Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Ekoloqların istirahətləri səmərəli keçir

.

22.06.2022 00:49
6
A+
A-

Təbii Sərvətlər və Ekologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi üzv təşkilatlarda çalışan işçilərin yay istirahətinin səmərəli təşkili layihəsini davam etdirməkdədir. Bu layihədən artıq iki qrup yararlanıb. Ümumilikdə təxminən 100 nəfərdən çox ittifaq üzvü İsmayıllı və Quba rayonu ərazisində qısamüddətli istirahətdə olub.

Gəzintilər mütəmadi olaraq hər həftənin şənbə və bazar günləri keçirilir. İşçilərin əhval-ruhiyyəsinin yüksəlməsi, səmərəli istirahəti, əmək fəaliyyətinin daha həvəslə yerinə yetirilməsi üçün bu cür gəzintilərin davamlı olması hər zaman diqqət mərkəzində saxlanılır. Növbəti gəzintilərdə daha 400 əməkdaşın istirahətinin təşkili nəzərdə tutulmuşdur. Bu gəzintilərdə Bakı şəhəri ərazisində yerləşən idarə və müəssisələrin əməkdaşları iştirak edəcəklər.

ETİKETLƏR: