Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Səhiyyə sahəsində həyəcan təbili

.

10.08.2022 14:44
3
A+
A-

İsveçrədə “Vpod /ssp” İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı səhiyyə sahəsində işçi çatışmazlığı ilə bağlı həyəcan təbili çalmağa davam edir. Bildirilir ki, işçilərin saxlanması, eləcə də yeni işçilərin işə götürülməsi üçün tədbirlər görülməsi lazımdır və bu da iş həftəsini qısaltmaq təşəbbüslərinə kömək edə bilər. Həftəlik iş saatlarının azaldılması Wetzikon və Feliks Platter xəstəxanalarında, həmçinin Siloah və Lindenhof tibbi qruplarında tətbiq edilib və ya planlaşdırılır. Bu arada həmkarlar ittifaqından bildirilir ki, Aargau xəstəxanaları həftəsonu və bayram növbələri üçün müavinətlərini əhəmiyyətli dərəcədə artırıblar. Həmkarlar ittifaqı həmçinin Soloturn Kantonal Xəstəxanasında məhkəmə prosesi və Cenevrədəki HUG Universitet Xəstəxanasında etiraz aksiyası ilə uniformaların dəyişdirilməsi və çıxarılması üçün lazım olan bütün vaxtların ödənişli iş vaxtı sayılmasını təmin etmək üçün işəgötürənlərə təzyiq etməyə davam edir.

 

ETİKETLƏR: