Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Mədəniyyət İşçiləri Həmkarlar  İttifaqı Respublika Komitəsi

.

03.08.2022 14:01
3
A+
A-

Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Şəki Rayon Komitəsinin maddi dəstəyi ilə xidmət sahəsinə daxil olan Şəki Regional Mədəniyyət İdarəsinin bir qrup əməkdaşının asudə vaxtının və istirahətinin səmərəli təşkili məqsədilə Gəncə (Hacıkənd - Göygöl) - Mingəçevir şəhərlərinə birgünlük gəzintisi təşkil edildi.

***

Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Göyçay Rayon Komitəsinin təşkilatçılığı ilə Göyçay Rayon Heydər Əliyev Mərkəzinin işçilərinin ölkəmizin dilbər guşələri olan Qəbələ və İsmayıllı rayonlarının səfalı yerlərinə turist gəzintisi baş tutub. Səyahət zamanı Qəmərvan, Nohur göl, Yeddi Gözəl, Topçu istirahət məkanlarında maraqlı və əyləncəli anlar yaşanıb.

***

Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Xaçmaz Rayon Komitəsinin xidmət əhatəsinə daxil olan Heydər Əliyev adına Xaçmaz Rayon Mədəniyyət Mərkəzinin kollektivi Quba rayonu Təngəaltı kəndində yerləşən istirahət mərkəzlərində birgünlük tur paketi çərçivəsində səmərəli vaxt keçirib.

***

Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Şirvan Şəhər Komitəsinin təşkilatçılığı ilə Şirvan Şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin kollektivi respublikamızın cənub bölgəsinə (Yardımlı, Lənkəran, Lerik və Astaraya) səyahət edib, əsrarəngiz təbiət mənzərələrindən həzz alıb.

ETİKETLƏR:

Foto