Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Tətil dəstəklənib

.

10.08.2022 15:06
2
A+
A-

“UNISON”, “Unite” və “GMB” həmkarlar ittifaqının üzvləri Şotlandiyada işəgötürənlərin   2 %-lik təklifini rədd etmək və tətili dəstəkləmək üçün səs verib. Qərar son on ildə yerli idarəetmə orqanı işçiləri arasında keçirilən ən böyük tətildən sonra verilib.

Həmkarlar ittifaqları təklifin inflyasiya səviyyəsindən xeyli aşağı olduğunu və alıcılıq qabiliyyətinin uzunmüddətli itkisini nəzərə almadığını iddia edir. Bu, həmçinin xüsusilə az maaş alan işçilər üçün İngiltərə və Uelsdə bələdiyyə işçilərinə təklif olunan 1925 funt - sterlinqdən (2300 avro) xeyli aşağıdır. “UNISON” və “GMB” təklifə cavabları müzakirə edir, lakin “Unite” onu rədd etmək qərarına gəlib. “Unite” üzvləri üçün ədalətli əməkhaqqının artırılması məqsədilə kampaniyanı gücləndirməzdən əvvəl işəgötürənlər ilə təcili danışıqlar aparmağa çalışır.

ETİKETLƏR: