Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Cüdoçularımızın uğuru

.

22.06.2022 01:02
5
A+
A-

İyunun 10-11-də Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzində U-23 qadın və kişi cüdoçular arasında keçirilən yarışda medalçılar bəlli olub.

Milli Olimpiya Komitəsinin yaranmasının 30 illiyinə həsr olunan çempionatda ümumilikdə 14 çəki dərəcəsində 330 idmançı mükafatlar uğrunda mübarizə aparıb.

Paytaxt çempionatında Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları  Assosiasiyasına daxil olan idman cəmiyyətləri və klublarının yetirmələri də müvəffəqiyyətlə iştirak ediblər.

Kişilərin yarışında mübarizə aparan”Atilla” İdman Klubunun cüdoçusu    Nicat Fətəlov (-100 kq.) ikinci, Elşən Əsədov (-66 kq.) və  Eldar Əliyev (100 kq.) isə üçüncü olublar.

Qadınların yarışında isə Fəridə Mirzəyeva (-48 kq.) fəxri kürsünün birinci pilləsində yer alıb.

Yarışda “Məhsul” İdman Cəmiyyətinin xanım yetirmələri də fərqləniblər. Zeynəbxanım Əsədova (-70 kq.) birinci, Fidan Əliyeva (-52 kq.) isə üçüncü yeri tutub.

Komanda hesabında qazanılan medal sayına görə isə  “Atilla” İdman Klubu          4 medalla (1 qızıl, 1 gümüş, 2 bürünc) ikinci olub.

Çempionatın qalibləri cari ilin 12-14 iyul tarixlərində keçiriləcək Azərbaycan çempionatına vəsiqə qazanıblar.

ETİKETLƏR:

Foto