Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


 Bağışlama müqaviləsinin təsdiq edilməsi üçün notariusa hansı sənədlər təqdim edilməlidir?

.

27.07.2022 11:42
14
A+
A-

 Bağışlama müqaviləsinin təsdiq edilməsi üçün notariusa hansı sənədlər təqdim edilməlidir?

Siyavuş QƏLƏNDƏROV,

Quba rayonu.

- Müqavilənin təsdiq edilməsi üçün notariusa aşağıdakı sənədlər təqdim edilməlidir:

- tərəflərin şəxsiyyətini təsdiq edən sənədlər;

- yaşayış evində, mənzildə və ya bağ evində yaşayış yeri üzrə qeydiyyatda olan ailə üzvlərinin dairəsi barədə mənzil-istismar sahələrinin arayışı və yetkinlik yaşına çatmış ailə üzvlərinin notariat qaydasında təsdiq edilmiş razılığı;

- daşınmaz əmlak birgə nikah dövründə əldə edilmişdirsə, onun bağışlanmasına ərin (arvadın) notariat qaydasında təsdiq edilmiş razılığı;

- müqavilə nümayəndə vasitəsilə bağlandıqda, onun şəxsiyyətini təsdiq edən sənəd və səlahiyyətlərinə dair notariat qaydasında təsdiq edilmiş etibarnamə;

- tərəflər arasında qohumluq münasibətlərini təsdiq edən sənədlər və ya qohumluq münasibətlərinin müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi;

- əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd;

- əmlak üzərində yüklülüyün və ya həbsin olub - olmaması barədə arayış;

- dövlət rüsumunun və xidmət  haqqının ödənilməsi barədə sənədlər;

- mülkiyyətçi nikahdadırsa, onun nikahı haqqında şəhadətnaməsi.

Bağışlama müqaviləsi bağlanan zaman hədiyyə verən, hədiyyə alan və ya onların notariat qaydasında təsdiq edilmiş etibarnamə əsasında nümayəndələri iştirak edə bilərlər.

 

Qonşunun oğlunun 14 yaşı var. Anası narazılıq edir ki, onun xəbəri olmadan oğlu ticarət mərkəzində işə düzəlib, müqavilə bağlayıb, işləyir. Belə olarmı?

    

Kübra MƏMMƏDOVA,

Bakı şəhəri.

- Olmaz. Əmək müqaviləsi on beş yaşına çatmış fiziki şəxslərlə bağlanıla bilər. İnzibati Xətalar Məcəlləsinin 192.8. maddəsinə əsasən, işəgötürən tərəfindən 15 yaşına çatmamış şəxsin işə cəlb edilməsinə görə-vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir.

Onu da qeyd etmək lazımdır ki, on beş yaşından on səkkiz yaşınadək olan şəxslərlə əmək müqaviləsi bağlanarkən onların valideynlərindən və ya övladlığa götürənlərdən (qəyyumlarından) birinin və yaxud qanunla onları əvəz edən şəxslərin yazılı razılığı alınmalıdır.

ETİKETLƏR: