Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Kadr çatışmazlığını aradan qaldırmaq üçün innovativ yollar axtarılır

.

10.08.2022 14:40
8
A+
A-

Ciddi kadr çatışmazlığı bütün Avropada səhiyyə və sosial xidmətlərin göstərilməsinə təsir edir. Avropa İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Birliyinin (EPSU) üzv təşkilatları buna cavab olaraq tədbirlər görür.

Bu problem uzun müddətdir var. Lakin COVID-19 pandemiyasından sonra daha da aktuallaşıb. Son altı ay ərzində bu sektorda EPSU-ya üzv olan həmkarlar ittifaqı təşkilatları maliyyələşmənin, iş yerlərinin sayının artırılması, ödəniş və şərtlərin yaxşılaşdırılması üçün danışıqlar, kampaniyalar aparmışlar.

Pandemiya zamanı öz vəzifəsini yerinə yetirən səhiyyə və sosial xidmət işçiləri ağır itkilər ilə üzləşdilər. Vəfat edən işçilərin sayı çox oldu. Bundan sonra bu sektorda fəaliyyət göstərən EPSU-nun üzv təşkilatları kadr çatışmazlığı, aşağı əməkhaqqı və əlverişsiz iş şəraitini həll etmək üçün hökumətlərə və işəgötürənlərə təzyiq etmək məqsədilə səfərbər oldu. Avropada inflyasiyanın yüksəlməsindən sonra bu tədbirlər yenidən aktuallaşıb.

Son altı ayda EPSU-nun 15 ölkədəki üzv təşkilatları  ən azı 10 böyük nümayişdə, 12 tətildə iştirak edib və 16 saziş bağlayıb.  Sahə müqavilələri İtaliya (ictimai səhiyyə, eləcə də qeyri-kommersiya təşkilatları), Hollandiya (psixiatriya işçiləri, xəstəxana və ümumi praktikant işçilər və baxıcılar), Almaniya (məktəbəqədər təhsil və sosial xidmətlər),  Avstriya (uşaq baxıcıları, özəl tibbi və sosial işçilər), Bolqarıstan (həkimlər və tibb bacıları), Norveç (səhiyyə sektoru) və Finlandiya (özəl səhiyyə və rifah işçiləri) daxil olmaqla, sektorda  yüz minlərlə işçini əhatə edir.  Bu arada EPSU və “HOSPEEM” xəstəxana və tibb işçiləri təşkilatı xəstəxanalarda işə qəbul ilə bağlı yeni çərçivə sazişi imzalayıb.

EPSU-nun üzv təşkilatları da kadr çatışmazlığını aradan qaldırmaq üçün innovativ yollar axtarır. Almaniyada “ver.di” həmkarlar ittifaqı bu məsələni  və bir çox tibb işçisinin əziyyət çəkdiyi artıq iş yükü problemini  həll etmək üçün kollektiv müqavilə bağlayıb. Uzun sürən tətildən sonra həmkarlar ittifaqı Şimali Reyn-Vestfaliya bölgəsindəki altı universitet xəstəxanası ilə razılığa gəlib. Bu da işçi qüvvəsi olmayan palata və şöbələrdə iş müddətləri üçün məzuniyyət, habelə işçilərin sayını artırmaq öhdəliyini özündə əks etdirir.

Avstriya, Belçika, Finlandiya, Fransa, Yunanıstan, İrlandiya, İtaliya, Portuqaliya, İspaniya da daxil olmaqla, ilin əvvəlindən Avropada səhiyyə və sosial xidmət həmkarlar ittifaqları, eləcə də digər ictimai xidmət işçiləri həmkarlar ittifaqları tərəfindən tətillər və etirazlar keçirilib.

ETİKETLƏR: