Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Voleybol üzrə zona turniri

.

29.06.2022 01:35
16
A+
A-

İyunun 24-də Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 104-cü ildönümü münasibətilə Şəki Olimpiya İdman Kompleksində Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı  Respublika Komitəsi (TİAHİ) və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin  birgə təşkilatçılığı ilə Şəki, Qəbələ, Qax, Zaqatala, Balakən, Oğuz rayonlarının ümumtəhsil müəssisələrində çalışan təhsil işçilərinin kişilərdən ibarət komandaları arasında idmanın voleybol növü üzrə  yarış keçirilmişdir. Yarışda 6 komanda mübarizə aparmışdır.       

Yarışın açılışında Dövlət Himni səsləndi, sonra torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Yarışı giriş sözü ilə TİAHİ Şəki Rayon Komitəsinin sədri Ziyafət Xasiyeva açaraq 44 günlük Vətən müharibəsində Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun Qarabağı düşmən işğalından azad edərkən göstərdiyi şücaətindən danışdı və yarış iştirakçılarına uğurlar arzuladı.

Tədbirdə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin rəis müavini Günay Mahmudova, Tədrisin keyfiyyəti sektorunun müdiri Bəhruz Nəbili və Şəki Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Anar Məmmədov çıxış edərək ordumuzun yaranma günü münasibətilə bütün Azərbaycan xalqını və yarış iştirakçılarını təbrik edərək onlara uğurlar arzuladılar.

Yekun nəticəyə əsasən, Şəki rayonunun müəllimlərdən ibarət komandası turnirin qalibi adını qazandı. Oğuz və Balakən rayonlarının komandaları isə II və III yerləri tutdular.

Şəki rayonunun voleybol komandası kubok, medal, diplom və hədiyyələrlə, Oğuz və  Balakən rayonunun voleybol komandaları diplom, medal və hədiyyələrlə, həvəsləndirici yerləri tutan Qax, Qəbələ, Zaqatala rayonlarının voleybol komandaları isə Təşəkkürnamə və Xarıbülbül tablosu ilə təltif  olundular.  

ETİKETLƏR: