Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


30 nəfər Vətən müharibəsi qazisi və iştirakçısı üçün səfər təşkil olunub

.

03.08.2022 11:24
8
A+
A-

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (TİAHİ) İsmayıllı Rayon Komitəsinin əməkdaşları Vətən müharibəsi qaziləri, iştirakçıları ilə bağlı növbəti tədbir keçiriblər. 30 nəfər qazi və müharibə iştirakçısının Bakı şəhərinə  səfəri təşkil olunub. Onlar səfərə müasir Azərbaycan dövlətçiliyinin banisi Ümummilli Lider Heydər Əliyevin və Zərifə Əliyevanın məzarlarını ziyarətlə başlayıblar. Ziyarətdən sonra I və II Fəxri xiyabanda olublar. Vətənin bütövlüyü, azadlığı uğrunda canlarından keçən oğullarımızın, o cümlədən həmyerliləri Ruslan Tağıyevin və Xeyrulla İbrahimovun, eləcə də general- mayor Polad Həşimovun və Milli Qəhrəman Mübariz İbrahimovun məzarları önündə baş əyiblər.

Daha sonra şəhərin görməli, tarixi yerlərinə səyahət başlayıb. Səfər Bakıda nahar süfrəsi arxasında yekunlaşıb. İcra hakimiyyəti başçısının da əyləşdiyi  süfrə arxasında qazilər, müharibə iştirakçıları bir daha cəbhə günlərini, döyüş dostlarını xatırlayıblar. Ordumuzun şahidi olduqları qəhrəmanlığından ağızdolusu danışıblar. Həmçinin dövlətimizin, ictimaiyyətin onlara göstərdiyi qayğını yüksək qiymətləndirdiklərini bildiriblər. Səfərlərindən xatirə üçün birlikdə şəkil çəkdiriblər.

 

Hafiz KƏRİMOV,

TİAHİ İsmayıllı Rayon Komitəsinin sədri

ETİKETLƏR: