Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


“Bakı Marafonu-2022”də iştirak edən metropolitençilər mükafatlandırılıb

.

22.06.2022 00:57
3
A+
A-

Mayın 15-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu-2022” çərçivəsində minlərlə idmansevər Bakı Bulvarına toplaşaraq “Küləyə qalib gəl” şüarı altında keçirilən yarışa qatılıb.

Ölkəmizin idman təqvimində mühüm yer alan “Bakı Marafonu”nda 10 nəfər metropolitençi də iştirak edib. Onlardan 6-sı ilk minliyə düşməyi bacarıb və təşkilatçılar tərəfindən mükafatlandırılıblar.

Onlarla iyunun 7-də Metropoliten İşçiləri Həmkarlar İttifaqında (MİHİ) görüş keçirilib.

MİHİ-nin sədri Arif Mərdanov iştirakçıları təbrik edib və “Bakı Marafonu-2022”nin əhəmiyyətindən söz açıb. Bildirib ki, belə idman tədbirləri insanlarda idmanla məşğul olmağa maraq oyadır və fiziki cəhətdən sağlamlığa xidmət edir. A.Mərdanov yarışın təşkilinə görə Heydər Əliyev Fonduna minnətdarlığını bildirib.

Sonda marafonda iştirak etmiş metrop

olitençilərə pul mükafatı,    medal və sertifikatlar təqdim olunub.

ETİKETLƏR: