Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


İş yerlərində maksimum  temperatur haqqında qanun

.

27.07.2022 11:28
36
A+
A-

Avropada davam edən  normadan artıq isti hava şəraiti göstərir ki, işçilər iqlim dəyişikliyinin təsirlərindən qorunmaq üçün iş yerlərində maksimum temperatur haqqında qanuna niyə bu qədər ehtiyac duyur.

Həmkarlar ittifaqları keçən həftə İspaniyada iki işçinin isti havada günvurmadan yıxılaraq ölməsindən sonra Avropa Komissiyasını tədbir görməyə çağırır. Maksimum işləmə temperaturu olmayan Fransada 2020-ci ildə isti hava ilə bağlı iş qəzalarında 12 nəfər həlak olub.

Əgər bununla bağlı qanuni tədbirlər görülməsə, belə faciələr daha tez-tez baş verəcəkdir.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, insanlar, ümumiyyətlə, 16°C-   24°C temperatur arasında daha yaxşı işləyirlər. Araşdırmalar göstərir ki, havanın temperaturu 30°C-dən yuxarı qalxdıqda iş yerlərində bədbəxt hadisələrin baş vermə riski  5-7%, temperatur 38°C-dən çox olduqda isə qəzaların baş vermə ehtimalı 10-15% artır.

Başgicəllənmə, başağrıları və əzələ spazmları istilik stresinin erkən simptomlarıdır və bu, qusma, huşsuzluq ilə nəticələnir.  Müalicə edilmədikdə ölümlə nəticələnə bilər.

Eurofound-un məlumatına görə, Avropa İttifaqında (Aİ) bütün işçilərin 23%-i iş vaxtının ən azı dörddə birində, 36%-ə qədəri kənd təsərrüfatı və sənayedə, 38%-i isə tikintidə yüksək temperatura məruz qalır.

Avropa Həmkarlar İttifaqları Konfederasiyasının (ETUC) üzv təşkilatlarının sorğusu müəyyən etdi ki, yalnız bir neçə Avropa ölkəsində anomal istilər zamanı işçilərin təhlükəsizliyini təmin edən qanunvericilik mövcuddur və bu qanunvericilik 28-36 dərəcə temperatur arasında olan son hədləri əhatə edir :

Belçika: yüngül fiziki işlərdə 29°C, orta ağır fiziki işlərdə 26°C, ağır fiziki işlərdə 22°C və çox ağır fiziki işlərdə 18 °C.

Macarıstan: oturaq və yüngül fiziki iş üçün 31°C , orta fiziki iş üçün 29°C  və ağır fiziki iş üçün 27°C.

Latviya: İnzibati binada işləmək üçün maksimum iş temperaturu 28°C.

Çernoqoriya: Açıq havada işlər üçün maksimum iş temperaturu 36°C.

Sloveniya: İş yerlərində havanın temperaturu 28°C-dən çox olmamalıdır.

İspaniya: Ofis kimi oturaq iş üçün maksimum iş temperaturu 27°C, yüngül iş üçün isə 25°C-dir. Lakin bu məhdudiyyətlər bütün iş növlərinə, bütün işçilərə və bütün binalara şamil edilmir.

Artan iqlim böhranı şəraitində ETUC Avropa Komissiyasını işçilərin iş yerlərində maksimum temperatur haqqında qanun ilə qorunmasında boşluqları aradan qaldırmağa çağırır.

Aİ və milli hökumətlər də son on il ərzində əmək müfəttişlərinin sayındakı böyük azalmanı geri qaytararaq, mövcud qaydalara riayət olunmasını təmin etməlidir.

ETUC Baş katibinin müavini Klas-Maykl Ştal deyib ki, isti hava dalğaları günəşdən qorunmayan işləyən insanlar üçün ölümcül ola bilər, bunu bu yay İspaniyada gördük. İşçilər hər gün iqlim böhranının önündədirlər və  temperaturun getdikcə artan təhlükəsi ilə üzləşmək üçün qorunmağa ehtiyac duyurlar. Hava milli sərhədləri tanımır, ona görə də maksimum iş temperaturu ilə bağlı ümumavropa qanunvericiliyinə ehtiyacımız var.

Siyasətçilər kondisionerli ofislərini tərk etmədən ən həssas işçilərimizə qarşı təhlükəyə məhəl qoymağa davam edə bilməzlər.

ETİKETLƏR: