Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Türk Dövlətləri Həmkarlar İttifaqları arasında əməkdaşlıq və təcrübə mübadiləsi

.

03.08.2022 10:41
37
A+
A-

Türkiyənin “BASİSEN” Bank-Maliyyə və Sığorta İşçiləri Həmkarlar İttifaqının təşəbbüsü ilə “Türk Dövlətləri Həmkarlar İttifaqları arasında əməkdaşlıq və təcrübə mübadiləsi” mövzusunda videokonfrans keçirilmişdir. Azərbaycan Respublikası “Xidmət-İş” Həmkarlar İttifaqları Federasiyasının vitse-prezidenti Xəyyam Nəsibovun moderatorluğu ilə baş tutan tədbirdə “BASİSEN” Bank-Maliyyə və Sığorta İşçiləri Həmkarlar İttifaqının  baş maliyyə katibi Canan Çevikbaş, “BASİSEN” Bank-Maliyyə və Sığorta İşçiləri Həmkarlar İttifaqının  beynəlxalq əlaqələr üzrə mütəxəssisi Meral Ərdoğan (Türkiyə), “Kızmet” Dövlət, Bank Müəssisələri və İctimai Xidmət İşçiləri Sənaye Həmkarlar İttifaqının sədri Mirbolat Jakıpov, sədr müavini Atakozı Nurlanov və sədrin müşaviri Alima Beknazarova (Qazaxıstan), ticarət, ictimai iaşə, istehlak kooperasiyası və digər sahibkarlıq formaları işçilərinin Mərkəzi Komitəsinin sədri Damira Dolotaliyeva (Qırğızıstan), Sahibkarlıq, biznes və xidmət sahələri işçilərinin həmkarlar ittifaqının təşkilat işləri üzrə rəhbəri Sadritdin Seyfullayev (Özbəkistan) iştirak edirdilər.

Videokonfransda çıxış edən Xəyyam Nəsibov dedi ki, xüsusilə indiki mürəkkəb, ziddiyyətlərlə, iqtisadi sanksiyalarla və hüquq pozuntuları ilə müşayiət edilən dövrdə əməkdaşlıq böyük əhəmiyyət daşıyır. Bütün bunlar işləyən insanların rifahı, əmək azadlığı və hüquqlarının pozulmaması naminə həmkarlar ittifaqlarının əməkdaşlığını günümüzün aktual vacib tələbinə çevirir.

Belə bir dövrdə türk dövlətlərinin həmkarlar ittifaqlarının əlaqəli şəkildə fəaliyyəti daha böyük əhəmiyyət kəsb edir. Xəyyam müəllim qeyd etdi ki, Azərbaycan həmkarlar ittifaqlarının bu sahədə yaxşı təcrübəsi var. Qardaş türk dövlətlərində fəaliyyət göstərən həmkarlarımızla sıx əlaqələrimizin tarixi uzun illərə gedib çıxır. Müxtəlif struktur səviyyəsində, müxtəlif sahələr üzrə bağlanmış müqavilələr bizi daha da yaxınlaşdırır, bir-birimizi daha yaxından tanımağa kömək göstərir. Biz bir-birimizdən öyrənməklə işimizi təkmilləşdiririk. Əməkdaşlığımız üzvü olduğumuz beynəlxalq həmkarlar ittifaqları təşkilatlarında sözümüzün kəsərini artırır.

X.Nəsibov türk dövlətlərinin həmkarlar ittifaqları arasında aparılan təcrübə mübadiləsinin əhəmiyyətindən də danışdı. İnandığını bildirdi ki, bu əməkdaşlıq gələcəkdə də daha yüksək səviyyədə davam etdiriləcək.

Tədbirdə digər çıxışlar da dinlənildi. Bu mövzuda tədbirlərin keçirilməsinin zəruriliyi qeyd olundu.

ETİKETLƏR:

Foto