Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Nur üzlü Şəhidlərimiz

.

03.08.2022 11:27
6
A+
A-

Aprel döyüşləri zamanı qəhrəmancasına şəhid olmuş baş leytenant Rəşid Rövşən oğlu Mehdiyevin doğum günü ilə əlaqədar Salyan rayonunun Xələc kəndində yerləşən Şəhidlər xiyabanındakı məzarı ziyarət olunmuş, üzərinə güllər qoyulmuş, ruhlarına dualar oxunmuşdur. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Salyan Rayon Komtəsinin əməkdaşları və ictimaiyyətin nümayəndələri, ziyalılar iştirak etmişlər. Qeyd edək ki, hər zaman vətənpərvərliyinə görə fərqlənən Rəşid Talış kəndi ətrafındakı yüksəkliklərin düşməndən azad edilməsində qəhrəmanlıq göstərərək şəhid olmuşdur.

Allahdan bütün Şəhidlərimizə rəhmət, onların ailələrinə isə səbir diləyirik. Məkanınız cənnət olsun, nur üzlü Şəhidlərimiz!

ETİKETLƏR: