Cəmiyyətin yetirmələri uğurla çıxış ediblər
.

“Zenit” İdman Cəmiyyətinin yetirmələri güləş üzrə Avropa çempionatında uğurla çıxış ediblər.
Cəmiyyətin üzvü Ramik Heybətov İtaliyanın paytaxtı Romada keçirilən sərbəst güləş üzrə U-20 Avropa çempionatında bürünc medal qazanıb.
61 kq. çəki dərəcəsində çıxış edən Ramik kosovolu Fatlum Brakanı, almaniyalı Marsel Vaqini məğlub edib. Ancaq yarımfinalda fransalı Xamzat Arsamerzoyevə uduzub. Ramik həlledici qarşılaşmada türkiyəli Abdullah Topraka minimal fərqlə qalib gələrək üçüncü yeri tutub. Ramik yarışa məşqçi-müəllimi Nizami Axundovun rəhbərliyi altında hazırlaşıb.
***
“Zenit” İdman Cəmiyyətinin güləşçisi Elnur Hüseynov Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən güləş üzrə U-15 Avropa çempionatında fəxri kürsüdə yer alıb. 68 kq. çəki dərəcəsində yunan-Roma güləşində mübarizəyə qoşulan Elnur yarımfinala qədər irəliləyib. Yarımfinalda məğlub olmasına baxmayaraq, bürünc medal uğrunda görüşdə rəqibinə heç bir şans verməyib.
Məşqçi-müəllimi Qərib Əliyevin yetirməsinin bu uğuru gərgin məşq prosesinin nəticəsidir.
SSRİ dağılanadək başqa respublikada uzun müddət işləmişəm. Bilmək istəyirəm, həmin müddət mənim pensiyamda nəzərə alınacaqmı?