaşov çıxış edərək rayonda həyata keçirilən sosial və iqdisadi layihələr haqqında geniş məlumat verib.

“Xidmət-İş” HİF-in vitse-prezidenti Xəyyam Nəsibov AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevin salamlarını tədbir iştirakçılarına çatdırıb. Vətən müharibəsində həlak olmuş şəhidlərimizin ailələrinə göstərilən diqqətə və rayonda mədəniyyət sahəsində və sosial layihələrlə bağlı görülən işlərə görə, RİH nümayəndələrinə öz təşəkkürünü bildirib. Sonra o, Azərbaycan həmkarlar ittifaqlarının ölkə həyatında rolundan, AHİK tərəfindən görülən işlərdən, həyata keçirilən layihələrdən, həmçinin “Xidmət-İş” HİF-in sahə üzrə fəaliyyətindən söz açıb.

Daha sonra Federasiyanın vitse-prezidenti Camaləddin İsmayılov, AHİK-in Zəhmətkeşlərin mədəni-məişət problemləri üzrə analitik tədqiqat şöbəsinin müdiri Namiq Hüseynov çıxış ediblər. 

C.İsmayılov Federasiya adından Qazax RİH-in başçısı Rəcəb Babaşova “Xatirə kitabı” hədiyyə edib.

Tədbirdə həmçinin iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Həmin günü daha bir görüş baş tutub. Qazax RİH-in başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri və “Xidmət-İş” HİF-in nümayəndə heyəti ilə birlikdə Qazax Rayon Mərkəzi Xəstəxanasına baş çəkib, orada çalışan tibb işçilərini 17 İyun - Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə təbrik ediblər.

 

 

****

 

İyunun 18-də Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə  İsmayıllı rayonunda “BƏT-in dayanıqlı inkişafa dair proqram və proseslərində səmərəli iştirakı üçün AHİK-in potensialının gücləndirilməsi” və “2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədlərini həyata keçirmək üçün Azərbaycan Respublikasında görülən tədbirlərin nəzərdən keçirilməsi və qiymətləndirilməsi dövrü üçün hesabat” kitablarının növbəti təqdimat mərasimi keçirilib.

Tədbirdə Respublika Komitəsinin rəhbərliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Təşkilat işləri və məlumat şöbəsinin müdir müavini Əli Cəfərov, Regional sukanal idarələrinin bazasında Şamaxı, Ağsu, Ucar, Kürdəmir və Qobustan sukanal idarələrinin nümayəndələri, ilk həmkarlar ittifaqı təşkilatlarının sədrləri və həmkarlar ittifaqı fəalları iştirak ediblər.

Respublika Komitəsinin sədri Akif Məmmədov AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevin salamlarını tədbir iştirakçılarına çatdırıb və Azərbaycan həmkarlar ittifaqlarının ölkə həyatında rolundan, görülən işlərdən, həyata keçirilən layihələrdən danışıb.

Əli Cəfərov kitabların Beynəlxalq Əmək Təşkilatının dəstəyi ilə AHİK tərəfindən nəşr edildiyini deyib, onların hazırlanmasının məqsəd və vəzifələri haqqında məlumat verib.

Sonda iştirakçıların sualları cavablandırılıb, geniş fikir mübadiləsi aparılıb.

****

İyunun 17-də Azərbaycan Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqında Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı həmkarlar ittifaqlarının mövqeyini əks etdirən mövzuda seminar keçirilmiş, “BƏT-in dayanıqlı inkişafa dair proqram və proseslərində səmərəli iştirakı üçün AHİK-in potensialının gücləndirilməsi”, DİM/2030 Gündəliyi, Könüllü Milli Hesabat və BMT ilə əməkdaşlıq üzrə çərçivə sazişi prosesinə dair fəaliyyət təcrübəsinin təhlili, “2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədlərini (DİM) həyata keçirmək üçün Azərbaycan Respublikasında görülən tədbirlərin nəzərdən keçirilməsi və qiymətləndirilməsi dövrü üçün hesabat” və “COVID-19 böhranından sonra inklüziv, sabit və davamlı xarakter daşıyan, insana istiqamətlənmiş bərpa işləri aparmaq məqsədilə qlobal fəaliyyətə çagırış” kitablarının təqdimatı olmuşdur. Bundan əlavə, tədbirdə Azərbaycan həmkarlar ittifaqlarının 2021-ci il üzrə gender statistikası haqqında məlumat verilmişdir.

Tədbirdə Həmkarlar İttifaqının sədri Hüseyn Kərimov, sədr müavini-təşkilat şöbəsinin müdiri İlqar Hüseynov, hüquq müfəttişi Vaqif Məcidov, Bakı şəh. YTİ BHİŞ sədri Lətif Nağdəliyev və “8 №-li Xüsusi Təyinatlı Yol İstismar” MMC-nin HİK sədri Həqiqət Mirzəyeva çıxış etmişlər.

ETİKETLƏR: