Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Həmkarlar ittifaqlarının sorğusu

BHİK-in Baş katibi Şaran Barrou deyib ki, bütün bu müxtəlifliklərdə işçilərin zorakılıq və təqiblərdən azad əmək dünyası hüququndan istifadə etmələrini təmin etmək vacibdir. Biz bütün hökumətləri ratifikasiya prosesindən mümkün qədər tez keçməyə çağırırıq.

22.06.2022 01:10
5
A+
A-

Mərkəzi Afrika Respublikası,  Salvador və Peru  Beynəlxalq Əmək Təşkilatının (BƏT) 190 saylı Konvensiyasını ratifikasiya edən sonuncu ölkələrdir.  BƏT-in 190 saylı Konvensiyası və 206 saylı  tövsiyəsi hər bir insanın zorakılıq və təcavüzlərdən azad əmək dünyasına hüququnu möhkəmləndirir.

Dünyanın 79 ölkəsində aparılan həmkarlar ittifaqlarının sorğusuna və son qiymətləndirmələrə görə, 2023-cü ilin sonuna qədər  50 hökumət 190 saylı Konvensiyanı  ratifikasiya edəcək.  Bununla belə:

-rəyi soruşulan həmkarlar ittifaqlarının 73 faizi hesab edir ki, son beş ildə əmək sahəsində zorakılıq və təcavüz artıb;

-həmkarlar ittifaqlarının 80 faizi hesab edir ki, COVID-19 pandemiyası zamanı gender zorakılığı artıb.

Bütün dünya həmkarlar ittifaqları 190 saylı Konvensiyanın ratifikasiyasının təmin edilməsi və həyata keçirilməsi üzərində işləyir:

- rəyi soruşulan həmkarlar ittifaqlarının 91 faizi 190 saylı Konvensiyanı milli qanunvericiliyə və siyasətə uyğunlaşdırmaq üçün sosial dialoqda iştirak edir.

 - həmkarlar ittifaqlarının 67 faizi 190 saylı Konvensiyanın və 206 saylı tövsiyənin müddəalarına uyğun olaraq iş yerində siyasəti və ya kollektiv müqavilələri razılaşdırmışdır.

  - Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) sorğusunda iştirak edən ölkələrin yarıdan çoxu 190 saylı Konvensiyanı  tətbiq etmək üçün əmək qanunvericiliyini dəyişdirməlidir.

  - Ölkələrin 37 faizi əməyin gigiyenası  və təhlükəsizlik texnikası  haqqında qanunları dəyişdirməlidir.

BHİK-in Baş katibi Şaran Barrou deyib ki, bütün bu müxtəlifliklərdə işçilərin zorakılıq və təqiblərdən azad əmək dünyası hüququndan istifadə etmələrini təmin etmək vacibdir. Biz bütün hökumətləri ratifikasiya prosesindən mümkün qədər tez keçməyə çağırırıq.

Beynəlxalq Əmək Konfransının əsas əmək hüquqları sırasına əməyin mühafizəsinin əlavə edilməsi ilə bağlı son qərarını alqışlayırıq. Bu da işəgötürənlərin iş yerində risklərin qiymətləndirilməsini aparmaq öhdəliyi kimi əməyin mühafizəsi müddəalarını əhatə edən 190 saylı Konvensiyanın effektiv həyata keçirilməsinə daha çox yol açacaqdır.

ETİKETLƏR: