Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Qalib idmançılar təltif ediliblər

Yunan-Roma güləşi üzrə keçirilən yarışda isə klubun üzvü, məşqçi-müəllim Azər Hüseynovun yetirməsi Əli Nəzərov ( 41 kq.) ikinci olub.

22.06.2022 00:53
9
A+
A-

Şağan Olimpiya İdman Kompleksində sərbəst və yunan-Roma güləşi üzrə ilk U-15 Azərbaycan çempionatı keçirilib. Milli Olimpiya Komitəsinin (MOK) 30 illik yubileyinə həsr olunan çempionatda müxtəlif çəki dərəcələrində idmançılar mübarizə aparıblar.   

Bütün rəqiblərinə qalib gələn “Pəhləvan” İdman Klubunun sərbəst güləşçiləri,  məşqçi müəllim Ruslan Şəmilovun yetirmələri  Hüseyn Hüseynov ( 52 kq.) və Səid Paşayev ( 85 kq.) fəxri kürsünün ən yüksək pilləsində yer alıblar. Abdullətif Musayev ( 41kq.), Ülfət Məmmədov (62 kq.) və Rauf Ramaldanov (75 kq.) isə üçüncü yeri tutublar.

Yunan-Roma güləşi üzrə keçirilən yarışda isə klubun üzvü, məşqçi-müəllim Azər Hüseynovun yetirməsi Əli Nəzərov ( 41 kq.) ikinci olub.

Qalib idmançılar Güləş Federasiyasının medalları, Gənclər və İdman Nazirliyinin diplomları ilə təltif edilib. Bundan başqa, çempionlara MOK-un xüsusi hədiyyələri təqdim olunub.

ETİKETLƏR: