Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Qayğımız daimi olacaq

.

10.08.2022 13:21
3
A+
A-

“Vətən müharibəsindən bizi get-gedə daha artıq zaman ayırsa da, bu qəhrəmanlıq tariximizin fədailərinə qayğımız, məhəbbətimiz zərrə qədər də azalmayıb. Əksinə, daha da artır. Dövlətimiz Vətən müharibəsi iştirakçılarına, qazilərinə, şəhidlərinin övladlarına ehtiramla, hörmətlə yanaşır, diqqətini onlardan əsirgəmir”.

Bu sözləri müxbirimizə “Kənd-Qida-İş” Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Tofiq Quliyev dedi. Bildirdi ki, dövlətimizin bu humanist siyasətinə qoşulanlar sırasında həmkarlar ittifaqları, o cümlədən bizim Federasiya da ön cərgələrdə gedir.

Tofiq müəllim məni qazilərə, şəhid ailələrinə, müharibə iştirakçılarına göstərdikləri yardımların statistikası ilə tanış etdi. Dedi ki, təkcə bu ilin ikinci yarısında Federasiya və üzv təşkilatlar ümumilikdə 35 şəhid ailəsinə 7170 manatlıq maddi yardım göstərib, ərzaq sovqatları paylayıb. Bu müddətdə qazilərə və digər müharibə iştirakçılarına da yardım əli uzatmışıq. Təşkilatımız tərəfindən 30 nəfər qaziyə 2205 manat, 55 nəfər müharibə iştirakçısına 3940 manat nağd pul və ərzaq şəklində vəsait xərclənmişdir.

“Yaşat” Fonduna 3108 manat vəsait köçürülmüşdür.

Vətən müdafiəçilərinə, onların ailə üzvlərinə xeyirxahlıq aksiyamız daimi xarakter daşıyır. Elə iyul ayında 3 şəhid ailəsinə 1200 manat pul və ərzaq sovqatı, əmək vəzifəsini yerinə yetirərkən mina partlayışından xəsarət almış bir vətəndaşımıza isə 250 manat məbləğində maddi yardım etdik.

T.Quliyev onu da dedi ki, bundan əlavə, 4 şəhid ailəsi, 2 qazi və 5 nəfər Vətən müharibəsi veteranı, qismən dəyəri ödənilməklə, sanatoriya-kurortlara yollayışla təmin olunub.

ETİKETLƏR:

Foto