Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


DİİXİ Hİ-nin Rəyasət Heyətinin növbəti iclası

.

10.08.2022 12:24
12
A+
A-

Avqust ayının 10-da Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı (DİİXİ Hİ) Respublika Komitəsinin Rəyasət Heyətinin növbəti iclası keçirilmişdir. Respublika Komitəsinin sədri Hikmət Osmanov iclasa sədrlik etmişdir.

İclasda aşağıdakı məsələlərə baxılmışdır: həmkarlar ittifaqı sədr və fəallarının yubileyləri münasibətilə təltif olunması, həmkarlar ittifaqı təşkilatlarına yeni seçilmiş sədrlərin təsdiqi, 22 İyul - Milli Mətbuat Günü münasibətilə “Ülfət” qəzetinin əməkdaşlarının mükafatlandırılması, 15 İyun-Milli Qurtuluş Gününə həsr olunmuş Fibonaççi əyləncəli intellektual oyununun keçirilməsi, həmkarlar ittifaqı üzvlərinə göstərilmiş maddi yardım məbləğlərinin təsdiqi, həmkarlar ittifaqı komitələrinə əsas vəsaitlərin əvəzsiz verilməsi, Müqəddəs Qurban bayramı münasibətilə aztəminatlı həmkarlar ittifaqı üzvlərinə ərzaq bağlamalarının alınması üçün ayrılmış maliyyə vəsaitinin, iki şəhid ailəsinə verilmiş pulsuz yollayışların təsdiqi və digər cari məsələlər müzakirə edilərək müvafiq qərarlar qəbul edilmişdir.

İclasda Hikmət Osmanov Maliyyə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri Eldar Şirəli oğlu Mahmudovu anadan olmasının 70 illik yubileyi münasibətilə təbrik etmiş, ona möhkəm cansağlığı, həmkarlar ittifaqı üzvlərinin sosial-rifah halının yaxşılaşdırılması sahəsində müvəffəqiyyətlər arzulamışdır. E.Mahmudova Respublika Komitəsinin Fəxri Fərmanı və pul mükafatı təqdim edilmişdir.

ETİKETLƏR: