Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Şəhid övladlarının ad günləri qeyd olundu

.

10.08.2022 13:15
9
A+
A-

Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Hacıqabul Rayon Komitəsinin təşkilatçılığı ilə şəhid Tağıyev Röyal Tağı oğlunun qız övladı Tağıyeva Səkinəxanım Röyal qızının 3 yaşının tamam olması münasibətilə onun yaşadığı Hacıqabul rayon Qubalıbaloğlan kəndində ad günü mərasimi təşkil edilmişdir. Azyaşlıya hədiyyələr təqdim olunmuşdur. Tədbirdə rayon icra hakimiyyəti başçısının müavinləri, şöbə müdirləri, YAP Hacıqabul rayon təşkilatının sədri, Uşaq və Ailələrə Dəstək Mərkəzinin nümayəndələri iştirak etmişlər.

***

Avqustun 8-də Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Balakən Rayon Komitəsinin və rayon icra hakimiyyətinin əməkdaşları şəhid Faiq İbadovun ailəsini ziyarət etmişlər. Şəhidin yeganə övladı İsmixanın 4 yaşı tamam olması ilə əlaqədar ona hədiyyələr vermişlər.

ETİKETLƏR:

Foto