Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Tələbləri yerinə yetirilməsə, genişmiqyaslı tətil keçirəcəklər

.

03.08.2022 13:32
2
A+
A-

Riqada Səhiyyə Nazirliyinin binası yaxınlığında yüzlərlə tibb işçisi Latviya Tibbi və Sosial Yardım Həmkarlar İttifaqının çağırışı ilə xəbərdarlıq tətili və etiraz aksiyası keçirib. Həkimlər, tibb bacıları, feldşerlər, təcili yardım işçiləri, xəstəxananın köməkçi işçiləri maaşların artırılmasını və iş şəraitinin yaxşılaşdırılmasını tələb ediblər. Aksiya iştirakçıları əllərində “Hökumət bizi eşitmir”, “Həyat kədərlidir, amma maaş gülüncdür” sözləri yazılmış plakatlar tutub. Həmkarlar ittifaqı rəhbərinin müavini Liqa Barina tətilin başlaması ilə bağlı xəbərdarlıq edib.

Aksiyanın keçirilməsi üçün ərizə Riqa bələdiyyəsinə göndərilib. Həmkarlar ittifaqı fəalları bildiriblər ki,  onların tələbləri yerinə yetirilməsə, o zaman sentyabrın 27-28-də tibb işçilərinin genişmiqyaslı tətili keçiriləcək.

 

ETİKETLƏR: